27 Aprel 2025 08:15
2379
Mədəniyyət
A- A+
Milli mətbuatımızın 150 illiyi ölkəmizdə geniş qeyd olunacaq

Milli mətbuatımızın 150 illiyi ölkəmizdə geniş qeyd olunacaq


Bu barədə Prezidentin sərəncamı KİV nümayəndələri və ictimaiyyət tərəfindən  razılıqla qarşılanıb


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdır. 

Məhz buna görə də 150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin" deyən Həsən bəy Zərdabinin "Əkinçi"si  əzm, fədakarlıq, mübarizə məktəbi  kimi  ötən 150 ildə mətbuatımıza işıq salan əqidəli jurnalist və maarifçi ziyalı ordusu yetişdirmişdir. 

1998-ci ildə senzuranı ləğv edən Ulu Öndər Heydər Əliyev hər zaman  mətbuatın cəmiyyətə təsir gücünü diqqətə almış, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Jurnalist əməyini hər zaman yüksək qiymətləndirən Ümummilli Lider 2000-ci ildə mətbuatımızın tarixi ilə bağlı "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" ilk fərman imzalamışdır. Azərbaycan jurnalistləri də dövlət başçısının bu diqqətinə, qayğısına laqeyd qalmamış, onu 2002-ci ildə "Jurnalistlərin dostu" seçmişlər. 

Son 20 ildə isə media azadlığı, jurnalist sərbəstliyi geniş şəkildə təmin olunmuşdur. Bu təminatın müəllifi Prezident İlham Əliyevdir. Azərbaycanda bu gün jurnalistlərin azad informasiya toplamaq, onu sərbəst şəkildə yaymaq, cəmiyyətdə baş verən hadisələr haqqında sərbəst fikir mübadiləsi aparmaq üçün hər cür şərait mövcuddur. Jurnalistlərə istənilən sahələr üzrə məqalələr yazmaq, ictimai əhəmiyyət kəsb edən məsələləri cəmiyyətin müzakirəsinə çıxarmaq və sərbəst fikir mübadiləsi aparmaq imkanları yaradılmışdır. Bunlardan əlavə, dövlət xüsusi təşəbbüslə çıxış edərək mətbuatın inkişafını şərtləndirən proqram qəbul etmişdir. İndi Azərbaycanda mətbuatın inkişafına dövlət dəstəyi verən Medianın İnkişafı Agentliyi - MEDİA kimi qurum var.

İllərdir digər sahələrdə olduğu kimi, mətbuatın, ümumilikdə KİV-in inkişafı istiqamətində də Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev bu gün ölkə jurnalistlərinin yaxın dostu və himayədarıdır. Hələ 2009-cu ildə dövlət başçısının sərəncamı ilə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları silinmiş,  "Əməkdar jurnalist" fəxri adı bərpa olunmuşdur. Bundan sonra mətbuatın 135 illik yubileyi münasibəti ilə 100-dən çox jurnalist "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına, "Tərəqqi" medalına layiq görülmüşdür. 2013-cü il iyulun 22-də - Milli Mətbuat Günündə Bibiheybət qəsəbəsində tikilmiş 17 mərtəbəli binadakı 156 mənzilin açarları jurnalistlərə təqdim olunmuşdur. Elə həmin gün dövlət başçısı jurnalistlər üçün daha bir çoxmənzilli yaşayış binasının təməlini qoymuş və həmin bina da bir neçə ildən sonra jurnalistlərin ixtiyarına verilmişdir. İndi həmin binalarda Prezidentin qayğısı sayəsində onlarla jurnalist ailəsi yaşayır.

Mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı bu addımlar Prezident İlham Əliyevin də jurnalistlərin dostu olduğunu göstərir. Xatırladaq ki, dövlət başçısı ilk dəfə 2010-cu ildə "Jurnalistlərin dostu" olmuşdu. İkinci dəfə isə KİV nümayəndələri Prezidenti özlərinin dostu 2013-cü ildə seçmişlər. Bu münasibətlə keçirilən tədbirdə dövlət başçısı demişdir:  "Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır. Mən də jurnalistlərin  dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcək".

Bütün bunlar o deməkdir ki,  Azərbaycanda mətbuata dəstək və qayğı dövlətin prioritet siyasətidir. Bu baxımdan ölkəmizin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu indiki zamanda mətbuatın da üzərinə düşən vəzifələr xüsusi mahiyyət kəsb edir. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həmçinin sosial öhdəliklərini, məsuliyyətini artırıb. Dövlətin yüksək diqqət və qayğısı əvəzində bu gün obyektivlik, operativlik, peşəkarlıq, milli təəssübkeşlik və nəhayət dövlətçilik Azərbaycan mətbuatının əsas keyfiyyət göstəriciləri olmalıdır. Bunu bizdən həm də 150 yaşlı mətbuatımızın şərəfli tarixi tələb edir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda amnistiya təşəbbüsünün siyasi və ictimai əhəmiyyəti  

16:12
16 Dekabr

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

15:44
16 Dekabr

Baş icraçı direktor: Azərbaycan-Ermənistan sülh danışıqlarında indiki əsas vəzifə razılaşdırılmış müddəaların həyata keçirilməsidir  

15:44
16 Dekabr

Rusiyada 5 bal gücündə zəlzələ baş verib  

15:40
16 Dekabr

Sos kəndində daha 21 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:39
16 Dekabr

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!