24 İyul 2026 08:35
359
SİYASƏT
A- A+
Tarixdən gələcəyə uzanan yüksək münasibətlər

Tarixdən gələcəyə uzanan yüksək münasibətlər


Azərbaycan ilə Almaniya arasındakı tərəfdaşlıq bütün tərəfləri ilə yanaşı humanitar bağlara və mədəni inteqrasiyaya söykənir. Əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanda alman irsi xüsusi və silinməz yer tutmaqdadır. 

İki xalq arasında qarşılıqlı münasibətlərin bünövrəsi XIX əsrin əvvəllərinə təsadüf edir. Alman ailələri 1819-cu ildən Azərbaycanda məskunlaşıblar. Onlar, əsasən, Azərbaycanın qərb bölgəsində kompakt halda məskunlaşaraq yeni yaşayış məntəqələri salıblar. Almanlar özləri ilə Avropa təsərrüfat ənənələrini və texnologiyalarını gətiriblər, müasir üzümçülük və şərabçılığın təməlini qoyublar. 

Almanların Azərbaycandakı fəaliyyəti bununla məhdudlaşmayıb. XIX əsrin ikinci yarısından etibarən alman sənayeçiləri ölkəmizin iqtisadiyyatında mühüm rol oynamağa başlayıblar. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması Gədəbəy ərazisindəki mis yataqları bazasında iri misəritmə zavodları tikiblər. XX əsrin əvvəllərinədək bu zavodlar Cənubi Qafqazda əridilən misin üçdəiki hissəsini istehsal ediblər. Şirkət həmçinin Daşkəsəndə kobalt zavodu inşa edib, su-elektrik stansiyası tikib, dəmir yolları çəkib. XIX əsrin sonlarında bu müəssisələrin payı elektrik avadanlıqları və nəqliyyat istehsalında 75 faizə çatmışdı və burada 6-8 min nəfər çalışırdı. Gədəbəydə "Simens qardaşları"nın filiz daşınması üçün tikdirdiyi körpülər bu gün də qorunub saxlanılır.

XIX əsrin sonu və XX əsrin əvvəllərindəki neft istehsalının inkişafı dövründə Bakıdakı tikinti işlərində alman memarları da fəal iştirak ediblər. Onların layihələri paytaxtın memarlıq simasını zənginləşdirib. Memar Nikolay fon der Nonne Bakının ilk baş planını hazırlayıb, sanitariya və kanalizasiya sistemlərinin layihələndirilməsinə rəhbərlik edib.

Almanlar Azərbaycanın siyasi həyatında da yaxından iştirak ediblər. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqları təmsil edən fraksiyanın 4 üzvündən biri məhz alman icmasını təmsil edən Lorentz Kuntz idi. Bu, azərbaycanlılar və almanlar arasındakı dərin etimadın və inteqrasiyanın bariz göstəricisidir.

Tarixin kədərli səhifələrindən biri İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. 1941-ci ilin oktyabrında sovet hökumətinin qərarı ilə Azərbaycanda yaşayan alman əhalisinin əmlakları müsadirə olunaraq Qazaxıstana sürgün edildi. Buna baxmayaraq, almanların qoyub getdikləri irs Azərbaycan dövləti və xalqı tərəfindən böyük hörmətlə qorunub saxlanılır. Ən zəngin alman irsi Göygöldə qalmaqdadır. Şəhərin tarixi hissəsində 300-dən çox yaşayış binası, lüteran kilsəsi, məktəb və sənaye obyektləri öz ilkin memarlıq quruluşunu saxlayıb. Evlərin interyerindəki tavana ucalan zərif kaminlər, eləcə də yerüstü binaları yeraltı tunellərlə bir-birinə bağlayan şərab anbarları yüksək mühəndislik düşüncəsindən xəbər verir.

Göygöldə 2007-ci ildə vəfat edən sonuncu alman sakin Viktor Klaynın ev-muzeyi dövlət tərəfindən təmir edilərək fəaliyyət göstərir. Mənəvi irsin nümunəsi kimi, Göygöldə alman mətbəxindən gələn və yerli əhalinin "kuxa" adlandırdığı şirniyyat, həmçinin qədim çəlləkçilik sənəti bu gün də yaşadılır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə Parisdə UNESCO-nun baş qərargahında, Berlin Humboldt Universitetində, Bakıda və Şəmkirdə mühüm tədbirlər keçirildi.

Azərbaycanda fəaliyyət göstərən "Die Brücke" Mərkəzi 1941-ci ildə sürgün olunmuş almanların varisləri ilə canlı əlaqələr qurur. Həmin varislər tez-tez Azərbaycana gələrək ata-baba yurdlarını, məzarları ziyarət edirlər. Almaniyadan gələn qonaqlar indi bu evlərdə yaşayan azərbaycanlı ailələr tərəfindən mehribanlıqla qarşılanır və bu səmimi münasibətlər insan taleləri üzərində qurulmuş yeni dostluq körpüləri yaradır.

Almaniya Azərbaycanın Avropadakı siyasi və iqtisadi tərəfdaşlarından biridir. Almaniya Azərbaycanı Cənubi Qafqazın lider dövləti və vacib tərəfdaşı kimi qəbul edir, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu yüksək qiymətləndirir.

İki ölkə arasında şəhərlərarası əməkdaşlıq da dinamik inkişaf edir: Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri "qardaşlaşmış" statusuna sahibdir. Bu yerli və mədəni bağlarla yanaşı, iqtisadi müstəvidə də yüzlərlə alman şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Son zamanlar alman investorlarının işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərinə vəsait yatırmaq marağı kəskin artıb. 

Ümumilikdə, Bakı və Berlin arasında qurulan genişmiqyaslı tərəfdaşlıq bütövlükdə Avrasiya coğrafiyasının nəqliyyat, enerji təhlükəsizliyi və siyasi sabitliyinə xidmət edən uzunmüddətli və davamlı bir strategiyadır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kamran Əliyev: Bu ilin birinci yarımilində ölkə üzrə 7893 cinayət işinin istintaqı tamamlanıb

17:01
24 İyul

Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırıb

16:56
24 İyul

Tunisdə Azərbaycanda pensiya təminatı və sosial sığorta sahəsində həyata keçirilən islahatlardan danışılıb

16:51
24 İyul

Banqladeş Prezidenti istefa verib

16:49
24 İyul

Bu ilin birinci yarımilində ölkə ərazisində qeydə alınan 15 min 420 cinayətin 90,7 faizinin açılması təmin edilib

16:42
24 İyul

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!