08 Oktyabr 2026 10:00
514
İQTİSADİYYAT
A- A+
Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi


Azərbaycan iqtisadiyyatının neftdənkənar sahələr hesabına inkişaf etdirilməsi ölkənin qarşısında duran əsas məsələdir. Doğrudur, ölkədə neft gəlirləri mühüm rol oynayır. Amma unutmaq olmaz ki, iqtisadiyyatın dayanıqlı inkişafı üçün digər sahələrin də  ön planda olması zamanın tələbidir. Bu baxımdan sənayenin şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın dəstəklənməsi və yerli məhsulların dünya bazarlarına çıxarılması xüsusi əhəmiyyət daşıyır.

Məlumdur ki, Azərbaycan iqtisadiyyatının hədəfi yalnız xammal ixrac etmək deyil. Məqsəd  daha çox hazır məhsul istehsalını və qeyri-neft ixracını artırmaqdır. Bu istiqamətdə sənaye parklarının rolu xüsusilə qaçılmazdır. Parklarda yaradılan şərait sahibkarlara yeni istehsal müəssisələri qurmağa, müasir texnologiyalardan istifadə etməyə və rəqabətqabiliyyətli məhsullar istehsal etməyə imkan verir. Göründüyü kimi, sənaye parkları Azərbaycanda yeni istehsal mühitinin formalaşmasına və neftdənkənar sahənin  genişlənməsinə imkan verir.

İndi sənaye parklarına yalnız yeni fabrik və zavodların fəaliyyət göstərdiyi ərazilər kimi baxmaq doğru yanaşma deyil. Onlar həm də investisiyaların cəlb edildiyi, yeni iş yerlərinin yaradıldığı, müasir texnologiyaların tətbiq olunduğu və regionların iqtisadi fəallığının artırıldığı mərkəzlərdir. Bu mənzərə fonunda ortaya suallar çıxır: sənaye parkları Azərbaycanın neftdənkənar iqtisadiyyatının inkişafında nə qədər effektiv rol oynayır? Onların qarşıdakı illərdə ölkənin iqtisadi mənzərəsini dəyişmək potensialı varmı?  Suallara cavab tapmaq üçün sənaye parklarının fəaliyyətinə və bu sahədə əldə olunan nəticələrə nəzər salmaq kifayətdir.

 Öncə onu qeyd edək ki, sənaye parkları vasitəsilə yerli istehsalın genişləndirilməsi və sənaye potensialının artırılması istiqamətində həyata keçirilən layihələr ölkə iqtisadiyyatının şaxələndirilməsində  vacib yer tutur. Elektrik enerjisi, qaz, su, yol və digər zəruri imkanların təmin edilməsi müəssisələrin yaradılmasını, eləcə də fəaliyyətini asanlaşdırır. Bununla yanaşı, sənaye parklarında fəaliyyət göstərən sahibkarlara müxtəlif güzəştlərin tətbiqi investisiya qoyuluşuna marağı artırır. Belə bir mühit yeni layihələrin həyata keçirilməsinə və istehsalın genişlənməsinə imkan verir.

Bu gün sənaye parklarında istehsal olunan məhsulların çeşidi də kifayət qədər genişdir. Kimya sənayesindən tekstilə, tikinti materiallarından qida və maşınqayırma sahələrinə qədər müxtəlif istiqamətlərdə müəssisələr fəaliyyət göstərir. Bu isə bir tərəfdən daxili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsinə, digər tərəfdən isə Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına imkan yaradır. Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlarda daha çox yer tutması ölkənin iqtisadiyyatının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əslində, sənaye parkları bu gün yeni texnologiyaların tətbiqi baxımından  "iqtisadi meydan"ın  mərkəzində yer tutan əsas iştirakçılardandır. Müasir avadanlıqlarla təchiz olunan müəssisələrin daha məhsuldar və keyfiyyətli istehsala keçid etmələri üçün hər cür şərait var. 

Bunun bariz  nümunələrindən biri Pirallahı Sənaye Parkıdır. Parkın fəaliyyəti əczaçılıq və tibbi məhsulların istehsalının genişləndirilməsi, eləcə də yerli istehsal imkanlarının artırılması baxımından diqqət çəkir. Təsadüfi deyil ki, oktyabrın 5-də Prezident İlham Əliyev parkda  yeni dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin fəaliyyətə başlaması Pirallahı Sənaye Parkında əczaçılıq istiqamətinin genişləndiyini və yerli istehsal imkanlarının artdığını göstərir.

Xatırladaq ki, Pirallahı Sənaye Parkının tarixçəsi 2016-cı ildən başlayır. Parkın yaradılmasında əsas məqsəd Azərbaycanda əczaçılıq sənayesini inkişaf etdirmək, dərman istehsalını artırmaq və bu sahədə idxaldan asılılığı azaltmaqdır. Bu gün parkda 6 rezident fəaliyyət göstərir. Onlardan biri Azərbaycanın dərman istehsalında yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir. Söhbət "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-dən gedir. 113,9 milyon manatlıq investisiya hesabına yaradılan müəssisə ildə 60 milyon qutu, başqa sözlə, 2,5 milyard həb və kapsul istehsal etmək gücünə malik olacaq. Burada ürək-damar xəstəliklərindən nevroloji və uroloji preparatlara, antibiotiklərdən ağrıkəsicilərə qədər müxtəlif dərman vasitələrinin istehsalı nəzərdə tutulur.

Müəssisədə ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqlar quraşdırılıb. Bu da yerli istehsalın müasir texnologiyalar üzərində qurulmasına imkan verir. Qarşıdakı illərdə 500-dən çox preparatın istehsalı planlaşdırılır. Bu layihə eyni zamanda dərman bazarında yerli istehsalın payının artırılması baxımından da əhəmiyyətlidir. Müəssisənin məhsullarının daxili bazarla yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracı nəzərdə tutulur. Yəni Pirallahıda istehsal olunan məhsulların yolunun yalnız apteklərimizə deyil, xarici bazarlara da uzanması gözlənilir.

Yeni müəssisə 178 nəfər üçün daimi iş imkanı yaradacaq və bununla da məşğulluğun artırılmasına öz töhfəsini verəcək. Zavodun bir başqa özəlliyi isə onun təhsilə də qapı açmasıdır.  Burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün tədris bazası yaradılıb. Bu o deməkdir ki, tələbələr gələcəkdə çalışacaqları sahə ilə bağlı nəzəri biliklərlə yanaşı, istehsal mühitini də yaxından tanımaq imkanı əldə edəcəklər.

Beləliklə, Pirallahı Sənaye Parkında yaradılan bu müəssisənin timsalında sənaye parklarının rolunu daha aydın görmək mümkündür. Burada istehsal, texnologiya, investisiya, məşğulluq, ixrac və təhsil bir araya gəlir. Bu, neftdənkənar  sənayenin inkişafının artıq ayrı-ayrı layihələrdən daha geniş bir prosesə çevrildiyini göstərir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!