11 Avqust 2026 16:59
1019
DÜNYA
A- A+
İstanbulda müasir müstəmləkəçilikdən təsirlənən regionlarda humanitar diplomatiya mövzusu müzakirə edilir  

İstanbulda müasir müstəmləkəçilikdən təsirlənən regionlarda humanitar diplomatiya mövzusu müzakirə edilir  


Bu gündən İstanbulun Demokratiya və Azadlıqlar Adasında “Bosfor Diplomatiya Forumu 2026” (BDF) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu il “Böhranlar dövründə humanitar diplomatiya” mövzusunda Gənc Diplomatiya Dərnəyi tərəfindən keçirilən tədbir orta məktəb şagirdləri və universitet tələbələrini diplomatiya, eləcə də beynəlxalq münasibətlər sahəsində bir araya gətirmək məqsədi daşıyır.

Forumun açılış mərasimində İstanbul valisi Davut Gül, İlim Yayma Vəqfinin Müvəkkillər Heyətinin sədri Nəcməddin Bilal Ərdoğan, Türkiyə Prezident Administrasiyasının İnvestisiya Ofisinin rəhbəri Ahmet Burak Dağlıoğlu, “Türk Telekom”un baş direktoru Əbubəkir Şahin, Sıfır Tullantı Vəqfinin sədri və COP31 üzrə yüksəksəviyyəli iqlim çempionu Samed Ağırbaş, Gənc Diplomatiya Dərnəyinin sədri Selman Bilir, sədr müavini Ömər Tayyib Ərdoğan, dərnəyin İdarə Heyətinin üzvləri, protokol nümayəndələri və tələbələr iştirak ediblər.

Avqustun 16-dək keçiriləcək “BDF 2026” çərçivəsində gənclər böhranların siyasi nəticələri ilə yanaşı, onların insan həyatına birbaşa təsirlərini humanitar diplomatiya perspektivindən müzakirə edəcəklər.

Forum çərçivəsində 3-ü ingilis, 1-i türk, 1-i ərəb və 1-i fransız dillərində olmaqla, ümumilikdə 6 komitə fəaliyyət göstərəcək. Komitələr müasir müstəmləkəçilikdən təsirlənən regionları humanitar diplomatiya çərçivəsində nəzərdən keçirəcəklər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

19 illik əbədi ömür

10:40
05 Sentyabr

Şuşanın daşları da bizə əmanətdir

10:30
05 Sentyabr

Şərqin Orta əsr filosofunun izi ilə

10:20
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!