08 İyun 2026 17:10
709
PARLAMENT
A- A+
Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib  

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib  


İyunun 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri bu səfərin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

Söhbət zamanı iki ölkə arasında dost münasibətlərin təməlinin hələ ötən əsrdə Ulu Öndər Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr dinamik inkişaf edib.

Görüşdə ikitərəfli əlaqələrin güclənməsində ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunub, Azərbaycan Prezidentinin Vyetnama, Vyetnam Prezidentinin isə Azərbaycana səfərlərinin münasibətlərimizin dinamikasını müəyyən etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Bu baxımdan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətindən danışan Milli Məclisin sədri Vyetnamı bu platformada fəal iştiraka dəvət edib.

Sahibə Qafarova qonağa Milli Məclisin ölkənin qanunvericilik sisteminin təkmilləşdirilməsi sahəsində fəaliyyəti kontekstində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı əməkdaşlığı, Azərbaycanda müasir parlamentin strukturu, beynəlxalq fəaliyyəti, parlamentdə partiyaların təmsilçiliyi barədə məlumat verib. Qeyd olunub ki, iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyasının səmərəli əməkdaşlığı ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.

Söhbət zamanı Milli Məclisin sədri Vyetnam parlamenti ilə qarşılıqlı əməkdaşlıq, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, parlamentlər arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə də fikirlərini bölüşüb.

Görüş üçün təşəkkürünü bildirən Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyen Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb, ölkəmizə səfəri barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsini məmnunluqla qeyd edərək, bu baxımdan COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayıb.

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından söz açan qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan Baş prokurorluğu arasında imzalanmış sənədlərin əhəmiyyətindən və əməkdaşlığın perspektivlərindən danışıb. O qeyd edib ki, bu gün Vyetnam və Azərbaycan Baş prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramı cinayətkarlıqla mübarizə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!