Milli Məclisdə görüş
Oktyabrın 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Parlamentinin deputatı xanım Rəşidə Datini qəbul etdi.
Görüşdə Spiker Avropa Parlamentinin Fransadan olan nümayəndəsini Milli Məclisdə görməyindən məmnun olduğunu söylədi. Qeyd edildi ki, bu cür görüşlər qarşılıqlı münasibətlərimizin bir sıra aspektlərini müzakirə etmək baxımından çox önəmlidir. Müstəqil Azərbaycan dünyanın mötəbər beynəlxalq qurumları, o cümlədən Avropa Parlamenti ilə əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır.
Avropa strukturlarına inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan quruma üzv ölkələrlə də əlaqələrini genişləndirməkdədir. Biz bundan sonra da Avropada özünəməxsus yeri olan Fransa ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrimizi genişləndirmək niyyətindəyik.
Sədr qeyd etdi ki, bəzən beynəlxalq qurumlar tələskənliyə yol verir, obyektiv reallığı əks etdirməyən məlumatlar əsasında qərarlar qəbul edirlər. Azərbaycan da bu hallarla rastlaşır. Bədxahlarımızın təsiri altında qəbul olunmuş bu qərarlar ölkə ictimaiyyətini haqlı olaraq narahat edir, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qalxmasına maneçilik törədir. Biz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə tərəfdarıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Parlamentinin fransalı üzvü xanım Rəşidə Dati Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda iştirakından və burada keçirdiyi görüşlərdən söz açdı. O, Avropa Parlamentində və Fransada Azərbaycanın çoxsaylı dostları olduğunu və ölkəmizin uğurlarına sevindiklərini söylədi. Xanım Rəşidə Dati ölkəmizin inkişafı barədə məlumatları və bölgə həqiqətlərini avropalı deputatlara çatdıracağını bildirdi.
Qeyd edildi ki, Azərbaycan Avropa Parlamenti və Fransa üçün Cənubi Qafqazda çox önəmli ölkədir. Buna görə bölgədə baş verən ictimai-siyasi proseslərə diqqət böyükdür. Biz gələcəkdə də Qafqazın bu bölgəsi ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik. İnanıram ki, münasibətlərimizin inkişafı hər iki tərəf üçün faydalı olacaqdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli Məclisin mətbuat xidməti
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!