03 Mart 2026 14:21
175
CƏMİYYƏT
A- A+
Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bir neçə layihə icra olunacaq 

Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bir neçə layihə icra olunacaq 


Son illərdə Xırdalan şəhərində əhali sayının sürətlə artması və məskunlaşmanın genişlənməsi əsas yollara düşən yükü daha da ağırlaşdırıb. Təkcə bu ərazidə 300 mindən çox insan yaşayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, hazırda Xırdalan sakinlərinin M1– Bakı-Sumqayıt yoluna bir neçə giriş-çıxışı mövcud olsa da, bu, yaranmış böyük tələbatı qətiyyən ödəmir, eyni zamanda, M1 yolunu yükləyir.

Qurumun yaydığı məlumata görə, ərazi ətrafından keçən dəmir yolu xətti və sözügedən ərazinin şimal-qərb hissəsində yerləşən Ceyranbatan su anbarı yeni yolların salınmasına fiziki olaraq mane olur.

“Məhz bu məhdudiyyətlər səbəbindən sərnişinlər və sürücülər alternativ çıxışlar olmadığından istənilən istiqamətə getmək üçün onsuz da yüklü olan M1 magistral yoluna çıxmalı və əlavə olaraq Xırdalan şəhəri daxilində də sıxlıq səbəbindən yolda uzun vaxt keçirməli olurlar. Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4 – Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradılacaq. Layihənin digər mühüm hissəsi isə Xırdalan dəmiryolu stansiyası ilə bağlıdır. Belə ki, yeni giriş-çıxışlardan biri məhz bu stansiyanın yaxınlığında təşkil ediləcək. Eyni zamanda, stansiyanın qarşısında müasir Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) inşası nəzərdə tutulur. Bu addım həm dəmir yolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Qeyd edilən irimiqyaslı infrastruktur layihələri Xırdalan şəhərinə yeni hərəkət sərbəstliyi gətirəcək. Bu yeniliklər eləcə də Hökməli, Sulutəpə, Xocəsən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinlərinə, həmçinin ətrafda yerləşən universitetlərlə rahat əlaqə qurmaq üçün mühüm alternativlər formalaşdıracaq.

Eyni zamanda, qeyd edilən yollarda nəqliyyat hərəkətlərinin tənzimlənməsi məqsədilə Xırdalan şəhəri - M1 - Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi, Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi və M1 – Bakı-Sumqayıt yolundan M4 yoluna, Şamaxı istiqamətinə tunel vasitəsilə çıxışın təşkili həyata keçiriləcək.

Hazırda sözügedən layihələrin hazırlanması həyata keçirilir, istiqamətlərdən biri üzrə isə artıq tikinti işlərinə başlanılıb. Ümumilikdə, bu layihələrin 2027–2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir  

15:45
03 Mart

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq

15:20
03 Mart

Prezident İlham Əliyev: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik  

15:16
03 Mart

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib YENİLƏNİB-3

15:10
03 Mart

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası plenar sessiyalarla davam edib  

15:01
03 Mart

Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında əməkdaşlıq inkişaf etdiriləcək  

14:59
03 Mart

BAEA İranın nüvə obyektinə ziyan vurulduğunu təsdiqləyib  

14:58
03 Mart

Hakan Fidan: İranın ABŞ bazalarına zərbələri genişmiqyaslı regional böhran riskini artırır

14:35
03 Mart

Yaxın Şərqdə davam edən müharibə Körfəzdə dəniz nəqliyyatını iflic edib

14:31
03 Mart

Latviya səfiri: Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var  

14:29
03 Mart

PUA hücumu Əl-Fuceyradakı neft hasilatı rayonunda yanğına səbəb olub

14:29
03 Mart

“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsi başlayıb

14:27
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!