12 Oktyabr 2026 16:21
197
SİYASƏT
A- A+
ABŞ Konqresinin “erməni hərbi əsirlər” ritorikası siyasi manipulyasiya xarakteri daşıyır  

ABŞ Konqresinin “erməni hərbi əsirlər” ritorikası siyasi manipulyasiya xarakteri daşıyır  


ABŞ Konqresinin bəzi üzvlərinin növbəti dəfə “erməni hərbi əsirlər” və ya “siyasi məhbuslar” ritorikası ilə çıxış etməsi və tərəfimizdən – Milli Məclisin deputatları və qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə imzası ilə ünvanlanmış dolğun cavab məktubu Cənubi Qafqazda formalaşan yeni geostrateji reallıqlar fonunda Qərbdəki bəzi siyasi dairələrin ikili standartlar siyasətini bir daha çılpaqlığı ilə üzə çıxarır. 

Vaşinqton Sammitindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, delimitasiya və demarkasiya mexanizmlərinin işə düşməsi, eləcə də regionda kommunikasiyaların bərpası istiqamətində atılan tarixi addımlar fonunda ABŞ Konqresindən bu cür qərəzli tezislərin dövriyyəyə buraxılması təsadüfi xarakter daşımır. Burada əsas məqsəd beynəlxalq hüquq normalarını və suveren dövlətin yurisdiksiyasını təhrif etməklə, transmilli erməni lobbisinin siyasi konyunkturasına xidmət etmək və Bakı ilə İrəvan arasında vasitəçisiz, birbaşa ikitərəfli dialoq müstəvisində əldə olunan dinamik irəliləyişi ləngitməkdir. 

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, konqresmenlərin məktubunda işlədilən ifadələr beynəlxalq hüququn təməl prinsipləri, o cümlədən suveren bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq və milli məhkəmə yurisdiksiyasına hörmət prinsipləri ilə köklü ziddiyyət təşkil edir: “Məsələnin hüquqi müstəvidə təhlili göstərir ki, Vaşinqtondakı müəyyən siyasi dairələr tərəfindən “siyasi və hərbi liderlər” kimi pərdələnməyə çalışılan şəxslər, əslində, Azərbaycanın suveren ərazilərində otuz ilə yaxın müddətdə mövcud olmuş qanunsuz xunta rejiminin rəhbərliyində təmsil olunmuş, sülh və bəşəriyyət əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və etnik təmizləmə əməllərində birbaşa iştirak etmiş təqsirləndirilən şəxslərdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və beynəlxalq cinayət hüququnun presedentlərinə uyğun olaraq, milli ərazidə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin mühakimə olunması dövlətin müstəsna suveren hüququdur. Beynəlxalq humanitar hüququn, xüsusən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına əsasən, müharibə cinayətləri və terror əməlləri törətməkdə şübhəli bilinən şəxslər “hərbi əsir” statusuna malik ola bilməzlər. Bu şəxslər universal yurisdiksiyanın və milli cinayət-cəza hüququnun təsiri altında ədalətli məhkəmə araşdırmasına cəlb olunublar, onların müdafiə hüquqları, prosessual təminatları tam şəkildə ödənilib, sübutlar və şahid ifadələri məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymətini alıbdır. Buna görə də Konqresin məhkəmə hökmlərini siyasiləşdirmək cəhdi açıq və qərəzli şəkildə Azərbaycanın məhkəmə hakimiyyətinin müstəqilliyinə və suverenliyinə müdaxilə cəhdidir”.

Deputat qeyd edib ki, politoloji baxımdan isə zaman-zaman eyni mövzunun gündəmə gətirilməsinin arxasında bir neçə strateji hədəf dayanır. İlk növbədə, ABŞ-dəki daxili siyasi mübarizə və erməni diaspor təşkilatlarının maliyyə-siyasi dəstəyini qazanmaq istəyi Konqres üzvlərini obyektiv reallıqları təhrif etməyə təhrik edir. İkincisi, Cənubi Qafqazda əldə olunan tarixi sülh imkanlarını, xüsusilə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin paraflanması və regional nəqliyyat-kommunikasiya layihələrinin reallaşması ilə yaranan yeni geoiqtisadi konyunkturanı həzm edə bilməyən xarici mərkəzlər və imperialist məqsədlər hədəfləyən dairələr humanitar məsələləri manevr və təzyiq rıçağına çevirməyə çalışırlar. “Təxminən 241 kvadrat kilometr ərazinin guya Azərbaycan tərəfindən “işğal edildiyi” barədə verilən birtərəfli qiymətləndirmələr də delimitasiya və demarkasiya kimi sırf ikitərəfli texniki-hüquqi prosesə kənardan qanunsuz müdaxilə etmək, nəticəni əvvəlcədən diktə etmək cəhdidir. Məlumdur ki, beynəlxalq hüquqda sərhədlərin müəyyənləşdirilməsi prosesi üçüncü tərəflərin subyektiv siyasi bəyanatları ilə deyil, dövlətlərin qarşılıqlı razılığı və tarixi-hüquqi sənədlər əsasında həyata keçirilən ikitərəfli komissiyaların fəaliyyəti tərkibində tənzimlənir”, – deyə o əlavə edib.

O diqqətə çatdırıb ki, Milli Məclisin və QHT-lərin konqresmenlərə cavab məktubunda təmkinlə, lakin prinsipiallıqla xatırladıldığı kimi, əsl humanitar fəlakət və beynəlxalq hüquq pozuntusu otuz illik işğal dövründə Azərbaycan xalqına qarşı törədilib. Otuz ildən artıq müddətdə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini nümayişkaranə şəkildə pozan, bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoyan, 4010 soydaşımızın taleyini qeyri-müəyyən saxlayan və işğaldan azad edilmiş torpaqları 1,5 milyondan çox mina ilə çirkləndirərək faktiki olaraq mina terroru həyata keçirən Ermənistana qarşı Konqresin susqunluğu dərin mənəvi və hüquqi paradoksdur. Əgər ABŞ Konqresi, doğrudan da, universal humanitar dəyərlərə və mədəni irsin qorunmasına sadiqdirsə, diqqətini kütləvi məzar yerlərinin müəyyənləşdirilməsinə, minatəmizləmə fəaliyyətinə və Ermənistanda, eləcə də keçmiş işğal olunmuş ərazilərdə dağıdılmış Azərbaycan dini-mədəni irsinin bərpasına yönəltməlidir.

B.Məhərrəmov vurğulayıb ki, ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq imkanlarını məhdudlaşdıran və köhnəlmiş soyuq müharibə dövrünün rudimenti sayılan “Azadlığa Dəstək Aktı”na 907-ci maddə düzəlişinin qüvvədə saxlanılması və ya şərtləndirilməsi də  sülh prosesinə destruktiv təsir göstərən amillərdəndir: “Konqres bu maddənin tam ləğvi ilə Cənubi Qafqazda davamlı sülhə, regional reinteqrasiyaya və Vaşinqton Sammitinin ruhuna uyğun olaraq iki ölkə arasında yeni tərəfdaşlıq mərhələsinin başlamasına real töhfə verə bilər. Bu baxımdan, Konqresdəki müəyyən qrupların erməni hərbi cinayətkarlarını gündəmə gətirmək cəhdləri hüquqi əsasdan məhrumdur, sırf siyasi manipulyasiya xarakteri daşıyır və Azərbaycanın suveren yurisdiksiyası, milli təhlükəsizliyi və qətiyyətli sülh gündəliyi qarşısında heç bir hüquqi və ya siyasi təsir gücünə malik deyildir”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İshaq HERSOQ: “Seçkilər ölkədə bölünməyə və anarxiyaya səbəb olmamalıdır”  

17:23
12 Oktyabr

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

17:15
12 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:14
12 Oktyabr

Kaliforniyada təhlükəli qızdırmaya rekord yoluxma faktı qeydə alınıb

17:08
12 Oktyabr

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib  

17:07
12 Oktyabr

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı  

17:06
12 Oktyabr

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb  

17:05
12 Oktyabr

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər  

17:04
12 Oktyabr

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur  

17:03
12 Oktyabr

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək  

17:02
12 Oktyabr

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib  

17:01
12 Oktyabr

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir  

16:59
12 Oktyabr

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir  

16:58
12 Oktyabr

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

16:49
12 Oktyabr

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək  

16:43
12 Oktyabr

“Zelenski Putinlə görüşməyə hazırdır”

16:39
12 Oktyabr

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib  

16:37
12 Oktyabr

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

16:35
12 Oktyabr

Sülhü hədəf alan bütün təxribat cəhdləri iflasa məhkumdur   

16:24
12 Oktyabr

ABŞ Konqresinin “erməni hərbi əsirlər” ritorikası siyasi manipulyasiya xarakteri daşıyır  

16:21
12 Oktyabr

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır  

16:18
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!