19 İyun 2026 18:33
168
İQTİSADİYYAT
A- A+
Nazir müavini Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb

Nazir müavini Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb


Respublikada taxıl biçini davam edir. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Ağcabədi rayonunda taxıl biçininin təşkili prosesini izləyib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu il Ağcabədi rayonunda 37442 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 22527 hektarını buğda, 14915 hektarını arpa sahələri təşkil edir. Rayonda biçin prosesinə 40 kombayn cəlb olunub. “Aqroservis” ASC taxıl biçininə 30 kombayn dislokasiya edib. Bunlardan 10-u fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır.

Artıq rayon üzrə taxıl zəmilərinin 15 faizində biçin başa çatıb. Başqa sözlə, bugünədək 5599 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 21069 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq bu günə 37,6 sentner təşkil edir.

Nazir müavini Zaur Əliyev rayonun Təzəkənd kəndindəki Mirzə Ələkbər Sabir adına “Elit” toxumçuluq kəndli-fermer təsərrüfatında taxıl biçini prosesində iştirak edib, yerli fermerlərlə görüşüb. Təsərrüfatın qanuni təmsilçisi Sənan Şıxəliyev bildirib ki, 8 hektar sahədə Avstriyanın “Finola” arpa sortu, 3 hektar sahədə “Qobustan” buğda sortu əkilib. Fermer qeyd edib ki, biçin aparılan 4 hektar sahədə arpa tirə üsulu ilə əkildiyindən və yüksək bitiş alındığından sahədən orta hesabla 62-63 sentner məhsul götürdüklərini bildirib. Fermer bu il yağıntılı hava şəraitinə görə təsərrüfatın digər sahələrindən orta hesabla 45-50 sentner məhsul gözlədiklərini vurğulayıb.

Fermer Sənan Şıxəliyev kəndli fermer təsərrüfatının 1998-ci ildən fəaliyyət göstərdiyini, təsərrüfatda görkəmli seleksiyaçı-alim Cəlal Əliyevin yaratdığı “Əzəmətli”, “Qiymətli”, “Əkinçi”, “Ruzi-84” və digər taxıl sortlarının əkilib becərildiyini, respublikanın digər bölgələrinə geniş yayıldığını diqqətə çatdırıb. O, əlavə edib ki, təsərrüfata məxsus digər sahələrdə növbəli əkinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı bitkiləri əkilib.

Fermerlərlə müzakirələrdə taxılçılığın, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması, düzgün toxum seçimi, sertifikatlı toxumlardan istifadənin əhəmiyyəti, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət edilməsi, yeni becərmə üsulları, dövlət dəstəyi mexanizmləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Aqrar sahənin inkişafı ilə bağlı fermerlərin təklifləri qeydə alınıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 20 faizində, 194 min 20 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 584 min 354 ton arpa, 54 min 192 ton buğda yığılıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 32,6 sentner, buğda üzrə isə 36,6 sentner təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada hər il 200 milyondan çox miqrant işçi öz evinə pul göndərir

19:26
19 İyun

Hindistanda büdcə böhranı yarana bilər

19:17
19 İyun

Gömrük orqanları 1072 hüquqpozma faktı aşkarlayıb, külli miqdarda siqaret və brilyant qaşlar götürülüb

19:07
19 İyun

BMT: Dünyada milyonlarla uşaq yoxsulluq və zorakılıq qurbanıdır  

18:59
19 İyun

TRIPP layihəsi Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirəcək

18:51
19 İyun

Azərbaycan Tacikistan ilə iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:48
19 İyun

Brexit Britaniya iqtisadiyyatına 6 faiz ziyan vurub

18:42
19 İyun

AİİB Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirir  

18:40
19 İyun

QDTİB-nin Azərbaycandakı layihələrdə iştirak imkanları dəyərləndirilib

18:39
19 İyun

Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib

18:37
19 İyun

Nazir müavini: Ölkəmizdə sosial müdafiə sistemi inkişaf etdirilir və müasirləşdirilir  

18:35
19 İyun

Dünyada quraqlığa qarşı unikal həll

18:34
19 İyun

Nazir müavini Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb

18:33
19 İyun

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar 

18:24
19 İyun

Çin dünyada texnologiya idarəçiliyi sahəsində aparıcı rola sahiblənib  

18:23
19 İyun

Türkiyə NATO-da yeni təhlükəsizlik modeli təklif edir

18:18
19 İyun

Astara sahilində su hövzələrində təhlükəsizlik mövzusunda təlim keçirilib

18:16
19 İyun

ABŞ-İran danışıqları təxirə salındı  

18:12
19 İyun

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi artıb, idxal və ixrac göstəricilərində fərqli dinamika qeydə alınıb  

18:06
19 İyun

Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma qeydə alınıb

17:55
19 İyun

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

17:41
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!