19 Aprel 2024 17:06
249
DÜNYA
A- A+

İsrailin təhlükəsizliyinə sadiqik - Antoni Blinken


G7 İsrailin təhlükəsizliyinə sadiqdir.

"Azərbaycan" qəzeti xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken G7 ölkələrinin XİN başçılarının İtaliyanın Kapri adasında keçirdiyi görüşdən sonra bildirib.

O qeyd edib ki, G7 İranın İsrailə qarşı misli görünməmiş hücumunu pisləyib:

"Bu, əhatə və miqyasda misli görünməmiş bir şey idi. Əhatəni ona görə deyirəm ki, İrandan İsrailə birbaşa hücum idi. Miqyası vurğulama səbəbim isə balistik raketlər də daxil olmaqla 300-dən çox döyüş sursatının istifadə edilməsidir. Biz İsrailin təhlükəsizliyinə, həmçinin gərginliyi azaltmağa, bu gərginliyi sona çatdırmağa çalışmağa sadiqik".

A.Blinken deyib ki, tezliklə G7-nin bəyanatında İranı sabitliyi pozan fəaliyyətlərinə görə hesabat vermə öhdəliyi olacaq:

"O, raket və pilotsuz uçuş aparatı imkanlarını aşağı salmaqla hesaba çəkilir".

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video