09 May 2026 12:03
258
SİYASƏT
A- A+
Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi


Mayın 10-u Azərbaycan xalqının yaddaşında təkcə böyük bir dövlət xadiminin doğum günü kimi deyil, həm də milli dövlətçilik tariximizin ən mühüm mərhələlərinin başlanğıcı kimi qeyd olunur. Bu tarix müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Hər il olduğu kimi, bu il də xalqımız Ulu Öndərin əziz xatirəsini böyük ehtiram, sonsuz sevgi və minnətdarlıq hissi ilə yad edir. Çünki Azərbaycan dövlətçiliyinin xilası, möhkəmləndirilməsi və bugünkü qüdrətli səviyyəyə yüksəlməsi bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Azərbaycanın müasir tarixində elə bir mühüm siyasi, iqtisadi və ya mənəvi hadisə yoxdur ki, orada Ulu Öndərin dərin izi görünməsin. Onun fəaliyyəti yalnız müəyyən bir dövrü deyil, bütövlükdə xalqımızın taleyini dəyişmiş, Azərbaycanın gələcək inkişaf istiqamətini müəyyən etmişdir. Heydər Əliyev siyasi uzaqgörənliyi, qətiyyəti, milli maraqlara bağlılığı və müdrik idarəçilik bacarığı ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayan liderə çevrilmişdir.

Ötən əsrin 60-cı illərinin sonlarından etibarən Azərbaycanın inkişafında tamamilə yeni mərhələ başlandı. 1969-cu ildə respublikaya rəhbər seçilən Heydər Əliyev qısa müddət ərzində ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklər həyata keçirməyə başladı. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ məkanında geridə qalmış respublikalardan biri hesab olunurdu. Lakin Ulu Öndərin böyük iradəsi və məqsədyönlü siyasəti nəticəsində respublika qısa müddətdə ittifaqın qabaqcıl sənaye və aqrar mərkəzlərindən birinə çevrildi.

Sənayenin müxtəlif sahələrində iri müəssisələr yaradıldı, yeni texnologiyaların tətbiqi genişləndirildi, kənd təsərrüfatında məhsuldarlıq yüksəldi, bölgələrin inkişafına xüsusi diqqət ayrıldı. Azərbaycanın iqtisadi potensialı gücləndirildi, milli gəlir dəfələrlə artdı. Eyni zamanda elm, təhsil və mədəniyyət sahələrində də mühüm uğurlar əldə olundu. Həmin illərdə yaradılmış elmi-tədqiqat institutları, ali təhsil müəssisələri və sənaye infrastrukturu sonrakı dövrdə müstəqil Azərbaycanın inkişafı üçün möhkəm baza rolunu oynadı.

Ulu Öndərin ən mühüm xidmətlərindən biri milli şüurun formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət idi. Sovet ideologiyasının milli dəyərləri sıxışdırdığı bir dövrdə Heydər Əliyev xalqımızın milli kimliyinin qorunması üçün böyük mübarizə aparırdı. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli-mənəvi dəyərlərimizin qorunması baxımından tarixi hadisə idi. Bu addım xalqın milli özünüdərkinin güclənməsinə mühüm təkan verdi.

Eyni zamanda gələcək müstəqil dövlətçiliyin əsaslarından biri olan milli hərbi kadr hazırlığı məsələsi də Ulu Öndərin daim diqqət mərkəzində idi. Məhz onun təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına hərbi məktəb gələcək Azərbaycan Ordusunun peşəkar zabit heyətinin formalaşmasında mühüm rol oynadı. Sonralar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən minlərlə hərbçi məhz bu məktəbin yetirmələri oldu.

Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək vəzifələrdə çalışdığı dövrdə də Azərbaycan daim onun diqqət mərkəzində idi. Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi illərdə o, Azərbaycanın inkişafı üçün bütün imkanlardan istifadə edir, respublikanın sosial-iqtisadi və mədəni yüksəlişinə xüsusi dəstək verirdi. Ulu Öndərin nüfuzu sayəsində Azərbaycan ittifaq miqyasında mühüm layihələrin həyata keçirildiyi əsas mərkəzlərdən birinə çevrilmişdi.

1990-cı illərin əvvəllərində Azərbaycan tarixinin ən mürəkkəb və təhlükəli mərhələlərindən birini yaşayırdı. Ölkədə siyasi böhran, hakimiyyət uğrunda qarşıdurmalar, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə ağır bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü ildən başlayaraq ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət idarəçiliyi sistemi formalaşdırıldı. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı. Dövlətin gələcək inkişaf strategiyası müəyyən edildi və bunun üçün mühüm siyasi-hüquqi baza yaradıldı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması hüquqi dövlət quruculuğu baxımından mühüm dönüş nöqtəsi oldu. Demokratik dəyərlərə əsaslanan yeni Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasına, vətəndaş cəmiyyətinin formalaşmasına və qanunun aliliyinin bərqərar olmasına geniş imkan yaratdı. Azərbaycanda çoxpartiyalı siyasi sistemin inkişafı, azad iqtisadiyyatın təşəkkülü və beynəlxalq inteqrasiya prosesləri də məhz həmin dövrdə sürətləndi.

Ulu Öndərin həyata keçirdiyi neft strategiyası Azərbaycanın iqtisadi inkişaf tarixində xüsusi yer tutur. “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynadı. Bu müqavilə nəticəsində Azərbaycana böyük həcmdə xarici investisiyalar cəlb olundu, enerji infrastrukturu yaradıldı və ölkənin maliyyə imkanları genişləndi. Sonrakı illərdə həyata keçirilən iri enerji layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı və ölkəmizi regionun əsas enerji mərkəzlərindən birinə çevirdi.

Heydər Əliyevin fəaliyyətində milli ideologiyanın formalaşdırılması mühüm yer tuturdu. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası milli birliyin, vətənpərvərliyin və dövlətə bağlılığın əsas fəlsəfəsinə çevrildi. Azərbaycançılıq ideyası təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məqsəd ətrafında birləşməsində mühüm rol oynadı.

Ulu Öndərin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri milli kimliyə bağlılığın və vətən sevgisinin ən parlaq ifadəsinə çevrilmişdir. Bu fikir hər bir azərbaycanlı üçün milli qürur mənbəyi olmaqla yanaşı, həm də dövlətə sədaqətin rəmzidir.

Heydər Əliyev elm və təhsilin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. O, yaxşı anlayırdı ki, güclü dövlət yalnız savadlı və peşəkar kadrlar üzərində qurula bilər. Məhz buna görə də ali təhsil müəssisələrinin inkişafına, gənclərin xaricdə təhsil almasına və milli kadr potensialının formalaşdırılmasına xüsusi diqqət yetirirdi. Sovet dövründə minlərlə azərbaycanlı gəncin ittifaqın nüfuzlu ali məktəblərində təhsil alması Ulu Öndərin təşəbbüsü ilə mümkün olmuşdu. Bu kadrlar sonralar Azərbaycanın müxtəlif sahələrdə inkişafına böyük töhfələr verdilər.

Müstəqillik dövründə də təhsil sisteminin yenilənməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Elm və təhsilə göstərilən diqqət nəticəsində Azərbaycanda insan kapitalının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Son illərdə Azərbaycanın əldə etdiyi böyük uğurlar, beynəlxalq nüfuzunun artması, iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsi məhz Heydər Əliyev siyasətinin nəticəsidir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Ulu Öndərin arzularının reallığa çevrilməsinin ən parlaq nümunəsidir.

Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu tarixi Qələbə həm də Heydər Əliyev siyasi məktəbinin zəfəri kimi qiymətləndirilir. Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü və inkişaf potensialını bütün dünyaya nümayiş etdirir.

Müasir Azərbaycan dövlətinin bugünkü uğurları bir daha sübut edir ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu alternativsizdir. Ulu Öndərin ideyaları yaşayır, onun siyasi irsi xalqımıza xidmət etməyə davam edir. Azərbaycan xalqı öz böyük liderinin əziz xatirəsini daim uca tutur və onun zəngin dövlətçilik irsini gələcək nəsillərə ötürməyi müqəddəs vəzifə hesab edir.

Bu gün hər bir azərbaycanlı böyük qürur hissi ilə deyə bilər ki, müasir Azərbaycan Heydər Əliyev dühasının əsəridir. Onun qurduğu dövlət, müəyyən etdiyi siyasi kurs və xalqına bəxş etdiyi milli birlik fəlsəfəsi Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onun ideyaları isə Azərbaycanın tərəqqi yolunu bundan sonra da işıqlandıracaq.


Şahin SEYİDZADƏ, 

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər  YENİLƏNIB 

16:53
09 May

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

15:34
09 May

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

15:23
09 May

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb

15:16
09 May

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

15:14
09 May

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır

14:50
09 May

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

14:42
09 May

Tramp: Azadlıq layihəsinin davam etdirilməsinə ehtiyac yoxdur

14:15
09 May

15,9 min şəxsə əlillik təyin olunub

14:06
09 May

Avstraliyada bioyanacaq siyasəti 

13:57
09 May

Qlobal ərzaq böhranı riski artır  

13:47
09 May

Uşaqlar gələcəyimizdir  

13:18
09 May

“Airbnb”də süni intellekt dövrü

13:14
09 May

Bakıda şəhərsalma həftəsi təşkil olunacaq

13:06
09 May

Humanizmə xidmət edən missiya

12:52
09 May

İkinci dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

12:46
09 May

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12:44
09 May

Sabah hava əsasən yağmursuz olacaq

12:34
09 May

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

12:03
09 May

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

12:02
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:55
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!