14 Dekabr 2025 22:53
728
DÜNYA
A- A+
ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  


Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı Berlində ilk danışıqlar başlanıb.

AZƏRTAC xəbər verir ki, Almaniya Kansleri danışıqlarda iştirak etmək üçün Berlinə səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenskini, eləcə də ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkof və Cared Kuşneri Kansler ofisində qarşılayıb.

Yerli medianın məlimatına əsasən, Kansler Fridrix Merts Ukrayna-ABŞ danışıqlarında birbaşa iştirak etmir. Lakin Kanslerin xarici siyasət məsələləri üzrə müşaviri görüşdə iştirak edir. Məsləhətləşmələrin gecə saatlarınadək davam edə biləcəyi gözlənilir.

Kansler görüş barədə X platformasındakı paylaşımında bildirib: “Biz Ukraynada dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasını istəyirik. Qarşımızda mürəkkəb və çətin məsələlər dayanır, lakin irəliləməkdə qətiyyətliyik. Ukraynanın maraqları, eyni zamanda, Avropanın maraqlarıdır”.

Qeyd edək ki, dekabrın 15-də Kansler Fridrix Merts və Prezident Volodimir Zelenski, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkof və Cared Kuşner, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer eləcə də Avropa İttifaqının və NATO-nun yüksəkvəzifəli rəsmiləri Berlində sülh danışıqlarına dair müzakirələr aparacaqlar.

Berlin ABŞ-ın 28 maddəlik sül planının açıqlanmasından sonra ilk dəfə danışıqların mərkəzi kimi çıxış edir. Bu danışıqlar Avropa üçün sülh müzakirələrində fəal rol almaq baxımından önəmlidir. Bununla da, Avropa prosesdə yenidən fəal iştirakını təsdiqləmiş olur. Almaniya Kansleri Fridrix Merts dəfələrlə vurğulayıb ki, avropalılar sülh danışıqlarının bir hissəsi olmalıdır. O, bir neçə gün əvvəl NATO-nun Baş katibi Mark Rutte ilə Berlində keçirilən görüşdən sonra mətbuata açıqlamasında Avropanın iştirakı olmadan hər hansı sülh razılaşmasının mümkünsüzlüyünü ifadə etmişdi.

Ukrayna Prezidenti isə Berlin görüşü ərəfəsində açıqlamasında kompromislərə açıq olduğunu, ölkəsinin NATO üzvlüyündən imtina etməsinin əvəzində ABŞ-dan və Avropadan təhlükəsizlik təminatları gözlədiyini ifadə edib.

Sabah, həmçinin 8-ci Almaniya-Ukrayna İqtisadi Forumu da keçiriləcək. Fridrix Merts və Volodimir Zelenskinin qatılacaqları Forumda xüsusilə ikitərəfli iqtisadi əlaqələr və bu əməkdaşlığın Ukraynanın dəstəklənməsində rolu müzakirə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

17:00
07 Oktyabr

Qlobal iqlim təhlükəsizliyində Azərbaycan nümunəsi  

16:17
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi  

16:16
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib  

16:11
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

Ov mövsümü açıq elan edilir

15:13
07 Oktyabr

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək  

15:13
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!