09 Aprel 2026 09:01
187
DÜNYA
A- A+
Jurnalist Mixail Qusman təcrübəsini və xatirələrini bölüşüb

Jurnalist Mixail Qusman təcrübəsini və xatirələrini bölüşüb


Ötən il mənim üçün xüsusi il oldu. Yanvarda həmkarlarımızla birlikdə “Hakimiyyət formulu” proqramının 25 illiyini qeyd etdik. Televiziya efirində 25 il davam edən və bir dəfə də qrafikdən geri qalmayan layihələr çox deyil. Elə alındı ki, bu yubiley mənim şəxsi bayramımla eyni vaxta düşdü, belə ki, mənim 75 yaşım tamam oldu. Bu tarixləri birlikdə qeyd etdik. Daha sonra, aprelin 30-da Bakıda həyat yoldaşımla qızıl toyumuz oldu. Nəhayət, iyulun 29-da nə qədər acı hadisə kimi xatirəmdə qalsa da, məni TASS agentliyindəki işimdən azad etdilər. Bütün bu hadisələr ötən ili mənim üçün həqiqətən yadda qalan etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Hakimiyyət formulu və digərləri haqqında” adlı yaradıcılıq gecəsində beynəlxalq səviyyədə tanınmış jurnalist, “Hakimiyyət formulu” televiziya layihəsinin müəllifi və aparıcısı Mixail Qusman deyib. Tədbir onun yaxınları və dostlarının iştirakı ilə keçib.

Mixail Qusman qonaqlarla onilliklər ərzində toplanmış əvəzsiz təcrübəni və parlaq xatirələrini bölüşüb. Onun müəllifi olduğu “Hakimiyyət formulu” proqramı diqqət mərkəzində olub, proqramın coğrafiyası demək olar ki, bütün planetı əhatə edib. Müəllif dünya liderləri və yüksək vəzifəli şəxslərlə keçirilmiş unikal müsahibələrdən bəhs edib, ənənəvi olaraq ictimaiyyətdən yayınanları belə danışdırmağı bacardığını vurğulayıb.

“Ötən ilin payızında “Hakimiyyət formulu” proqramının 25 illiyini qeyd etməyi planlaşdırırdım. Bu proqram vasitəsilə dahi Heydər Əliyevlə müsahibəm ömrüm boyu unudulmaz bir xatirə olaraq qalacaq. Bundan başqa, Prezident İlham Əliyevlə üç, vitse-prezident Mehriban Əliyeva ilə iki müsahibəm olub. “Hakimiyyət formulu” proqramının tarixi məhz belə müsahibələrlə zəngin olub”, – deyə Qusman bildirib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev ona ikinci müsahibə vəd etmişdi: “Həmin müsahibə o günün ikinci yarısına təyin olunmuşdu – Hərbi məktəbin kursantları qarşısında çıxışı zamanı özünü pis hiss etdiyi məhz həmin gün. Mən artıq Bakıda idim, yayımı izləyirdim və bugünə qədər söhbətimizi tamamlaya bilmədiyimiz üçün ağrı hiss edirəm. O zaman özü belə dedi: “Biz səninlə hələ görüşəcəyik”.

44 günlük Vətən müharibəsi hadisələrini xatırlayan jurnalist deyib: “Biz döyüşürdük – hərə öz cəbhəsində. Mənim üçün bu 44 gün həqiqət anı oldu. Bu müharibənin əsas nəticəsi təkcə geri qaytarılmış torpaqlar deyil, həm də ədalət hissinin bərpasıdır. 30 il ərzində bizə yuxarıdan aşağı baxaraq “öyrəşməyi” və “keçmişlə yaşamamağı” məsləhət görürdülər. Amma mən heç vaxt Vətənin sülh yolu ilə qaytarılacağına inanmırdım. Ali Baş Komandan hücum əmri verəndə bu, ən yüksək xoşbəxtlik anı oldu. Biz sübut etdik ki, xalqın ləyaqətini əbədi tapdalamaq olmaz”.

Görüşün davamında Mixail Qusman auditoriyanın suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

12:57
09 Aprel

Fransada tələbə qəbulu 2035-ci ilə qədər 1,7 milyon nəfər azala bilər  

12:52
09 Aprel

“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub  

12:40
09 Aprel

Nazir Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

12:36
09 Aprel

Media: Rütte ilə görüş Trampın NATO müttəfiqlərinə qarşı münasibətini yumşaltmayıb  

12:07
09 Aprel

Zelenski: Putinlə görüş ABŞ-də və ya Yaxın Şərqdə keçirilə bilər  

11:57
09 Aprel

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib  

11:56
09 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

11:46
09 Aprel

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

11:34
09 Aprel

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

11:30
09 Aprel

“Bloomberg”: Dünyanın ən varlı 500 adamı ABŞ-İran atəşkəsi fonunda 265 milyard dollar qazanıb  

11:21
09 Aprel

Dünya Bankı: Avropa və Mərkəzi Asiyada iqtisadi artım tempi yavaşlayacaq  

11:10
09 Aprel

Şimali Koreya döyüş başlığı və elektromaqnit silah sistemini sınaqdan keçirib

10:58
09 Aprel

Dünya bazarında qızıl 40 dollaradək ucuzlaşıb 

10:41
09 Aprel

İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb, bərpa işlərinə başlanılıb  

10:28
09 Aprel

Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq gedir

10:23
09 Aprel

Azərbaycan neftinin qiyməti 120 dollar olub

10:14
09 Aprel

Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

09:43
09 Aprel

Donald Tramp: ABŞ qüvvələri İranın ətrafında qalacaq  

09:43
09 Aprel

Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub  

09:43
09 Aprel

ABŞ Prezidenti NATO-nun Baş katibinə müttəfiqlərdən məyus olduğunu bildirib  

09:41
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!