30 Noyabr 2011 01:11
532
SİYASƏT
A- A+
Lüksemburqda təşkil olunmuş beynəlxalq yarmarkada Azərbaycan guşəsi xüsusi maraq doğurmuşdur

Lüksemburqda təşkil olunmuş beynəlxalq yarmarkada Azərbaycan guşəsi xüsusi maraq doğurmuşdur

 

Avropanın kiçik dövlətlərindən biri olan Lüksemburqda hər il ənənəvi beynəlxalq yarmarka təşkil olunur. Keçən illərdən fərqli olaraq, bu il noyabrın 27-28-də Lüksemburqda keçirilən yarmarkada iştirak edən ölkələrin sayı 60-a çatmışdır. Azərbaycan belə möhtəşəm tədbirdə ilk dəfə təmsil olunmuşdur.

Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin dəstəyi, Lüksemburqda fəaliyyət göstərən "Qarabağ" Mədəniyyət Assosiasiyasının və Lüksemburq-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə üçrəngli bayrağımızın fonunda təşkil olunmuş satış-sərginin zənginliyi qısa bir zamanda  yarmarkaya gələnlərin diqqətini cəlb etmişdir. Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu "Bakı" jurnalının ingilis dilində çap olunmuş nüsxələri, Heydər Əliyev Fondu tərəfindən ölkəmizin tarixindən, mədəniyyət və incəsənətindən, Azərbaycan həqiqətlərindən bəhs edən ingilis və fransız dillərində  müxtəlif adda nəşr olunmuş kitab və broşürlər, çay dəsgahı, musiqi alətləri, kiçik həcmli xalçalar, nərd, milli ornamentləri əks etdirən suvenirlər, kəlağayılar, Nobel qardaşlarının fəaliyyətindən bəhs edən disklər və digər eksponatlar nümayiş etdirilmişdir.

Guşədə, həmçinin müxtəlif çeşiddə meyvələr, şirniyyatlar, içkilər, şirələr, mürəbbələr və digər məhsullar satışa qoyulmuşdur.

Guşənin hazırlanmasında xüsusi əmək sərf etmiş Lüksemburq-Azərbaycan Ticarət Palatası və "Qarabağ" Mədəniyyət Assosiasiyası sədrlərinin müavini Seymur Əhmədov yarmarkada Cənubi Qafqaz bölgəsindən yalnız respublikamızın, ümumilikdə isə keçmiş  SSRİ-nin mütəffiq respublikalarından Azərbaycan və Rusiyanın belə möhtəşəm yarmarkada iştirak etdiyini diqqətə çatdırmış, Azərbaycan Beynəlxalq Bankının, "Gilan Holdinq"in, Şəki ipək fabrikinin, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "SW holdinq"in, "Qazelli" gözəllik salonunun guşənin zənginləşməsinə əməli yardım göstərdiklərini bildirmişdir.

Yarmarkaya baş çəkən hersoqun xanımı Azərbaycan guşəsinin qarşısında uzun müddət dayanaraq ölkəmizin tarixi, çeşid-çeşid  məhsullar barədə verdiyi suallara ətraflı məlumat almış, respublikanın əməkdar artisti Xanlar Bəşirovun nağarada ifa etdiyi milli musiqi nömrəsinə heyran olduğunu bildirmiş, Azərbaycan nümayəndə heyəti ilə birlikdə xatirə şəkli çəkdirmişdir.

Yarmarkanın elə ilk günü "Gilan holdinq"in məhsulları - nar və feyxoa, nar şirəsi, heyva və gilas mürəbbəsi, Şəki ipək fabrikinin istehsalı olan baş örtükləri, milli bayramımızda süfrələrimizin yaraşığı olan paxlava və şəkərbura qonaqlarda xüsusi maraq oyatmış və həmin məhsullar bir anın içində satılıb qurtarmışdır.

Guşədə quraşdırılmış televiziya vasitəsilə ölkəmizin tarixi və mədəni abidələri, təbiət mənzərələri, Bakının görməli yerləri,  "Eurovision-2011"-in qalibləri ilə bağlı videoçarxlar, sənədli filmlər nümayiş etdirilmiş, Azərbaycan musiqisi səsləndirilmişdir.

Yarmarkanın sonuncu iş günü Azərbaycan guşəsinin təşkil etdiyi loto oyununa yekun vurulmuşdur. Lüksemburqlu bir xanımın oyunda bəxti gətirmiş, gələn il ölkəmizdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin final mərhələsində iştirak etmək üçün vəsiqə qazanmışdır. Loto oyununun digər qaliblərinə ölkəmizdə istehsal olunan məhsullar təqdim olunmuşdur.

Yarmarkada satış zamanı əldə edilən 7 min avroya yaxın vəsait Efiopiyaya yardım fonduna köçürülmüşdür.

Yarmarkada Azərbaycan guşəsi ilə bağlı yerli RTL televiziya kanalı xüsusi reportaj hazırlayaraq efirdə səsləndirmiş, fransız və alman dillərində nəşr olunan qəzetlərdəki məqalələrdə ölkəmizin tarixi, mədəniyyəti, yeraltı və yerüstü sərvətlərlə zənginliyi, yarmarkada Azərbaycanın ilk dəfə təmsil olunmasına baxmayaraq, guşəmizin iştirakçılar arasında böyük maraq doğurması barədə ətraflı məlumat verilmişdir.

Lüksemburq paytaxtının meri, dahi rus bəstəkarı Raxmaninovun nəticəsi Ksavye Bettel Azərbaycan guşəsi ilə bağlı AzərTAc-a verdiyi müsahibəsində demişdir: "Əvvəlcə Azərbaycanı beynəlxalq yarmarkada ilk dəfə iştirakına, belə zəngin guşə nümayiş etdirdiyinə, 2011-ci ildə keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin qalibi olduğuna görə təbrik edirəm. Ölkəniz Avropaya inteqrasiya məsələsində fəallıq göstərir. Ölkənizin bu istiqamətdə apardığı siyasət hamı tərəfindən rəğbətlə qarşılanır.

Guşənizdə nümayiş etdirilən kitab və broşürlər, digər eksponatlar ölkənizin nəinki qədim tarixə, habelə zəngin mədəniyyətə malik olduğunu başa düşməyə imkan verir.

Mən qədim tarixi, gözəl təbiəti, zəngin mədəni abidələri olan bir dövlətlə tanış olmaq və nəhayət, 2012-ci ildə keçiriləcək "Eurovison" müsabiqəsində iştirak etmək üçün məmnuniyyətlə ölkənizə səfər etmək istərdim. Zaman və vaxt imkan versə, bu "fürsəti əldən buraxmayacağam".

Lüksemburq-Azərbaycan Ticarət Palatasının sədri, ölkə parlamentinin deputatı Jak-İv Henekens isə müsahibəsində Azərbaycanın beynəlxalq yarmarkada ilk dəfə iştirak etdiyinin şahidi olduğunu xatırlatmış, guşədə nümayiş etdirilən məhsulların ölkəmizin zənginliyindən xəbər verdiyini diqqətə çəkmişdir. O, Azərbaycanda yetişdirilən naringinin və narın dadına görə Avropa ölkələrində satılan naringi və nardan tamamilə fərqli olduğunu, həmvətənlərinin feyxoa adlı meyvə ilə ilk dəfə tanış olduqlarını qeyd etmişdir.

Azərbaycana dəfələrlə səfər etdiyini, hər səfərində qəlbən vurulduğu Bakıda mühüm dəyişikliyin şahidi olduğunu, onun əsl nəhəng tikinti meydançasını xatırlatdığını diqqətə çatdıran J.İ.Henekens Lüksemburq ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yaxşılaşacağına ümid etdiyini, bu istiqamətdə rəhbərlik etdiyi Lüksemburq-Azərbaycan Ticarət Palatasının məqsədyönlü fəaliyyət göstərdiyini vurğulamışdır.

İlk səfərini xatırladan parlament üzvü ölkəmizə gəlişi zamanı dənizə tamaşa edərkən hər yerdən neft qüllələrinin göründüyünü, bunun onun diqqətini cəlb etdiyini, ikinci təəccüblü gələn hadisənin yerdən neftin necə çıxdığını müşahidə etməsi olduğunu bildirmişdir.

Palata sədri ölkələr arasında  əlaqələrin yaradılmasında turizmin müstəsna rolunu qeyd etməklə yanaşı, Azərbaycanda turizmin inkişafı ilə bağlı geniş imkanlar olduğunu  vurğulamışdır.

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

 

Lüksemburq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!