10 Fevral 2025 12:24
1022
Təhsil
A- A+
Nazir: Uşaqların 5 yaşınadək ilkin təhsillə təmin edilməsinin 50 faizə qaldırılması hədəflənib  

Nazir: Uşaqların 5 yaşınadək ilkin təhsillə təmin edilməsinin 50 faizə qaldırılması hədəflənib  

Azərbaycanda təhsilin əhatə dairəsi 99 faizdən yüksəkdir, ancaq keyfiyyət və digər aspektlər də var. Erkən uşaqlıq dövründə praktikalar çox vacibdir və əlbəttə ki, ümumi və ali təhsil son dərəcə vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında “Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Bir çox hallarda siyasətçilər çalışırlar ki, fərqli siyasətlər qəbul edərək - qısamüddətli kurslar təşkil edərək çevik nəticələr əldə etsinlər. Təcrübəmiz isə göstərir ki, uzunmüddətli təhsil effekt verir.

1-5 yaş aralığında olan uşaqların ilkin təhsillə əhatə olunması 12-15 faizdən 35-39 faizə qalxıb və 50 faizə qaldırılması hədəflənib”.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!