14 İyul 2024 08:00
607
SİYASƏT
A- A+
İnkişaf salnaməsi

İnkişaf salnaməsi

 

Xalqımızın Ümummilli Lideri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 55-ci ili tamam olur. 1969-cu il iyulun 14-dən başlanan və bu gün barəsində  qürurla bəhs etdiyimiz Heydər Əliyev siyasəti həm sovet illərində, həm müstəqillik dövründə Azərbaycana yüksəliş, inkişaf və rifah gətirmişdir. Müstəqil xalq kimi yaşamağımız, suveren və güclü dövlətçiliyə sahib olmağımız məhz Heydər Əliyev siyasətinin nəticəsi, möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən Heydər Əliyev yolunun təntənəsidir.
Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi  seçilməsi çağdaş tariximizdə keyfiyyətcə  yeni mərhələnin başlanğıcına çevrilmişdir. Heydər Əliyev ilk gündən öz fəaliyyəti ilə həmin dövrdə sovet rejiminə xas olan bütün stereotipləri respublikamızda dəyişmiş və ölkədə pozitiv dəyişikliklərə doğru dönüşün əsası qoyulmuşdu. Sovet İttifaqının siyasi-ideoloji bürokratiyasına rəğmən Heydər Əliyevin yeni idarəçilik metodlarından çıxış etməsi, problemlərin həlli ilə bağlı fərqli baxış ortaya qoyması, milliləşdirmə ilə müşayiət olunan kadr siyasəti cəmiyyəti ruhlandırmış və ölkənin inkişafı naminə səfərbər etmişdi.
Bəzi statistik göstəricilərə nəzər salaq: 1969-1982-ci illərdə Azərbaycanda milli gəlirin ümumi həcmi 2,5 dəfə, xalq istehlakı mallarının istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə  artmışdı. Əgər XX əsrdə 1969-cu ilədək Azərbaycanda 735 sənaye müəssisəsi yaradılmışdısa, Heydər Əliyevin rəhbərlik etdiyi 13 ildə onların sayı 1048-ə çatdırılmışdı. Elektron maşınqayırması, radiosənaye kimi mütərəqqi sənaye sahələri həmin dövrdə yaradılmışdı. Azərbaycanda buraxılan 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac olunurdu. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən beş-altı dəfə yüksəlmiş, beş min meqavat elektrik enerjisi istehsal gücünə malik energetika sistemi yaradılmış, avtomobil yollarının uzunluğu 1,2 dəfə artmışdı, o cümlədən neft sənayesi özünün yeni intibah dövrünə qədəm qoymuşdu. Və bütün bunlarım sayəsində Azərbaycan Rusiya və Ukrayna ilə yanaşı, öz daxli imkanları hesabına sərbəst yaşaya bilən 3 respublikadan birinə çevrilmişdi.
Lakin Heydər Əliyev Azərbaycanın yüksəlişində yalnız sosial-iqtisadi amillərlə kifayətlənmirdi. Ulu Öndər məsələyə kompleks yanaşaraq, həm də təhsilin səviyyəsinin yüksəldilməsi, idarəetmədə azərbaycanlı kadrların sayının artırılması üçün bütün imkanları səfərbər edirdi. Bu baxımdan, Heydər Əliyevin sovet illərində xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri  keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaratmasıdır. Həmin mütəxəssisləri Heydər Əliyev "Azərbaycanın milli sərvəti" kimi qiymətləndirmişdir. 
Sovet dövlətinin siyasi quruluşu və idarəetmə forması respublikamızda siyasi sferada hansısa yeniliyi və ya dəyişikliyi istisna edirdi. Buna baxmayaraq, 55 il əvvəl sovet Azərbaycanına rəhbərliyə başlayan Heydər Əliyevin fəaliyyəti respublikamızı iqtisadi və sosial göstəricilərə görə keçmiş ittifaq üzvləri arasında 14-cü yerdən qabaqcıllar sırasına yüksəltməklə bərabər, sovet ideologiyasının itirməyə çalışdığı milli dəyərlərimizin yenidən bərqərar olmasına və cəmiyyətimizdə yeni siyasi dünyagörüşünün yaranmasına yol açmışdı. Bu baxımdan, sovet dövründə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış və milli oyanış da Heydər Əliyevin adı ilə bağlı idi. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyi ideyası da o illərdən formalaşmağa başlamışdı.
Ötən 55 il respublikamızın tarixində müxtəlif qürurdoğuran siyasi-ictimai hadisələrlə zəngindir. Bu dövrdə Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətdə təmsil olunmadığı illərdə öz tarixinin an ağır və faciəli günlərini yaşamışdır. Əminliklə deyə bilərik ki, əgər ötən əsrin 80-ci illərinin sonunda Heydər Əliyev siyasi rəhbərlikdə olsaydı, ermənilər Azərbaycana qarşı torpaq iddiası qaldıra və ya hərbi təcavüzə başlaya bilməzdilər. Və ya Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, müstəqilliyimizin ilk illərindəki faciələr baş verməzdi. Bu reallığı hələ 1990-cı illərin əvvəllərində xalqımız düzgün dəyərləndirir, Heydər Əliyevin siyasi hakimiyyətə gəlişini əngəlləyən yaş senzurasına qarşı mübarizə aparır, Yeni Azərbaycan Partiyasını yaradaraq, Ulu Öndərin ətrafında siyasi səfərbər olurdu. 1993-cü ilin ortalarına doğru baş verən hadisələr, müstəqilliyimizin itirilmək, Azərbaycanın parçalanmaq təhlükəsi qarşısında qalması Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını artıq tarixi zərurətə çevirmişdi. Hətta buna qədər Ulu Öndərə qarşı mübarizə aparan, onu Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən uzaqlaşdırmağa çalışan AXC-Müsavat qaragüruhu da çıxış yolunu yalnız Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışında görürdü. Beləliklə, 1993-cü ildə Bakıya gələn Heydər Əliyev növbəti dəfə özünü dövlət və xalq qarşısında tarixi missiyasını yerinə yetirdi. Əgər 1969-cu ildə Heydər Əliyev Azərbaycanı  tənəzzüldən inkişaf yoluna çıxarmışdısa, gələcək müstəqilliyimiz üçün etibarlı əsaslar yaratmışdısa, 1993-cü ildə o, respublikamızı parçalanmaqdan xilas etdi, müstəqilliyimizi qorudu və əbədi etdi, müasir Azərbaycan dövlətinin banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi.
Azərbaycan dövlətinin son 20 ildən artıq tarixi göstərir ki, Heydər Əliyev siyasəti layiqincə davam etdirilir, Ulu Öndərin ideyaları aydın gələcəyimizə nur saçır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin hər bir uğuru həm də Ulu Öndərin arzularının həyata vəsiqə alması deməkdir. İndi Azərbaycan beynəlxalq münasibətlərdə öz yeri olan, müstəqil siyasəti və  mövqeyi ilə tanınan, qlobal məsələlərə təsir göstərən, onların həllinə töhfə verən dövlətdir. Ən əsası Azərbaycan dünyada torpaqlarını müharibə yolu ilə azad edən, ərazi bütövlüyünü döyüş yolu ilə bərpa edən dövlət kimi tanınır.  Bunları təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ən böyük və müqəddəs arzusunu da layiqincə yerinə yetirdi. 
Bu gün qalib Azərbaycan tarixinin ən qüdrətli dövləti, bölgənin lideri, kosmik klubun üzvü, qlobal məsələlərdə söz sahibidir. Ona görə indi Ulu Öndərin ruhu rahatdır, çünki Azərbaycan onun arzuladığı zirvəyə yüksəlib.  
Yekunda onu da qeyd etmək istərdim ki, hər birimizin qarşısında dayanan ümdə vəzifələrdən biri vətəndaş təəssübkeşliyindən çıxış edərək Ulu Öndərin bizə əmanət qoyduğu dövlətimizin daha da qüdrətlənməsinə xidmət etməkdir. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti bu sahədə ən gözəl nümunələrdir. Çünki bu fəaliyyət bütün məqamları ilə Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata vəsiqə almasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin daha böyük uğurlar qazanmasına xidmət edir. Bütün bunlar Mehriban Əliyevanın vətənpərvərliyinin, milli idealların əzmkar daşıyıcısı olmasının göstəricisidir. İndiyədək, sosial, mədəniyyət və humanitar sferalarda çoxsaylı layihələr həyata keçirən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, şəhid analarının yanında olan, qazilərimizin sağlam həyata qayıtmasına böyük kömək göstərən, bu gün isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinə yüksək töhfələr verən Mehriban Əliyevaya fəaliyyətində yeni uğurlar arzu edirik.

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında

00:56
13 İyun

Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:55
13 İyun

Ş.A.Mustafayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

00:52
13 İyun

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərdə gövdə və mexanizmlərin sığorta xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir

00:51
13 İyun

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

23:42
12 İyun

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

23:15
12 İyun

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb  

22:25
12 İyun

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib  

22:22
12 İyun

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

22:18
12 İyun

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

22:17
12 İyun

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir  

22:15
12 İyun

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib  

22:13
12 İyun

Qazaxıstan Prezidenti TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşüb  

22:10
12 İyun

Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur  

22:08
12 İyun

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan  

22:04
12 İyun

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

22:03
12 İyun

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

22:01
12 İyun

Milli Məclisin Regional məsələlər komitəsində yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edilib

21:59
12 İyun

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Kir Starmerə  

21:56
12 İyun

CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb  

21:52
12 İyun

FAO: Dünya dəniz balıq ehtiyatlarının 35 faizindən çoxu ifrat ovlanmaya məruz qalır  

21:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!