14 Fevral 2025 09:55
401
SİYASƏT
A- A+
Müxalifətin Paşinyana hücumu daha radikal xarakter alır

Müxalifətin Paşinyana hücumu daha radikal xarakter alır


Ermənistanda iqtidar və müxalifətin bir-birinə qarşı hücumlarının daha radikal xarakter alması müşahidə edilir. Keçmiş hakimiyyət nümayəndələri baş nazirə qarşı şiddətli hücum başladıblar. 

Paşinyanı hakimiyyətdə olduğu son  7 il ərzində Qarabağa dair "nəsə gizli plan qurmaq"da günahlandırılir və yekunda təslim olma aktını imzaladığına görə ona satqın, xain damğası vururlar. Son vaxtlar isə sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir vaxtda baş nazirin Ermənistanı yeni müharibəyə aparacağına dair fikirlər səsləndirirlər.

"Hraparak" qəzeti yazıb ki, artıq Ermənistanda bəzi fiqurlar müxalifət formalaşdırmaq məqsədilə fəaliyyətə başlayıblar. Qeyd edilib ki, onlar qondarma mərkəzçi qüvvənin formalaşdırılması istiqamətində siyasi məsləhətləşmələr aparırlar: "Bu qüvvə ilk növbədə öz qarşısına Ermənistandakı psevdoqərbçilərin maskasını qoparmaq, onların Ermənistanın düşməni olduğunu və Nikol Paşinyanın maraqlarına xidmət etdiyini cəmiyyətə göstərmək vəzifəsini qoyacaq".

Bildirilib ki, məsləhətləşmələrdə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan, İrəvanın keçmiş meri Ayk Marutyan, Erməni Milli Konqresi, "Həyat üçün ölkə" və bir sıra digər qüvvələr iştirak edirlər.

"Ermənistan" müxalifət blokunun deputatı Qeqam Manukyan deyib ki, baş nazir Nikol Paşinyanın Milli Assambleyadakı bəyanatına əsaslanaraq, mümkün cinayətlə bağlı MTX-nin direktoru Armen Abazyana mesaj təqdim edib. Belə ki, Paşinyan deputat Kristin Vardanyanın sualını cavablandırarkən "Ermənistan" müxalifət blokunun parlament fraksiyasını Ermənistana qarşı hibrid müharibədə və təxribatda iştirakda ittiham edib. 

Müxalifətçi deputat qeyd edib ki, bu, Cinayət Məcəlləsinin 299-cu maddəsinin, yəni dövlətə xəyanətin elementlərini ehtiva edir: "Mən məktuba Nikol Paşinyanın sözlərini əlavə etmişəm. MTX-nin direktorunu bu hesabata baxmağa, sonra isə prosesin gedişi barədə məlumat verməyə çağırıram".

Manukyanın fikrincə, Nikol Paşinyanın son 6 ildən artıq müddətdə verdiyi hər bir məsuliyyətsiz bəyanat cavabsız qalmamalıdır: "Gəlin görək Ermənistana qarşı hibrid müharibə aparan, ölkəmizdə xarici dövlətlərin lüğətindən istifadə edən, erməni xalqına qarşı fəaliyyət göstərən kimlərdir".

Bu arada "Hraparak" nəşri yazıb ki, milislərin maaşları xeyli azaldılıb, əvvəlki 200 min və daha çox məbləğdən 120-130 min drama düşüb. Qeyd edilib ki, milislər Ermənistan Müdafiə Nazirliyi ilə müqavilə bağlayan və sərhəddə dayanan könüllülərdir: "Bizə məlumat edən vətəndaşın sözlərinə görə, problem pulda deyil, dövlətin onlara münasibətindədir. İrəvan küçələrində çubuq fırladan orta təhsilli patrulçular faktiki olaraq 400 min dramdan çox maaş alır, sərhəddə dayananlar isə üç dəfə az maaş alırlar".  

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana qədəm qoyacaq.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilib 

17:02
11 Fevral

Avropa Parlamenti Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir - Bəyanat

17:00
11 Fevral

Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib  

16:59
11 Fevral

Niderland Krallığı Senatının sabiq sədri Rene van der Lindendən  

16:58
11 Fevral

“Europol” təqribən 1,2 milyard avro dəyərində saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını alıb

16:57
11 Fevral

Xarkov vilayətinə Rusiyanın endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub

16:55
11 Fevral

Azərbaycan–ABŞ münasibətlərində siyasi etimad və strateji əməkdaşlığın yeni dövrü başlayır.  

16:54
11 Fevral

Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

16:52
11 Fevral

Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır  

16:36
11 Fevral

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq  

16:28
11 Fevral

Dünya neft bazarında profisit yaranıb

16:11
11 Fevral

Xankəndinin yolları qardan təmizlənir 

16:09
11 Fevral

Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb  

16:01
11 Fevral

Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

15:48
11 Fevral

ANAMA və FAO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

15:37
11 Fevral

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır

15:29
11 Fevral

Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz  

15:26
11 Fevral

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  

15:23
11 Fevral

Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb 

15:23
11 Fevral

Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı 

15:13
11 Fevral

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9 faiz artıb

15:04
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!