09 May 2026 08:47
230
SİYASƏT
A- A+
Xəritə manipulyasiyaları reallıqları dəyişmək gücündə deyil 

Xəritə manipulyasiyaları reallıqları dəyişmək gücündə deyil 


Azərbaycanın öz suverenliyini bütün ölkə ərazisində bərpa etməsi bəzi dairələri hələ də narahat etməkdədir. Ölkəmizin Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqları həzm etməkdə çətinlik çəkən həmin qüvvələr, eləcə də onların nəzarətində olan media resursları köhnə ambisiyalarından əl çəkmirlər. 

Münaqişə səhifəsinin qapanmasına, Azərbaycan-Ermənistan sülh prosesində əhəmiyyətli məsafə qət edilməsinə baxmayaraq, müəyyən mərkəzlər tərəfindən qondarma terminlərin və separatizmi təşviq edən ifadələrin gündəmə daşınmasını müşahidə edirik. Belə qərəzli yanaşmalar bəzən diplomatik bəyanatlarda, bəzən isə kütləvi informasiya vasitələrində özünü büruzə verir. Bunun ən son nümunəsi Rusiyanın dövlət mediasında qeydə alınıb. Mayın 6-da Rusiya dövlət televiziyası olan "1-ci" kanalın "Zaman göstərər" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib. Xəritədə qondarma "Dağlıq Qarabağ" adlandırılan ərazi yerləşdirilib. 

Rəsmi Bakı təxribata sərt etirazını bildirib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib ki, Rusiyanın dövlət kanalında təhrif olunmuş xəritənin nümayiş etdirilməsi, mövcud olmayan qondarma "Dağlıq Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır. XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Həmçinin qeyd olunub ki, bu cür saxta və separatizmi təşviq edən elementlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərini də zədələyir: "Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir". 

Xarici İşlər Nazirliyinin məsələyə kəskin reaksiyası rəsmi Bakının suverenlik məsələsində "qırmızı xətləri"nin dəyişməz olduğunu göstərir. Azərbaycan bu cür halların "səhvən" edildiyinə dair bəhanələri artıq qəbul etmir və bunu birbaşa siyasi manipulyasiya kimi görür. Təbii ki, Rusiyanın dövlət kanalında Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayişi sıradan bir jurnalist səhlənkarlığı kimi qiymətləndirilə bilməz. Rusiya Federasiyası rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etsə də, dövlət büdcəsindən maliyyələşən bir kanalda qondarma ifadənin yer alması ikili standartın nümunəsidir. Azərbaycanın rəsmi olaraq ləğv etdiyi bir inzibati vahidin adını çəkmək ölkəmizin daxili qanunvericiliyinə hörmətsizlikdir. Dövlət kanalının bu addımı 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin ruhuna da ziddir. 

Rusiyanın dövlət televiziyası və digər dairələr "məsələ hələ bitməyib" mesajını verməyə çalışsalar da, Qarabağ məsələsi çoxdan qapadılıb və artıq gündəmdə belə bir mövzu yoxdur. Çünki Azərbaycan bu məsələni hərbi, siyasi və hüquqi müstəvidə birdəfəlik həll edib. Moskva daxil olmaqla, BMT və digər beynəlxalq təşkilatlar hər zaman Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Ermənistan rəhbərliyi də müxtəlif beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib. Belə olan halda, kənar dairələrin xəritə manipulyasiyası xülyaların "reallıq" kimi qələmə verilməsi, revanşist qrupları ovundurmaq cəhdidir. Bu məkrli əməlin Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində ortaya çıxması da təsadüfi sayılmamalıdır. 

Qərəzli dairələr həqiqəti qəbul etməlidir. Bu cür manipulyasiyalar nə regiondakı hərbi-siyasi balansı dəyişmək, nə də Azərbaycanın mütləq suverenliyinə kölgə salmaq gücündədir. Reallıq hansısa televiziyada çəkilən xəritələrdə yox, Xankəndi, Şuşa və Xocalıda dalğalanan üçrəngli bayrağımızda, regionda aparılan nəhəng quruculuq işlərində öz təsdiqini tapıb.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər  YENİLƏNIB 

16:53
09 May

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

15:34
09 May

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

15:23
09 May

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb

15:16
09 May

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

15:14
09 May

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır

14:50
09 May

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

14:42
09 May

Tramp: Azadlıq layihəsinin davam etdirilməsinə ehtiyac yoxdur

14:15
09 May

15,9 min şəxsə əlillik təyin olunub

14:06
09 May

Avstraliyada bioyanacaq siyasəti 

13:57
09 May

Qlobal ərzaq böhranı riski artır  

13:47
09 May

Uşaqlar gələcəyimizdir  

13:18
09 May

“Airbnb”də süni intellekt dövrü

13:14
09 May

Bakıda şəhərsalma həftəsi təşkil olunacaq

13:06
09 May

Humanizmə xidmət edən missiya

12:52
09 May

İkinci dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

12:46
09 May

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12:44
09 May

Sabah hava əsasən yağmursuz olacaq

12:34
09 May

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

12:03
09 May

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

12:02
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:55
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!