"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 17-ci bəndlərini rəhbər tutaraq, "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135 (Cild I) 84-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında "istehsalat, məişət tullantıları" sözləri "tullantılar" sözü ilə, beşinci abzasında "istehsalat və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 139 (Cild I) 59-cu maddəsinin üçüncü hissəsində "istehsalat və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I) 34-cü maddəsinin 5-ci hissəsinin üçüncü abzasında "istehsalat və məişət tullantılarından" sözləri "tullantılardan" sözü ilə əvəz edilsin.
Maddə 4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I) 260.2-ci maddəsinin dispozisiyasında "istehsalat və məişət tullantıları ilə" sözləri "tullantılarla" sözü ilə əvəz edilsin.
Maddə 5. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 1-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin "v" yarımbəndində "istehsal və məişət tullantılarında" sözləri "tullantılarda" sözü ilə əvəz edilsin.
Maddə 6. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224 (Cild I) 21-ci maddəsinin birinci hissəsinin onuncu abzasında "istehsalat və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə, on üçüncü abzasında "sənaye və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin.
Maddə 7. "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 471 (Cild I) 9-cu maddəsinin 2.2-ci bəndində "istehsalat və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin.
Maddə 8. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 10-cu maddənin birinci hissəsində "məişət və istehsalat tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin;
8.2. 24-cü maddənin 1-ci hissəsində "istehsalat və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin;
8.3. 47-ci maddə üzrə:
8.3.1. adında "istehsalat və məişət tullantılarından" sözləri "tullantılardan" sözü ilə əvəz edilsin;
8.3.2. 1-ci və 4-cü hissələrdə "İstehsalat və məişət tullantılarının" sözləri "Tullantıların" sözü ilə əvəz edilsin;
8.4. 52-ci maddənin 10.12-ci bəndindən "o cümlədən istehsalat tullantılarının" sözləri çıxarılsın.
Maddə 9. "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 128 (Cild I) 1-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında "məişət və istehsalat tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin.
Maddə 10. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 364 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
10.1. 16-cı maddə üzrə:
10.1.1. adında "İstehsal və məişət tullantılarının" sözləri "Tullantıların" sözü ilə əvəz edilsin;
10.1.2. 16.1-ci maddədə "istehsal və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin;
10.1.3. 16.2-ci maddədə "İstehsal və məişət tullantıları" sözləri "Tullantıları" sözü ilə əvəz edilsin;
10.1.4. 16.3-cü maddədə "istehsal və məişət tullantıları" sözləri "tullantılar" sözü ilə əvəz edilsin;
10.2. 28.0.8-ci maddədə "sənaye və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin.
Maddə 11. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870 (Cild I) 1.1.1-ci maddəsində "istehsal və məişət tullantılarında" sözləri "tullantılarda" sözü ilə əvəz edilsin.
Maddə 12. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606 (Cild I) 10.0.2-ci maddəsində "istehsalat və məişət tullantıları ilə" sözləri "tullantılarla" sözü ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qocalmamaq üçün nə edək?
09 May
Milli qəhrəmanların xatirələri yad edilib
09 May
O, ən gözəl əsərlərini Qarabağ mövzusuna həsr edib
09 May
Məzarsız şəhidlər
09 May
Dövlətin işıqlı gələcəyi
09 May
9 May qələbəsinin qazanılmasında Azərbaycanın xüsusi rolu olub
09 May
Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılıb
09 May
Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdı...
09 May
Ulu Öndərin adı ilə tarixdən müasirliyə
09 May
"Ulu Öndərin yolu ilə irəliləyərək daha uca zirvələri hədəfləmişik"
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!