10 Sentyabr 2026 03:36
1038
Nazirlər Kabineti
A- A+
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 352-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 352-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında


№ 267


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 352-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381 (Cild I); 2025, № 2, maddələr 187, 204) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.38-ci bənddən “asbest ovuntulu,” sözləri çıxarılsın;

1.2. Qaydalara 9 nömrəli əlavə ləğv edilsin;

1.3. Qaydalara 23 nömrəli əlavə - “QDS-ın ərazisi və istehsalat binaları üçün yanğından mühafizə avadanlıqlarının siyahısı”ndan “Yanğından mühafizə avadanlığı” sütunu üzrə “Azbest parçası, yaxud” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 58 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 246 (Cild I); 2024, № 9, maddələr 1067, 1106; 2025, № 2, maddə 187, № 9, maddə 868) ilə təsdiq edilmiş “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. “I. DAĞ-MƏDƏN İŞLƏRİ, METROPOLİTENLƏRİN, TUNELLƏRİN VƏ XÜSUSİ TƏYİNATLI YERALTI QURĞULARIN TİKİNTİSİ” bölməsinin “Tikinti materiallarının hasilatı və zənginləşdirilməsi:” hissəsi üzrə:

2.1.1. onuncu abzas ləğv edilsin;

2.1.2. on altıncı abzasdan “, azbestin” sözü çıxarılsın;

2.2. “VIII. NEFT-KİMYA İSTEHSALI” bölməsinin “Texniki asbest məmulatlarının istehsalı:” hissəsi ləğv edilsin;

2.3. “XVI. TİKİNTİ MATERİALLARI SƏNAYESİ” bölməsi üzrə:

2.3.1. “Tikinti materialları istehsalatının ümumi peşələri:” hissəsinin ikinci abzasından “asbest-sement” sözləri çıxarılsın;

2.3.2. “Asbest-sement məmulatlarının istehsalı:” hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 828 (Cild I); 2024, № 1, maddə 73; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 29 iyul tarixli 245 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”na 7 nömrəli əlavə - “Təhlükəli yüklərin daşınması üçün vaqonların və konteynerlərin seçilməsi və hazırlanması”nın 13-cü hissəsindən “azbest kartondan və” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 871 (Cild I); 2024, № 1, maddə 73; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 29 iyul tarixli 245 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5-ci hissənin “Təhlükəli yüklərin siyahısı” cədvəlində “Ağ asbest (krokidolitdən, amozitdən, mizoritdən başqa bütün növlər)”, “Mavi asbest (krokidolit) və ya qəhvəyi asbest (amozit, mizorit)”, “Ağ asbest” və “Krokodolit. Bax: mavi asbest” yüklərə aid sətirlər ləğv edilsin;

4.2. “6.3.2. 2-ci sinif” bölməsinin “Təhlükəsizlik tələbləri” hissəsinin dördüncü abzasından “asbest və yaxud” sözləri çıxarılsın;

4.3. “6.3.5. 5-ci sinif” bölməsi üzrə:

4.3.1. altıncı abzasın ikinci cümləsindən “asbest,” sözü çıxarılsın;

4.3.2. 5.1-ci bəndin altıncı abzasından “asbestlə və yaxud eyni dərəcədə” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 2, maddə 108) ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. “Asbest hasilatı Yeraltı dağ-mədən işləri:” bölməsi ləğv edilsin;

5.2. “Dağ-mədən işlərinin açılması:” bölməsi ləğv edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 579, № 9, maddələr 1067, 1106; 2025, № 2, maddə 187, № 9, maddə 868) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. “VII. Kimya istehsalatları.” bölməsi üzrə:

6.1.1. 155-ci bənddən “asbestli kütlələrin,” sözləri çıxarılsın;

6.1.2. “Asbestli texniki məmulatların istehsalı Toxuculuq istehsalı” hissəsi ləğv edilsin;

6.2. “XIV. Elektrik texnikası istehsalı” bölməsi üzrə:

6.2.1. 10-cu və 11-ci bəndlərin ikinci abzaslarından “deltaasbestlə,” sözü çıxarılsın;

6.2.2. 114-cü bəndin ikinci abzasından “təbəqəli asbestlə” sözləri çıxarılsın;

6.3. “XV. Radiotexnika və elektron istehsalatları” bölməsinin 177-ci bəndindən “və onların asbestli isti izolyasiya ilə təmirində” sözləri çıxarılsın;

6.4. “XIX. İnşaat materiallarının istehsalı” bölməsi üzrə:

6.4.1. “Asbestsement məmulatlarının istehsalı” hissəsi ləğv edilsin;

6.4.2. 152-ci bənd ləğv edilsin;

6.4.3. 153-cü bənddən “və asbestsementli üzlük plitələrin rənglənməsi bölməsində” sözləri çıxarılsın;

6.4.4. 154-cü bəndin “b)” yarımbəndi ləğv edilsin;

6.4.5. 155-158-ci və 384-cü bəndlər ləğv edilsin;

6.4.6. 167-ci bənddə “bitum və asbestlə” sözləri “bitumla” sözü ilə əvəz edilsin;

6.4.7. 168-ci bəndin “b)” yarımbəndindən “və asbestlə” sözləri çıxarılsın;

6.4.8. 379-cu bənddən “və asbesti” sözləri çıxarılsın;

6.4.9. “Asbestin zənginləşdirilməsi” hissəsi ləğv edilsin;

6.5. “XXVI. Toxuculuq və yüngül sənaye” bölməsinin 376-cı bəndi ləğv edilsin;

6.6. “XXVII. Qida sənayesi” bölməsi üzrə:

6.6.1. “Preslənmə materiallarının və plastmasdan olan məmulatların istehsalı Fenollu, karbamidli, karbinollu, furilli, rolimerizasonlu və digər birləşmiş fenollu (fenoplastlar, aminoplastlar, pulverbakelit, faolit, voloknit, asbest kütlələri, asbovinil, arzamit, ATM, FKF, VDU və böyük fəhlə). Doldurucuların əsasında preslənmə materiallarının istehsalı” hissəsinin adından “asbest kütlələri,” sözləri çıxarılsın;

6.7. “XXXIX. Laboratoriyalar, elmi-tədqiqat laboratoriyaları, institutlar, idarə və təşkilatlar, tədris ocaqlarının laboratoriyaları” bölməsinin 3-cü bəndi ləğv edilsin;

6.8. “XL. İqtisadiyyatın bütün sahələrində ümumi peşələr” bölməsi üzrə:

6.8.1. 32-ci bəndin “c)” yarımbəndindən “asbest,” sözü çıxarılsın;

6.8.2. 38-ci və 176-cı bəndlərdən “, asbestin” sözü çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 963 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 579, № 9, maddələr 1067, 1106; 2025, № 9, maddə 868) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:

7.1. “VI. KİMYA İSTEHSALATI. QEYRİ-ÜZVİ MƏHSULLAR” bölməsinin “Asbestli texniki məmulatların istehsalı. Toxuculuq istehsalı”, “Asbestlərin: karton, kağız, filtrli lövhəcik, filtrli liflər və onlardan olan məmulatların istehsalı”, “Paronitlərin: elektronit, ferronit, frivanit və digər paronitlərin və onlardan olan məmulatların istehsalı”, “Friksion və tormozlu məmulatların istehsalı”, “Texniki asbest məmulatlarının təcrübəvi-eksperimental istehsalı” hissələri və 166-cı ,167-ci, 168-ci, 169-cu,170-ci və 171-ci bəndlər ləğv edilsin;

7.2. “XVI. İNŞAAT MATERİALLARININ İSTEHSALI” bölməsinin “Asbestin hasilatı və zənginləşdirilməsi.” hissəsi ləğv edilsin;

7.3. “XXXIV. LABORATORİYALAR, ELMİ TƏDQİQAT LABORATORİYALARI, İNSTİTUTLAR, MÜƏSSİSƏ, İDARƏ VƏ TƏŞKİLATLAR, TƏDRİS OCAQLARININ LABORATORİYALARI” bölməsinin 1-ci bəndinin dördüncü abzası ləğv edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 43 (Cild I) ilə təsdiq edilmiş “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”na - 3 nömrəli əlavənin “Təhlükəli tullantıların xassələri” sütunundan “asbest” və “bərkidilmiş (möhkəmləndirilmiş) asbest”ə aid sətirlər ləğv edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 203 (Cild I); 2024, № 1, maddə 74, № 2, maddə 209, № 9, maddə 1106; 2025, № 2, maddə 187, № 9, maddə 868) ilə təsdiq edilmiş “Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar”ın 1.28.3-cü yarımbəndi ləğv edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2498 (Cild I); 2025, № 9, maddə 868) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların SİYAHISI”nın cədvəl hissəsinin 2.112-ci bəndindən “asbestli sıxışdırılmış material” sözləri çıxarılsın.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084, № 12 (II kitab), maddələr 1207, 1233, 1257; 2026, № 2, maddələr 173, 187, 189, № 3, maddə 264, № 4, maddələr 360, 387, № 5, maddələr 466, 470, 474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 3 iyun tarixli 165 nömrəli, 9 iyun tarixli 173 nömrəli, 25 iyun tarixli 200 nömrəli və 24 iyul tarixli 237 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “11.5.2. Faydalı qazıntılar” paraqrafından “asbest,” sözü çıxarılsın.

12. “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 150 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 84) aşağıdakı dəyişikliklər edilsin:

12.1. həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu”nun “Tikintinin növləri üzrə əlavə xərclərin smeta normaları” üzrə:

12.1.1. 1 nömrəli cədvəlin 1.20.4-cü yarımbəndindən “, asbestsement” sözü çıxarılsın:

12.1.2. 2 nömrəli cədvəl üzrə:

12.1.2.1. 12.4-cü, 21.1-ci bəndlər və 22.1.1-ci yarımbənd ləğv edilsin;

12.1.2.2. 33.4-cü bənddən “Asbest-sement borulardan və” sözləri çıxarılsın.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 may tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 739) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı”nın 2.3-cü bəndi ləğv edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 600) ilə təsdiq edilmiş “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nın 8.33-cü bəndi ləğv edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 3, maddə 272 (Cild I); 2025, № 5, maddələr 465, 466) ilə təsdiq edilmiş “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın 1.57-ci bəndinin “Malın adı” sütununda “, şüşə lifinin və asbest saplarının” sözləri “və şüşə lifinin” sözləri ilə əvəz edilsin.

16. Bu Qərar 2027-ci il iyulun 1-dən qüvvəyə minir.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, 8 sentyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!