07 Oktyabr 2026 16:22
842
SİYASƏT
A- A+
Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi


“Bugünlərdə Azərbaycan daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edir. Söhbət cüdo üzrə dünya çempionatından gedir. Tədbirin oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında  keçirilən açılış mərasimində  Prezident İlham Əliyevin iştirak etməsi dövlətimizin idman sahəsinə və onun inkişafına göstərdiyi xüsusi diqqətin nümunəsidir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, beynəlxalq miqyasda böyük populyarlığa malik cüdo üzrə növbəti dünya çempionatına ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. Bu, beynəlxalq idman ictimaiyyətinin ölkəmizə artan inamının əyani göstəricisidir. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev daim qlobal həmrəylik təşəbbüslərindən çıxış edir ki, bu da dünyada böyük təqdirlə qarşılanır. Bundan başqa, ölkəmizin müsbət reallıqları – uzunmüddətli sabitlik, cəmiyyətdəki tolerantlıq, güclü iqtisadi potensial beynəlxalq idman ictimaiyyətinin Azərbaycana artan inamını şərtləndirən amillər sırasında yer alır.  İndiyədək respublikamız Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, III MDB Oyunlarına böyük uğurla ev sahibliyi etməklə bu sahədə yaxşı təcrübə qazanıb. Ötən il ölkəmizdə həmçinin ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib.

“Ölkəmizdə ənənəvi olaraq keçirilən Formula 1 yarışı bu il də Bakının ev sahibliyi ilə uğurla baş tutdu. Hazırda isə Azərbaycanda  ilk dəfə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında (FIFA U-15) dünya çempionatına və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Bütün bunlar Azərbaycanın  beynəlxalq idman ictimaiyyəti ilə sıx əməkdaşlığının və ölkəmizin töhfələrinin dünyada yüksək dəyərləndilməsinin göstəricisidir” – deyən deputat əlavə edib ki, cənab İlham Əliyevin ilk dəfə 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. Onun milli təəssübkeşliyi, idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. Ötən dövrdə paytaxt Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturu qurulub. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 22 ildə Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.

“Öz növbəsində geniş əhatə dairəsinə malik olan dövlət qayğısı ölkəmizdə idmanın inkişafına və bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazanmalarına güclü stimul verir. Qürurverici haldır ki, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda qazandıqları medalların sayı ilbəil artır” – deyə, deputat bildirib.


“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib   

20:21
22 Noyabr

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!