29 Noyabr 2021 22:29
486
CƏMİYYƏT
A- A+

Milli Aviasiya Akademiyasının şəhid məzunu yad edilib

 

Noyabrın 28-də İkinci Qarabağ müharibəsi iştirakçısı, Milli Aviasiya Akademiyasının məzunu, şəhid Vüsal Aftandil oğlu Məmmədovun ildönümü mərasimi keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, mərasimdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, əklil qoyulub, ruhuna dualar oxunub. Mərasimdə çıxış edən akademiyanın “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı Nazim Nağıyev akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbir diləyib.

Vüsal Aftandil oğlu Məmmədov Ağdərə və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 12-də Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Vüsal Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video