01 May 2024 09:25
219
CƏMİYYƏT
A- A+

Azərbaycan hərbi qulluqçuları "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Aralıq dənizinin şərqində keçirilən "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak edib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə axtarış-xilasetmə gəmiləri tərəfindən qəzaya uğramış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətin qiymətləndirilməsi, dalğıclar vasitəsilə heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə təyyarələrdən lazımi ləvazimatların atılması, dənizə paraşüt atlayışlarının icra edilməsi ilə heyətin təxliyə olunması üzrə fəaliyyətlər də yüksək peşəkarlıqla həyata keçirilib.
"Kurtaran - 2024" beynəlxalq təlimində 17 ölkədən 52 nümayəndə iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video