24 İyul 2026 16:56
148
SİYASƏT
A- A+
Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırıb

Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırıb

Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı 2026-cı il iyulun 22-də ölkəmiz əleyhinə irəli sürülmüş düzəlişləri və əsassız ittihamları qətiyyətlə rədd edir. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi qanun layihəsinə dair açıqlamasında bildirilib.

Qeyd edilib ki, düzəlişin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə bağlı olan və ardıcıl surətdə onların siyasi gündəliyini həyata keçirməyə çalışan bir şəxs kimi tanınır. Aydın məsələdir ki, ABŞ Konqresinə növbəti seçkilər ərəfəsində irəli sürülən bu cür təşəbbüslər heç də Birləşmiş Ştatların milli maraqlarını təmin etmək niyyəti ilə bağlı deyil və nüfuzlu lobbi dairələrinin siyasi və maliyyə dəstəyini qazanmaq məqsədi güdür. Qəbul olunan qərarların obyektivliyini şübhə altına alan bu cür praktika Birləşmiş Ştatların hüquq-mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılmalı və lazımi hüquqi qiymətini almalıdır.

Sözügedən təşəbbüsün erməni lobbisinin Azərbaycanı gözdən salmaq üçün çoxdan həyata keçirdiyi kampaniya çərçivəsində irəli sürüldüyü aşkardır. Eynilə belə bir çirkin missiyanı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo yerinə yetirir. Onun Rusiyanın ermənimənşəli oliqarxı Samvel Karapetyan da daxil olmaqla, erməni şovinist dairələri ilə bağlı şəxslərin maliyyə yardımı ilə siyasi motivli rəylər hazırladığı beynəlxalq ictimaiyyətə məlumdur. Eyni siyasi xətt Avropanın bir sıra parlament qurumlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində də görünür. Bu qurumun ayrı-ayrı deputatları, xüsusən Frank Şvabe kimi şəxslər uzun müddətdən bəri Azərbaycan barəsində qeyri-obyektiv və qərəzli təşəbbüslərlə çıxış edirlər. Bütün bu hərəkətlər erməni lobbisinin müxtəlif beynəlxalq parlament platformalarında həyata keçirdiyi dəqiq əlaqələndirilmiş kampaniyanın tərkib hissələridir.

Narahatlıq doğuran hal budur ki, bu cür addımlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin ardıcıl surətdə irəli aparıldığı bir dövrdə atılır. Möhkəm və uzunmüddətli sülhün bərqərar edilməsinə yönələn beynəlxalq səylər, xüsusən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçilik təşəbbüsü və birbaşa dəstəyi iki dövlət arasında münasibətlərin nizama salınması üçün real imkanlar açmışdır. Belə bir şəraitdə ayrı-ayrı konqresmenlərin siyasi motivli birtərəfli qərarları qəbul etdirmək cəhdləri nəinki etimad mühitini pozur, həm də sülh prosesinə əngəl törədir.

Bu cür hərəkətlər yalnız erməni lobbisinin radikal şovinist dairələrinin maraqlarına xidmət edir. Onilliklər ərzində bu dairələr Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına mane olmuş və qarşıdurmanı qoruyub saxlamağa çalışmışlar, indi isə regional gərginlikdən öz siyasi və maliyyə hədəflərinə nail olmaq üçün istifadə edirlər.

Qeyd olunan düzəlişdə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində “hərbi əsirlər” və “siyasi məhbuslar” kimi terminlərin işlədilməsi xüsusilə hiddət doğurur. Bu şəxslər hərbi əsirlər və ya siyasi məhbuslar deyildir. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmişlər. Onları siyasi təqibin qurbanları kimi qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir.

Milli Məclis Amerika Birləşmiş Ştatlarının konqresmenlərini mütəşəkkil erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə, beynəlxalq hüquqa və Azərbaycan Respublikasının suverenliyinə hörmət göstərməyə, eləcə də Cənubi Qafqazda sülh prosesinin pozulmasında və qarşıdurmanın qalmasında marağı olan qüvvələrin əlində alətə çevrilməməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kamran Əliyev: Bu ilin birinci yarımilində ölkə üzrə 7893 cinayət işinin istintaqı tamamlanıb

17:01
24 İyul

Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırıb

16:56
24 İyul

Tunisdə Azərbaycanda pensiya təminatı və sosial sığorta sahəsində həyata keçirilən islahatlardan danışılıb

16:51
24 İyul

Banqladeş Prezidenti istefa verib

16:49
24 İyul

Bu ilin birinci yarımilində ölkə ərazisində qeydə alınan 15 min 420 cinayətin 90,7 faizinin açılması təmin edilib

16:42
24 İyul

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!