07 Oktyabr 2026 19:31
196
SİYASƏT
A- A+
Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır  

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır  


Oktyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycanın xarici işlər nazirlərinin müşavirəsində iştirak edib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki tədbirdə çıxış edən nazir Ceyhun Bayramov müşavirənin ali səviyyəli Sammit ərəfəsində keçirilməsinin əməkdaşlığın əsas istiqamətləri üzrə ilkin müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Çıxışda ötən il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsinin ölkələrimiz arasında tarixi və mədəni bağlara, qarşılıqlı etimada və birgə strateji maraqlara əsaslanan dərin inteqrasiya proseslərinin göstəricisi olduğu qeyd edilib.

Müasir dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Bu çərçivədə C6 formatı iştirakçıları arasında bərabərhüquqlu və etimada əsaslanan siyasi dialoqun, ticarət və qarşılıqlı investisiyaların genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.

Nazir strateji əhəmiyyət kəsb edən nəqliyyat və enerji sahələrindəki əməkdaşlığa toxunaraq, Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında və beynəlxalq ticarətdə Orta Dəhlizin artan rolunu qeyd edib. Həmçinin yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın, eləcə də nəqliyyat və rəqəmsal bağlantı layihələrinin regionun potensialının tam reallaşdırılması üçün əhəmiyyəti vurğulanıb.

Çıxışda ekoloji gündəliyə xüsusi diqqət ayrılıb. İqlim dəyişikliyinin fəsadları, Aral dənizi və su problemləri ilə yanaşı, Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsinin sahil infrastrukturuna və ekoloji vəziyyətə mənfi təsiri qeyd olunaraq ciddi narahatlıq ifadə edilib. Bu problemlərin həlli üçün sistemli elmi yanaşma, məlumat mübadiləsi və regional əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Sonda nazir Ceyhun Bayramov müşavirənin yekunlarına əsasən qəbul ediləcək sənədlərin və əldə olunacaq razılaşmaların gələcək uzunmüddətli əməkdaşlıq üçün aydın istiqamət olacağına əminliyini ifadə edib.

Azərbaycanın bu formatın möhkəmlənməsinə və qarşıya qoyulan vəzifələrin icrasına fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

20:01
07 Oktyabr

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb 

19:41
07 Oktyabr

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

19:37
07 Oktyabr

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır  

19:31
07 Oktyabr

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

19:23
07 Oktyabr

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:13
07 Oktyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

19:07
07 Oktyabr

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb  

19:01
07 Oktyabr

Payızda dəriyə necə qulluq etmək lazımdır?

18:57
07 Oktyabr

Süni intellekt bəşəriyyəti məhv edə bilər  

18:41
07 Oktyabr

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

18:32
07 Oktyabr

 “Pinterest” süni intellektlə fərdi gözəllik bələdçisi yaradır

18:23
07 Oktyabr

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib  

18:11
07 Oktyabr

Ozon çirklənməsi Amazon meşələrinin CO₂ udma qabiliyyətini azaldıb  

18:04
07 Oktyabr

“Instagram”ın yeni funksiyası araşdırılır

17:57
07 Oktyabr

“Səbail”dən hücuma yeni silah Serbiyadan gəldi

17:47
07 Oktyabr

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir  

17:39
07 Oktyabr

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!