14 Avqust 2026 14:08
7411
İQTİSADİYYAT
A- A+
Naxçıvan həqiqətən “nəqşi cahan”a çevriləcək

Naxçıvan həqiqətən “nəqşi cahan”a çevriləcək


Muxtar respublika paytaxtının Baş Planında qədim Şərq üslubu ilə müasir şəhərsalma prinsipləri birləşir


Əsrlərin sınağından mərdliklə çıxaraq Şərqin qapısında məğrur dayanın bu şəhərimizin indiki növrağı bambaşqadır. Əsrlər dedik, amma onun yaşı minilliklərlə ölçülür. Buna baxmayaraq, özünün qədim tarixə malik zəngin maddi-mədəni irsini etibarla qoruyub saxlayır. Eyni zamanda müasir memarlıq və abadlıq layihələri ilə sürətlə yeniləşir Naxçıvan şəhəri.

Bir yandan, yüzilliklərin yadigarı olan, qədim Naxçıvanın ruhunu yaşadan unikal memarlıq abidələri - Möminə xatun və Yusif ibn Küseyir türbələri, Naxçıvanqala və Xan Sarayı, Nuh Peyğəmbər Türbəsi ilə tarix vərəqlənir. Digər tərəfdən, təhsil, səhiyyə, mədəniyyət  müəssisələrinin yaraşıqlı binaları şəhərə təkrarolunmaz gözəllik verir. Və bütün bunlar  yamyaşıl yeni parklar, geniş və abad  prospektlərlə əhatələnir. Bir sözlə, Naxçıvanda  qədimliklə müasirlik qol-boyun olublar. 

Qədim Şərq üslubu ilə müasir şəhərsalma prinsiplərini birləşdirən bu şəhər təkcə muxtar respublikanın deyil, bütövlükdə ölkəmizin mədəni, turizm və iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Uzün illər blokada şəraitində yaşamış Naxçıvan diyarının baş şəhərinə baxdıqca bu gün sakinlərin də,qonaqların da ürəyi açılır.

Bildirildiyi kimi, Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində şəhərin 2044-cü ilədək inkişafını müəyyənləşdirən Baş Planı ilə tanış olub. Bu, Azərbaycan müstəqillik qazadıqdan sonra Naxçıvan şəhərinin ilk dəfə hazırlanan yeni Baş Planıdır. Əslində bu sənədi şəhərin yeni inkişaf mərhələsinə keçidinin strateji xəritəsi kimi  də qiymətləndirmək olar.

Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət "Chapman Taylor" tərəfindən hazırlanıb. “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı”na əsasən, növbəti illər üçün şəhər mərkəzinin yenilənməsi, yaşıllıq və rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı nəqliyyat sisteminin qurulması, yaşayış və sosial infrastrukturun gücləndirilməsi,  turizm potensialından daha səmərəli istifadə olunması əsas prioritetlər kimi müəyyənləşdirilib.

Şəhərin mərkəzi hissəsinin yenidən formalaşdırılması əsas inkişaf istiqamətlərindən biridir. Bu məqsədlə 74 hektar ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, həmçinin bu rayon daxilində mövcud planlaşdırma strukturu qorunmaqla 12,5 hektarlıq ərazidən ibarət hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Layihədə şəhər mərkəzinin daha canlı, yığcam və əlçatan məkana çevrilməsi nəzərdə tutulur.

Konsepsiya tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsini nəzərdə tutur. Eləcə də ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insanyönümlü ictimai məkana çevrilməsi təklif olunur. Bütün bu yanaşmalar birlikdə  yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırmağa imkan verəcək.

Baş planda ekoloji məsələlər də unudulmayıb. Belə ki, ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş Planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək. Naxçıvançay boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq, burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Bu da adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılmasına  səbəb olacaq.

Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat həllərinin tətbiqini dəstəkləyən konsepsiyaya görə, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometr, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometr təşkil edəcək. Bu, ümumi küçə-yol şəbəkəsinin 65 faizdən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir.

Təbii ki, şəhərin gələcək inkişafı onun sakinlərinn sayının artacağı nəzərə alınmaqla planlaşdırılıb. Sözügedən sənədə əsasən, göstərilən müddət ərzində məskunlaşma ərazisi 1831 hektardan 2630 hektara qədər artırılacaq.  Proqnozlaşdırılır ki, bununla şəhərin mövcud ərazisi təxminən 44 faiz genişlənəcək, əhalinin  sayı isə 97 min 200 nəfərdən 130 min nəfərə çatacaq.

Şəhərdə əhalinin sıxlığı nəzərə alınaraq yaşayış fondu da genişləndiriləcək. Yeni yaşayış məhəllələri sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılacaq. Yaşayış fondunun 3,9 milyon kvadratmetrə çatdırılması hesablanıb ki, bu da  orta hesabla adambaşına 30 kvadratmetr yaşayış sahəsinin təmin olunmasına imkan verəcək. 

Bununla yanaşı olaraq şəhərdə sosial infrastruktur da zənginləşdiriləcək. Ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 650 yerə çatdırılacaq. 

Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq.

Bütün bunlar o deməkdir ki, Orta dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri növbəti 18 ildə daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.

Və daha bir  vacib məqam: xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin də 40 faizə yaxın artacağı, 78 min nəfərə çatacağı gözlənilir.

Deyilənlərə onu da əlavə edək ki, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 avqust 2026-cı il tarixli sərəncamında da Naxçıvan şəhərinin Baş Planında əksini tapmış  bir çox tədbirlərin adı çəkilib. Həmin layihələr üçün vəsait də  nəzərdə tutulub. Bu fakt da bir daha göstərir ki, Naxçıvan şəhərinin inkişafı dövlətin diqqətndə olan məsələlərdən biridir.


Flora  SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!