18 Aprel 2024 15:49
256
SİYASƏT
A- A+

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb  

 

Moskva ABŞ və Avropa İttifaqı ilə hərbi-siyasi razılaşmalar barədə mətbuatda yayılan məlumatlarla bağlı Ermənistanın dəqiq reaksiya verməsini gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib: “Biz bu amillərin yekununu nəzərə alaraq, Ermənistan hakimiyyətinin həmin xəbərlərə dəqiq reaksiya verməsini gözləyirik. İdeal halda isə, onların üzərindən sirr pərdəsinin götürülməsini istəyirik”.

M.Zaxarova qeyd edib ki, Brüsseldə keçirilən görüş zamanı Rusiya bazasının və sərhədçilərinin Qərb mütəxəssisləri ilə əvəzlənməsi, eləcə də Ermənistanda kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların İrəvana həvalə edilməsi ortaya çıxsa, Moskva buna təəccüblənməyəcək.

Diplomatın sözlərinə görə, Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə yeni böyük yanğının qızışdırılması ilə bağlı öz istəyinə kömək edəcək alət rolu ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video