12 Oktyabr 2026 15:20
215
CƏMİYYƏT
A- A+
Masallıda və Şirvanda şəhidlərin xatirələri anılıb  

Masallıda və Şirvanda şəhidlərin xatirələri anılıb  


Masallının Banbaşı kəndində vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Akifzadə Elmir Gündüz oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin kənd ərazi nümayəndəliyinin və bələdiyyəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar və kənd sakinləri iştirak ediblər. İştirakçılar şəhidin məzarını ziyarət edib, məzarına gül dəstələri qoyublar. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb. Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunurlar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

***

Şirvanda şəhid Xəqani Füzuli oğlu Məmmədovun Şəhidlər xiyabanında anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, regional təşkilatların, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirə guşəsi ziyarət edildikdən sonra çıxış edən ŞİH başçısı İlqar Abbasov Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıqdan söz açıb. Bildirib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur. İ.Abbasov həmçinin şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıblar. Şirvan şəhərində də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, onların müraciət və problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra Şəhidlər xiyabanında dəfn olunan digər şəhidlərin məzarları ziyarət edilib, onların xatirələri ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.

Şəhid Xəqani Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 


Seyran CAVADOV,

 “Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək  

16:43
12 Oktyabr

“Zelenski Putinlə görüşməyə hazırdır”

16:39
12 Oktyabr

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib  

16:37
12 Oktyabr

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

16:35
12 Oktyabr

Sülhü hədəf alan bütün təxribat cəhdləri iflasa məhkumdur   

16:24
12 Oktyabr

ABŞ Konqresinin “erməni hərbi əsirlər” ritorikası siyasi manipulyasiya xarakteri daşıyır  

16:21
12 Oktyabr

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır  

16:18
12 Oktyabr

Vahid məktəbli forması sosial bərabərliyin təmin olunmasına xidmət edir  

16:13
12 Oktyabr

Yüksək etimadın ünvanı  

16:10
12 Oktyabr

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında  

15:43
12 Oktyabr

Cəlilabadda təmizlik təsərrüfatının maddi-texniki bazası gücləndirilir  

15:40
12 Oktyabr

“PeşəFest -2026” Masallıda  

15:30
12 Oktyabr

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar  

15:24
12 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirələri anılıb  

15:20
12 Oktyabr

Tovuzda kartof bu il də boldur     

15:12
12 Oktyabr

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxıb  

15:07
12 Oktyabr

İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb

15:05
12 Oktyabr

"İsayas" qasırğası ABŞ-də genişmiqyaslı dağıntılar törədib  

15:04
12 Oktyabr

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub  

15:01
12 Oktyabr

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

15:00
12 Oktyabr

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

14:55
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!