15 Mart 2016 12:03
387
Qanunlar
A- A+
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261) aşağıdakı dəyişikliklər edilsin:

1.1. mətn üzrə ismin müvafiq hallarında “dövlət tənzimlənməsi və nəzarəti” sözləri ismin müvafiq hallarında “tənzimlənmə və nəzarət” sözləri ilə əvəz edilsin;

1.2. 1.1.7-ci, 26.5-ci, 34.2-ci, 43.1.6-cı və 53.3-cü maddələrə “normativ hüquqi” sözlərindən sonra  “və normativ xarakterli” sözləri əlavə edilsin;

1.3. 24.4-cü, 25.3-cü, 36.1.9-cu və 38.2.1-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “aktivlərin idarə edilməsi” sözləri ismin müvafiq hallarında “investisiya fondlarının idarə edilməsi” sözləri ilə əvəz edilsin;

1.4. 1.1.9-cu maddədə “qiymətli kağızlar bazarında peşəkar” sözləri “lisenziyalaşdırılan” sözləri ilə əvəz edilsin;

1.5. 1.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.1.11. investisiya fondunun depozitarı (bundan sonra - depozitar) - investisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan şəxsdir;”;

1.6. 1.1.14-cü maddə aşağıdakı redaksiyada verilsin:

“1.1.14. maliyyə bazarlarına nəzarət orqanı -  maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;”;

1.7. mətn üzrə ismin müvafiq hallarında “nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin;

1.8. 2.1-ci maddəyə “aktları,” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları,” sözləri əlavə edilsin;

1.9. mətn üzrə ismin müvafiq hallarında “investisiya fondlarının dövlət reyestri” sözləri ismin müvafiq hallarında “investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestri” sözləri ilə əvəz edilsin;

1.10. 4.1-ci maddənin 2-ci cümləsinə  “fondlarının” sözündən sonra “və onların idarəçilərinin” sözləri, “fondları” sözündən sonra “və onların idarəçiləri” sözləri əlavə edilsin;

1.11. 4.2-ci maddədə “səhmdar investisiya fondu fəaliyyətinə” sözləri “müvafiq” sözü ilə əvəz edilsin;

1.12. 5.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“5.9. Səhmdar investisiya fondunun səhm mülkiyyətçilərinin reyestri mərkəzi depozitar tərəfindən aparılır.”;

1.13. 7.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.5. Səhmdar investisiya fondunun səhmləri ilə əqdlər investisiya şirkətləri vasitəsilə bağlanılır.”;

1.14. 7.6-cı maddədə “dövlət qeydiyyatına alındıqdan” sözləri “təsdiq edildikdən” sözləri ilə əvəz edilsin;

1.15. 11.1-ci, 23.3-cü, 25.2-ci, 29.1-ci, 30.1-ci, 31.3-cü və 48.1.2-ci maddələrdə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin;

1.16. 20.2-ci maddədə “qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı” sözləri “mərkəzi depozitar” sözləri ilə əvəz edilsin;

1.17. 24.2-ci maddənin 2-ci cümləsində “peşəkar” sözü “lisenziyalaşdırılan” sözü ilə əvəz edilsin;

1.18. 24.3-cü, 34.1-ci, 46.1-ci və 48.1.12-ci maddələrdə ismin müvafiq hallarında “qanunvericilik aktları” sözləri ismin müvafiq hallarında “normativ hüquqi və normativ xarakterli aktlar” sözləri ilə əvəz edilsin;

1.19. 24.4-cü, 25.3-cü, 36.1.9-cu və 38.2.1-ci maddələrdən “aktivlərinin” sözü çıxarılsın;

1.20. 28.4-cü maddədə “reyestrsaxlayıcısı” sözü “mərkəzi depozitar” sözləri ilə əvəz edilsin;

1.21. 28.10-cu, 37.3-cü və 39.3-cü maddələrin birinci cümlələrindən “digər” sözü çıxarılsın, həmin maddələrin ikinci cümlələrində ismin müvafiq hallarında “tələb” sözü “sorğu” sözü ilə əvəz edilsin;

1.22. 39-cu maddə üzrə:

1.22.1. 39.2-ci maddənin üçüncü cümləsində və 39.4-cü maddədə “40.1-ci maddəsində” sözləri “39.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.22.2. 39.5.1-ci maddə “39-cu maddəsində” sözləri “38-ci maddəsində” sözləri ilə, “40.2-ci maddəyə” sözləri “39.2-ci maddəyə” sözləri ilə əvəz edilsin.

1.23. 40.6-cı maddədə “39.1.5-ci maddəsində” sözləri “38.1.5-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.24. 41.1.10-cu maddədə “qanunvericiliyin” sözü “hüquqi aktların” sözləri ilə əvəz edilsin;

1.25. 47.13-cü maddədə “depozitarın və reyestrsaxlayıcının” sözləri “mərkəzi depozitarın” sözləri ilə əvəz edilsin;

1.26. 51-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 51. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar

İnvestisiya fondları və onların idarəçiləri maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqlar ödəyir.”.

Maddə 2. Bu qanun qüvvəyə mindiyi tarixədək səhmdar investisiya fondu və aktivlərin (investisiya fondunun) idarə edilməsi üzrə fəaliyyətlərə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətlərdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Maddə 3. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək investisiya fondu və investisiya fondunun idarə edilməsi üzrə fəaliyyətlərin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 mart 2016-cı il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

14:57
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

14:46
11 May

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

14:29
11 May

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

14:04
11 May

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

13:36
11 May

ÜST: Hantavirus epidemiyası riski çox azdır

13:19
11 May

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

12:57
11 May

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb  

12:38
11 May

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

12:18
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

11:30
11 May

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq  

11:16
11 May

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

11:01
11 May

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

10:33
11 May

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

10:05
11 May

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib 

09:31
11 May

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb  

09:10
11 May

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!