01 Oktyabr 2026 08:30
5839
SİYASƏT
A- A+
İnformasiya cəbhəsinin qalibi

İnformasiya cəbhəsinin qalibi


Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən erməni təbliğat maşınının yalanlarını beynəlxalq səviyyədə ifşa etdi 


2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayarkən döyüş yalnız səngərlərdə və təmas xəttində getmirdi. Eyni dərəcədə amansız, nəticələri baxımından taleyüklü başqa bir döyüş informasiya və diplomatiya cəbhəsində alovlanmışdı. Onsuz da erməni təbliğat maşını hər zaman dünyanı yalanlarla aldatmağa, Azərbaycanı "təcavüzkar" kimi qələmə verməyə cəhd göstərirdi. Lakin bu dəfə düşmənin qarşısında təkcə güclü Azərbaycan Ordusu deyil, həm də həqiqətləri dünyaya anında və dəqiqliklə çatdıran Ali Baş Komandan İlham Əliyev var idi.

Savaşın ilk saatlarından başlayaraq, Prezident İlham Əliyev həm beynəlxalq təşkilatların rəhbərləri və dünya liderləri ilə diplomatik təmaslarında, həm də xarici KİV-ə verdiyi müsahibələrdə Azərbaycanın haqq işini tam faktlarla ortaya qoydu. Erməni yalanlarının dünyada ayaq açıb yeriməsinə imkan vermədi. 


Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər

 

Vətən müharibəsinin ilk günlərində BMT-nin Baş katibi Antonio Quterreş, Fransa Prezidenti Emmanuel Makron, Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani, Almaniyanın ozamankı kansleri Angela Merkel və Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişel ilə keçirilən telefon danışıqları diplomatik cəbhənin əsas xəttini təşkil edirdi.

Prezident İlham Əliyev bütün ali səviyyəli həmsöhbətlərinə hərbi əməliyyatların səbəbini və mahiyyətini təkzibedilməz faktlarla şərh edirdi. Dövlətimizin başçısı açıq şəkildə bildirirdi ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi ağır artilleriyadan atəşə tutub, dinc sakinlərimizi və hərbçilərimizi qətlə yetirib. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar isə özünümüdafiə və xalqı qorumaq məqsədi daşıyan uğurlu əks-hücumdur. Liderlərlə söhbətlərdə dövlət başçısı Ermənistanın müharibəyə addım-addım hazırlaşdığını vurğulayırdı. 

2020-ci il sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Prezident İlham Əliyev arasında videokonfrans formatında görüş oldu. Həmin görüşdə ölkəmizin rəhbəri bildirdi ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir: "Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib". 

44 günlük müharibə zamanı Fransanın ermənipərəst mövqe sərgiləməsi hər kəsin yaddaşındadır. Vətən müharibəsinin ilk günündə - sentyabrın 27-də Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edəndə dövlətimizin başçısı, Ermənistan rəhbərliyinin şüurlu şəkildə danışıqlar prosesini pozduğunu onun diqqətinə  çatdırdı: "Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib".

Telefon söhbəti zamanı ölkəmizin lideri qətiyyətlə bildirdi ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət bu ölkənin siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

2020-ci il sentyabrın 29-da Almaniyanın odövürkü Kansleri Angela Merkel Prezident İlham Əliyevə telefonla zəng edən zaman, "Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır", - deyən Prezident İlham Əliyev əlavə etdi ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, müharibə cinayəti sayılır.

Həmçinin 2020-ci il sentyabrın 29-da Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə telefonla zəng etdi. Söhbət zamanı dövlətimizin başçısı vurğuladı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

Vətən müharibəsinin dördüncü günündə - sentyabrın 30-da Avropa İttifaqı Şurasının ozamankı Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edən zaman ölkəmizin rəhbəri bildirdi ki, Ermənistan baş nazirinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub: ""Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupunun rəhbərliyi də bunu bildirib". 

Ermənistan rəhbərliyinin "biz sülh tərəfdarıyıq" adı altında işğalı əbədiləşdirmək  cəhdlərinin qarşısını alan Prezident İlham Əliyev dünya liderlərinə rəsmi İrəvanın əsl təcavüzkar niyyətini açıqladı. 


"Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin"


İnformasiya müharibəsinin ən yaddaqalan epizodlarından biri 2020-ci il sentyabrın 29-da "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında yaşandı. Milyonlarla izləyicinin gözü qarşısında Prezident İlham Əliyev dəqiq və təmkinli çıxışı ilə Ermənistanın baş naziri Nikol Paşinyanı faktlar qarşısında aciz qoydu.

Aparıcıların suallarını cavablandırarkən dövlət başçısı erməni tərəfinin yaydığı bütün uydurmaları birdəfəlik darmadağın etdi: "Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək, bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır".

Düşmənin digər uydurmasını da anında ifşa edən Ali Baş Komandan İlham Əliyev bildirdi: "Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur... ...Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin".

Hər kəs xatırlayır, beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi.

Vətən müharibəsinin ilk günlərindən etibarən Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası və çevik informasiya siyasəti Ermənistanın dünya ictimaiyyətini çaşdırmaq planlarını iflasa uğratdı. Dünya Azərbaycanın sadəcə torpaqlarını azad edən güclü orduya deyil, həm də Prezident İlham Əliyevin timsalında öz haqqını beynəlxalq kürsülərdə, canlı efirlərdə cəsarətlə və faktlarla müdafiə edən müdrik liderə malik olduğunu gördü. Azərbaycanın bu informasiya qələbəsi hərbi zəfərimizin ən möhkəm təməllərindən birinə çevrildi.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Payızda dəriyə necə qulluq etmək lazımdır?

18:57
07 Oktyabr

Süni intellekt bəşəriyyəti məhv edə bilər  

18:41
07 Oktyabr

 “Pinterest” süni intellektlə fərdi gözəllik bələdçisi yaradır

18:23
07 Oktyabr

Ozon çirklənməsi Amazon meşələrinin CO₂ udma qabiliyyətini azaldıb  

18:04
07 Oktyabr

“Instagram”ın yeni funksiyası araşdırılır

17:57
07 Oktyabr

“Səbail”dən hücuma yeni silah Serbiyadan gəldi

17:47
07 Oktyabr

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

16:46
07 Oktyabr

Qlobal iqlim təhlükəsizliyində Azərbaycan nümunəsi

16:31
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi

16:22
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

16:17
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!