Milli Məclisdə ölkəmizdə koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət, vaksinasiya mövzusunda dinləmə keçirilib
Oktyabrın 7-də Milli Məclisdə Səhiyyə komitəsi tərəfindən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq Azərbaycan parlamentində dinləmələrin keçirilməsinin artıq bir ənənə halı aldığını qeyd edib. Bildirib ki, iki ilə yaxındır dünyada tüğyan edən koronavirus pandemiyasının ilk günündən Prezident İlham Əliyevin şəxsi nəzarəti və tapşırığı ilə həyata keçirilən koronavirusla mübarizə tədbirləri sayəsində bu gün COVID-19 Azərbaycanda nəzarət altına alınıb. Eyni zamanda, pandemiya ilə bağlı gözlənilməz reallıqların bizi daim sayıq olmağa vadar etdiyini deyən komitə sədri elə bu dinləmənin də yeni problemlərin həlli yollarının, yaranan sualların cavablarının tapılması məqsədi daşıdığını bildirib.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev COVID-19 pandemiyasının qlobal təsirlərindən, gətirdiyi yeni reallıqlardan danışıb. Adil Əliyev Azərbaycanın bu sınaqdan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üzüağ çıxdığını vurğulayıb. O, pandemiyanın vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirilən dəstək proqramlarını qeyd edib, Prezident İlham Əliyevin qlobal miqyasda koronavirusla mübarizəyə verdiyi töhfələrdən danışıb. Vitse-spiker Milli Məclisin pandemiyaya qarşı mübarizə sahəsindəki fəaliyyətini də qeyd edib. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səylərinin beynəlxalq səviyyədə qəbul edildiyini, 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdığını vurğulayıb.
Azərbaycanda keçirilən vaksinasiya prosesinə toxunan Adil Əliyev çıxışının sonunda tibb işçilərinə, həkimlərə fədakar əməklərinə görə minnətdarlığını bildirib.
Dinləmələrdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Kamilə Əliyeva, İlham Məmmədov, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli çıxış ediblər. Deputatlar Azərbaycanda koronavirusla mübarizə tədbirlərini yüksək dəyərləndiriblər, vaksinasiya səviyyəsinə görə MDB-də lider olmağımızı təqdir ediblər, COVID-19 pandemiyasının mövcud durumu və gələcək vəziyyəti ilə bağlı onları və seçicilərini narahat edən sualları səsləndiriblər. Deputatlar vaksinlərin keyfiyyət göstəriciləri, vaksinləşmənin növbəti mərhələləri, səhiyyənin müvafiq sahəsində mütəxəssis, infrastruktur təminatı, avadanlıqlarla, test və laboratoriyalarla təchizat, klinik protokolların və digər müvafiq standartların yenilənməsi kimi məsələlərlə bağlı mövcud vəziyyət və görüləcək işlərlə maraqlanıblar. Milli Məclisin deputatları, həmçinin koronavirus xəstələrinə ambulator xidmətin təşkili, onların xəstəxanaya yatırılması qaydası, evdə müalicə alanların dərmanlarla təminatı, uşaqların vaksinasiyası kimi məsələlərlə bağlı fikirlərini ifadə ediblər.
Dinləmələrə dəvət olunan səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər barədə məlumat verib, deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər. Bildirilib ki, koronavirus xəstələrinin müalicəsi, xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır, elektron resept sisteminin tətbiqi planlaşdırılır.
Fikir mübadiləsi şəraitində keçən tədbirdə dərmanların qeydiyyatı məsələsinin aktuallığı, koronavirus infeksiyası ilə mübarizədə koordinasiyanın və kommunikasiyanın təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib, dezinformasiyaların qarşısının alınması və maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda Milli Məclis sədrinin müavini Adil Əliyev və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səmərəli fikir mübadiləsinə görə iştirakçılara təşəkkür ediblər. Bildirilib ki, bir çox məqamlara aydınlıq gətirilib, insanları narahat edən suallara cavab tapılıb və bu faydalı ənənə davam etdiriləcək.
Dinləmələrdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov da iştirak edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!