02 May 2024 22:04
261
SİYASƏT
A- A+

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

 

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər dünya mətbuatında olduğu kimi, Türkiyə mediasında da geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, “Milliyyət”, “Hürriyet”, “Yeni Şafak”, “CNN Türk”, “TR Haber”, “İHA”, “İstiklal”, “Haberler.com”, “Türkiye Press”, “Son saat”, “Yeni gün” portalları, “TRT”, “Haber Global”, “TV 100” media qurumları, “Beyaz Qazete”, “Axşam” qəzetləri kimi bir çox KİV-lərində yer alan xəbərlərdə bu mötəbər tədbirə 100-dən çox ölkədən 700-dək mötəbər qonağın qatıldığı qeyd olunub.

Xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşaması barədə fikirlərinə xüsusi yer verilib. “Azərbaycan Prezidenti Əliyev: Dünya məcburi assimilyasiyaya yol açan iyrənc neokolonializm praktikasına göz yummamalıdır”, “İlham Əliyev: Ermənistan ilə sülhə doğru gedirik”, “Əliyevdən Ermənistana mesaj: Çox fəal çalışırıq”, “Kritik toplantıdan əvvəl Əliyevdən yeni açıqlama: Danışıqlar hansı mərhələdədir?” sərlövhələrlə təqdim olunan informasiyalarda dövlətimizin başçısının fikirlərinə istinad edilərək bildirilib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumlar Avropadan kənarda bəzi ölkələrin daxili işlərinə qarışmağa cəhd edir, lakin neokolonial meyillərə qarşı susur.

Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında hər hansı vasitəçi olmadan sülh yolunda atılan addımlar, delimitasiya və demarkasiya işlərinə başlanılması, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını qeyd etməsinə geniş yer verilib.

Qardaş ölkə KİV-lərində yer alan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu məkan olması barədə fikri xüsusi vurğulanıb: “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.

Yazıların “Ermənistan xaricdəki dəstəkçiləri tərəfindən siyasi hücumlara məruz qalır”, “Biz Cənubi Qafqazda sülh istəyirik”, “Buna iki ölkə arasında vasitəçi olmadan nail olduq” başlıqlı hissələrində 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etdiyi, bölgəmizdəki sülh prosesinə öz şəxsi, siyasi və iqtisadi maraqları üçün müdaxilə etmək istəyən ölkələrə qarşı mövqeyi, eləcə də Azərbaycanın yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsi ilə bağlı fikirləri də diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video