14 Mart 2024 09:10
5141
Oxucu məktubları
A- A+

Kənd məktəbi ünvan kimi təsadüfən seçilməmişdir

 

Cəlilabadın Kazımabad kənd tam orta məktəbində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Erkən nikahlar ailə dəyərlərinə xələl gətirir" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, həmin komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Kazımabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ceyhun Rəhimov, Göytəpə polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Behnam Əmirov, rayon təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin baş məsləhətçisi Cavidan Rəşidov, rayon Gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov iştirak ediblər.
Erkən nikahların həm sosial, həm mənəvi, həm də sağlamlıq baxımından zərərləri barədə geniş müzakirələrin aparıldığı tədbirdə vurğulanıb ki, yeniyetmə yaşında ailə quran insan həyatın ritmini pozmuş olur. Orta məktəbi bitirmək, təhsili ali və orta ixtisas məktəblərində davam etdirib mütəxəssis kimi yetişmək, bilik və bacarıqları cəmiyyətin inkişafı istiqamətində yönəltmək hər bir yeniyetmə və gəncin strateji hədəfi olmalıdır. Lakin erkən nikahlar bu hədəfə çatmaqda ən böyük maneədir. Bildirilib ki, erkən yaşda qurulan nikahlar yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq hallarına da gətirib çıxarır. Çünki insanın dünyagörüşü 18 yaşından sonra formalaşmağa başlayır. İnsanda bu yaşadək ailə haqqında təsəvvürlər ya olmur, ya da yanlış olur. Son dövrlər artan intihar hadisələri, qadınlara qarşı şiddət hallarının böyük əksəriyyəti məhz müqəddəs ailə prinsiplərinin dağılmasının nəticəsidir. Çıxış edənlər həmçinin erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşamasından, ana və uşaq ölümlərindən danışıblar. O da vurğulanıb ki, son illər Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb. Gələcək nəsillərin sağlamlıq vəziyyəti isə yeniyetmə qızların - gələcək anaların sağlamlığından birbaşa asılıdır.
Tədbirdə, habelə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, eləcə də erkən nikahla mübarizə yolları barədə məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
              
Ağaddin BABAYEV,
Cəlilabad rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video