11 Sentyabr 2026 12:37
727
DÜNYA
A- A+
Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq

Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq


Kanada Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına 350 milyon Kanada dolları (təxminən 218 milyon avro) ayıracaq. Bu barədə Baş nazir Mark Karni Kalqaridə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. 

Karninin sözlərinə görə, raketlər ABŞ-nin Jumpstart mexanizmi vasitəsi ilə təchiz ediləcək. "Bu avadanlıq paketi Ukrayna xalqını, ölkənin infrastrukturunu və səmasını qorumağa kömək edəcək", - deyə o əlavə edib. Kanadanın Baş naziri həmçinin qışdan əvvəl Ukraynanın Rusiyanın hücumuna məruz qalan enerji şəbəkəsinə yardım üçün tədbirləri açıqlayıb: Ottava qışda qazın alınması və çatışmazlıq dövrlərində elektrik enerjisi istehsalı da daxil olmaqla enerji təhlükəsizliyini dəstəkləmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) ümumilikdə təxminən 435 milyon Kanada dolları (təxminən 271 milyon avro) məbləğində yeni kredit zəmanətləri verəcək.

Bundan əlavə, Kanada Ukraynanın bərpası üçün 200 milyon Kanada dolları (təxminən 125 milyon avro) güzəştli kredit, eləcə də Ukrayna Silahlı Qüvvələri veteranlarının reabilitasiyası üçün 40,1 milyon Kanada dolları (25 milyon avro) və Rusiya tərəfindən qanunsuz olaraq aparılmış ukraynalı uşaqların geri qaytarılması səylərini dəstəkləmək üçün 6 milyon Kanada dolları (3,75 milyon avro) ayıracaq.

Kalqaridə V.Zelenski və M.Karni 100 illik tərəfdaşlıq haqqında bəyannamə də imzalayıblar. Sənəddə müdafiə innovasiyası sahəsində əməkdaşlıq nəzərdə tutulur. M.Karni vurğulayıb ki, Ottava növbəti iki il ərzində dron istehsal gücünü 1 milyon PUA-ya çatdırmağı planlaşdırır. Kanada onların üçdə birini Kiyevə bağışlamağı öhdəsinə götürür.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə DW radiostansiyası müxbirinə verdiyi şərhdə vurğulayıb ki, Ukrayna təhlükəsizlik məsələlərində unikal təcrübəsini, eləcə də döyüş meydanında hər gün sınaqdan keçirilən hərbi texnologiyalarını Kanada ilə bölüşəcək. Ölkələr həmçinin kəşfiyyat, kibermüdafiə, hibrid təhdidlərə qarşı mübarizə və dezinformasiya sahələrində əməkdaşlığı dərinləşdirəcəklər. Kanada həm də Ukraynanın digər müttəfiqləri ilə birlikdə Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün təhlükəsizlik zəmanəti mexanizminin yaradılmasında iştirak etməyə hazır olduğunu bəyan edib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!