09 Aprel 2025 08:00
2651
SİYASƏT
A- A+
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət

Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət


Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar inamla icra edilir


Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə sahib olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da ordusunun modernləşməsi istiqamətində çox mühüm addımlar atmaqdadır.

Düzdür, bu gün Azərbaycan qalib dövlət kimi regionda yalnız sülhün, təhlükəsizliyin tərəfdarıdır. Lakin məğlub Ermənistanın savaşdan 5 il ötməsinə baxmayaraq hələ də sülh müqaviləsini imzalamaqdan boyun qaçırması, vaxt udaraq gizli şəkildə silahlanması Azərbaycanı daha diqqətli olmağa sövq edir. Çünki tarixin bütün zamanlarında Azərbaycan xalqı erməni hiyləsinin, erməni məkrinin qurbanı olub. 

İndi isə zaman dəyişib və bu gün diktə edən tərəf Azərbaycandır. Belə bir deyim də var ki, sülh istəyirsənsə, müharibəyə hazır ol! Əgər Ermənistan sülhdən yayınaraq guya gizli şəkildə yenidən silahlanırsa, onda Azərbaycan nədən öz hərbi gücünü daha da artırmasın?!

  Ermənistan yaxşı bilir ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildə ona qalib gələn ordudan daha da güclüdür. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, ordunun arsenalına daxil edilən zirehli texnikalar, modern silah-sursatlar bunu deməyə bir daha əsas verir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər Silahlı Qüvvələrimizin gücünə güc qatır. Hazırda Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən ordu quruculuğu nəticəsində  Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən Silahlı Qüvvələr kimi düşmənlərə göz dağı verir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. 

Müasir dövrdə hərbi texniki təchizat texnologiyanın sürətli inkişafı ilə daha da modernləşib, hərbi gücün artırılması üçün dövrün tələblərinə uyğun innovativ sistemlərə əsaslanıb. Bu vasitələr ölkənin həm döyüşaparma, həm də özünümüdafiə qabiliyyətinin yüksəldilməsində effektivliyi təmin edir. Bundan savayı, işğaldan azad olunmuş ərazilərimizdəki hərbi hissələrin maddi-texniki bazasının inkişaf etdirilməsi, şəxsi heyətin xidməti və məişət şəraitinin yaxşılaşdırılması da gündəlikdə duran vacib məsələlərdəndir. Bu ildə də dünyanın aparıcı ordularına sahib dövlətlərilə qurulmuş qarşılıqlı səmərəli əməkdaşlıq sayəsində mühüm layihələrə imza atılıb, nəticədə ordumuzun hərbi təminat və təchizat bazası xeyli modernləşib və gücləndirilib. 

Müdafiə sənayesindən söz düşmüşkən onu da qeyd etmək lazımdır ki, xarici dövlətlərlə yanaşı, yerli müdafiə sənayemizin istehsalı olan müxtəlif hərbi texniki təminat və təchizat vasitələrini də ordumuzda görmək mümkündür. 

Vətən maharibəsindən sonra isə ordunun daha da modernəşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirlir.

Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Aprelin 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə bütün bu məsələlərə toxunulub və qarşıya qoyulan hədəflər açıqlanıb. Prezident İlham Əliyev tərəfindən ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Nazir bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, həm də qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışılıb, cari il ərzində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.

Qoşunların döyüş imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən hərbi təlimlərin intensivliyinin qorunub saxlanılmasını və texnoloji yeniliklərin tətbiqi ilə keyfiyyətinin daim artırılmasını tapşırıb. Müasir informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı göstərişlər verib. Hərbi təhsil sistemində əlçatanlığın, əhatəliliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilən yeni forma və metodlar nəzərə alınmaqla bölmələrin peşəkar kadr heyəti ilə komplektləşdirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir müxtəlif ixtisaslı hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarında onların bilik və bacarıqlarının artırılması, həmçinin silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydalarının öyrədilməsi üzrə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığı, xüsusilə kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin maddi-texniki təminatı, keyfiyyətli qidalanmasının təşkili, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə tələblər bir daha komandir heyətinə çatdırılıb.

Qoşunların mövsümə uyğun bütün növ ehtiyatlarla təmin edilməsi, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidinə hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın etimadını hər zaman doğrultduğunu, bundan sonra da doğruldacağını əminliklə ifadə edib.

Bir sözlə, Ali Baş Komandanın həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Qalib Sərkərdənin söylədiyi kimi, görülən işlərə, aparılan islahatların real nəticəsinə əsasən deyə bilərik ki, hazırda Azərbaycan Silahl Qüvvələri müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Ordumuzdan daha da güclüdür. Bu hərbi güc Qafqazın ən güclü Zəfər Ordusudur. Güclü ordun varsa, qüdrətin və hötmətin də var. Ordumuz güclüdürsə, xalqımız da, dövlətimiz də güclüdür.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

01:21
17 Yanvar

Volodimir Zelenski: Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır  

23:40
16 Yanvar

Gio Kristofoli: Azərbaycan regionun enerji təhlükəsizliyinə böyük töhfələr verir  

22:39
16 Yanvar

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib  

21:06
16 Yanvar

Volodimir Zelenski: Ukraynada hər zərbədən sonra elektrik enerjisinin bərpası işləri aparılır  

21:01
16 Yanvar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində müzakirə paneli təşkil edilib  

20:37
16 Yanvar

WUF13 ərəfəsində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı mühüm nailiyyətə imza atıb  

20:22
16 Yanvar

Ağdam və Kəlbəcərdə məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib  

20:03
16 Yanvar

Cenevrədə WUF13 ilə bağlı beynəlxalq diplomatik brifinq keçirilib  

19:56
16 Yanvar

UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri: İntensiv zərbələr enerji və su təchizatı sistemlərini dağıdır  

19:41
16 Yanvar

Türkiyənin prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir  

19:27
16 Yanvar

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol imzalanıb  

19:07
16 Yanvar

Ombudsman Aparatının əməkdaşları ölkəyə repatriasiya edilmiş şəxslərin vəziyyəti ilə maraqlanıblar  

18:47
16 Yanvar

Türk ekspert: Prezident İlham Əliyevin çağırışı Türk dünyasının təhlükəsizlik arxitekturasını formalaşdırır  

18:33
16 Yanvar

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

18:32
16 Yanvar

Türkiyədə mərc oyunlarında iştirak edən 153 nəfər cəzalandırılıb

18:16
16 Yanvar

Kiberpolis qanunsuz onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

18:01
16 Yanvar

Avropada qaz qiymətlərində son 2 ilin ən böyük həftəlik artımı qeydə alınıb  

17:55
16 Yanvar

Qazaxıstanlı ekspert: Birgə hərbi təlimlər Türk dünyasını risklərə qarşı daha dayanıqlı edir  

17:54
16 Yanvar

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq  

17:53
16 Yanvar

Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub  

17:45
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!