24 İyul 2026 08:30
343
SİYASƏT
A- A+
Azərbaycanın uzunmüddətli iqtisadi transformasiyasının növbəti mərhələsi

Azərbaycanın uzunmüddətli iqtisadi transformasiyasının növbəti mərhələsi


Xəbər verildiyi kimi, iyulun 20-də Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib və iki ölkə arasında əlaqələrin daha da inkişafına stimul verən "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzalanıb. İmzalanan sənədlər sırasında Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair bəyannamə xüsusi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin yeni məcrada inkişafına təkan verməklə, iki ölkənin biznes dairələri arasında yeni əməkdaşlıqlara yol açacaq. Şura, həmçinin investisiya imkanlarını artırmaqla, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək.

Milli Məclisin deputatı Tahir Mirkişili mövzu ilə əlaqədar qəzetimizə açıqlamasında deyib ki, bəzən dövlət başçılarının xarici səfərlərinin nəticəsi yalnız imzalanan sənədlərdə deyil, həm də dəyişən geoiqtisadi xəritədə görünür. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də məhz belə hadisələrdəndir. Ölkə rəhbərinin Almaniyaya səfərini yalnız diplomatik hadisə kimi deyil, Azərbaycanın Avropa iqtisadiyyatında mövqeyini dəyişdirən strateji addım kimi qiymətləndirmək daha düzgün olar. "İlk baxışda gündəmdə enerji, ticarət və investisiyalar dayanır, lakin proseslərə daha geniş prizmadan baxdıqda aydın olur ki, söhbət Azərbaycanın Avropa ilə münasibətlərinin yeni mərhələyə keçməsindən gedir. Dünya iqtisadiyyatı sürətlə dəyişir, qloballaşmanın əvvəlki modeli parçalanır, tədarük zəncirləri yenidən qurulur, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilir. Belə bir dövrdə ölkələrin dəyəri yalnız malik olduqları resurslarla deyil, eyni zamanda nə dərəcədə etibarlı tərəfdaş olmaları ilə ölçülür", - deyə o əlavə edib.

Deputat bildirib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində artıq alternativ deyil, zəruri tərəfdaşlardan biridir. Prezident İlham Əliyevin Almaniyada açıqladığı kimi, Azərbaycan qazı artıq Almaniya bazarına daxil olub. Bu faktın iqtisadi əhəmiyyəti statistik göstəricilərdən daha böyükdür. Almaniya bazarına çıxış, sadəcə, yeni alıcı qazanmaq demək deyil. Bu həmçinin Azərbaycanın Avropa iqtisadi sisteminin strateji enerji təminatçılarından biri kimi qəbul edilməsinin göstəricisidir.

XX əsrdə enerji resurslarının dövlətlərin əsas üstünlüyü olduğunu deyən T.Mirkişili diqqətə çatdırıb ki, XXI əsrdə isə texnologiya, logistika və innovasiya eyni dərəcədə strateji əhəmiyyət daşıyır: "Məhz buna görə Almaniya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi önəm kəsb edir. Almaniya dünyanın ən güclü sənaye ekosistemlərindən birinə sahibdir. Yüksək texnologiyalar, maşınqayırma, avtomatlaşdırma sistemləri, "yaşıl enerji" və sənaye innovasiyaları sahəsində onun təcrübəsi dünya standartlarını müəyyənləşdirir. Bu əməkdaşlıq yalnız kapital axını deyil, biliklərin, texnologiyaların və yeni istehsal mədəniyyətinin Azərbaycana gəlməsi deməkdir. İqtisadi inkişafın ən mühüm şərti də məhz budur. Çünki zəngin ölkələr yalnız sərvət satmır, onlar texnologiya istehsal edir, innovasiya ixrac edir və yüksək əlavə dəyər yaradırlar. Azərbaycanın qarşısında duran əsas vəzifə də enerji gəlirlərini texnoloji inkişafın maliyyə mənbəyinə çevirməkdir".

Deputat qeyd edib ki, səfərin digər strateji istiqaməti Orta dəhliz ilə bağlıdır. Bir neçə il əvvəl bu marşrut daha çox regional layihə kimi qiymətləndirilirdisə, bu gün Avropa ilə Asiyanı birləşdirən ən perspektivli iqtisadi marşrutlardan biri hesab olunur. "Azərbaycan artıq, sadəcə, tranzit ölkəsi olmaq istəmir, məqsəd tranzitdən dəyər yaratmaqdır. Logistika mərkəzləri, sənaye zonaları, rəqəmsal xidmətlər, istehsal klasterləri və yeni ixrac imkanları məhz bu dəhlizin ətrafında formalaşmalıdır. Bu yanaşma iqtisadi siyasətin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir", - deyə o əlavə edib.

T.Mirkişili bildirib ki, diqqətçəkən başqa bir məqam "yaşıl enerji" sahəsində əməkdaşlığın genişlənməsidir. Əgər XX əsrin iqtisadiyyatı neft üzərində qurulmuşdusa, XXI əsrin iqtisadiyyatı elektrik enerjisi və rəqəmsal texnologiyalar üzərində formalaşır. Azərbaycan isə hər iki dövrün üstünlüklərini birləşdirən nadir ölkələrdən biridir. Bir tərəfdən Avropanın enerji təhlükəsizliyi üçün qaz ixrac edir, digər tərəfdən isə Xəzərin külək potensialını gələcəyin enerji bazarına çevirməyə hazırlaşır. Bu isə, sadəcə, enerji siyasəti deyil, həm də gələcəyin iqtisadiyyatına sərmayədir.

Səfərin daha bir mühüm nəticəsinin beynəlxalq investorların baxışı ilə bağlı olduğunu deyən deputat vurğulayıb ki, bir qayda olaraq kapital sabitliyi sevir: "İnvestorlar yalnız bazarın ölçüsünə deyil, siyasi etibarlılığa, tərəfdaşlığın davamlılığına və dövlət institutlarının proqnozlaşdırıla bilməsinə də diqqət yetirirlər. Almaniya kimi Avropanın aparıcı iqtisadi gücü ilə münasibətlərin strateji səviyyədə inkişafı Azərbaycan iqtisadiyyatına olan beynəlxalq etimadı daha da gücləndirir. Bu isə gələcək investisiyalar üçün ən vacib amillərdən biridir". 

T.Mirkişili qeyd edib ki, Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi arxitekturanın fəal iştirakçısına çevrilir. Enerji, logistika, rəqəmsal bağlantılar, "yaşıl enerji", sənaye və texnologiya - bütün bu istiqamətlər vahid strateji modelin elementləridir. Məhz buna görə Prezident İlham Əliyevin Almaniyaya səfəri gündəlik diplomatik hadisə kimi deyil, Azərbaycanın uzunmüddətli iqtisadi transformasiyasının növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Çünki gələcəyin gücü etibarlı tərəfdaşlıqda, texnologiyada və dəyər yaradan iqtisadiyyatda olacaq. Azərbaycan isə məhz bu istiqamətdə irəliləyir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kamran Əliyev: Bu ilin birinci yarımilində ölkə üzrə 7893 cinayət işinin istintaqı tamamlanıb

17:01
24 İyul

Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırıb

16:56
24 İyul

Tunisdə Azərbaycanda pensiya təminatı və sosial sığorta sahəsində həyata keçirilən islahatlardan danışılıb

16:51
24 İyul

Banqladeş Prezidenti istefa verib

16:49
24 İyul

Bu ilin birinci yarımilində ölkə ərazisində qeydə alınan 15 min 420 cinayətin 90,7 faizinin açılması təmin edilib

16:42
24 İyul

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!