04 Avqust 2025 16:39
6586
Səhiyyə
A- A+
İnfeksionist: Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə həyat keyfiyyətini yüksəldir  

İnfeksionist: Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə həyat keyfiyyətini yüksəldir  


İnsanın İmmunçatışmazlığı Virusları (İİV) ilə mübarizədə əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Unutmamalıyıq ki, profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək və ən əsası, maariflənməklə biz özümüzü, ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik. Tövsiyə edilir ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV-ə müayinədən keçsin. Müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və mərkəzin regional laboratoriyalarında ödənişsiz, konfidensiallıq prinsipi qorunmaq şərtilə həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslər üçün mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, Təmasdan öncə profilaktika (Prep) və Təmasdan sonra profilaktika (PEP) barədə məlumatlar verilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionisti Ziyad Nəsibov bildirib.

O deyib ki, İİV infeksiyasına yoluxma yolları barədə məlumatlı olduqdan sonra, asanlıqla bu infeksiyaya yoluxmanın qarşısını almaq mümkündür. Azərbaycanda virusa parenteral yolla yoluxmanın qarşısını almaq məqsədilə, xüsusilə inyeksion narkotik istifadəçiləri arasında zərərin azaldılması proqramları çərçivəsində risk qruplarının İİV-ə mütəmadi müayinəsi və profilaktik tədbirlər həyata keçirilir. Ölkədə Əvəzedici Opioid Terapiya (ƏOT) tətbiqi nəticəsində inyeksion narkotik istifadəçilərinin sayı əvvəlki illərlə müqayisədə iki dəfəyədək azalıb. Bundan əlavə, donor qanlarının və nikahdan öncə İİV-ə mütləq müayinələrin aparılması İİV-ə yoluxma ilə mübarizədə həyata keçirilən mühüm addımlardan biridir. İİV-in bətndaxili inkişaf dövründə anadan uşağa ötürülməsinin qarşısını almaq üçün qadınların hamiləlik müddətində mütləq qaydada qadın məsləhətxanalarında qeydiyyata durması və İİV-ə müayinə olunması vacib şərtlərdən biridir. “İİV virusları insanın immun sisteminin hüceyrələrində çoxalaraq, tədricən hüceyrələrin zədələnməsinə səbəb olur. Nəticədə orqanizm müdafiə funksiyasını yerinə yetirə bilmir, müxtəlif xəstəliklərin törədicilərinə, viruslara, bakteriyalara və bədxassəli şişlərə qarşı mübarizə aparmaq qabiliyyəti zəifləyir. İnsanda sağalması mümkün olmayan ağır infeksion xəstəliklər inkişaf edir. İİV infeksiyası xroniki xəstəliklər qrupuna aid olduğu üçün, müalicəsi də ömürlükdür, yəni İİV-ə yoluxmuş şəxslər daimi olaraq antiretroviral preparatları qəbul etməlidirlər. Virusa qarşı tətbiq olunan müalicə antiretrovirus müalicə (ARV terapiya) adlanır. Müalicənin əsas məqsədi orqanizmdə İİV virusunun replikasiyasının qarşısını almaqla onun qanda müəyyən olunmayan səviyyəyə qədər endirilməsi və immun sistemin bərpasından ibarətdir. Nəticədə İİV-ə yoluxmuş şəxslərdə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ikincili xəstəliklərin inkişafının qarşısının alınması, ölüm hallarının azaldılması və İİV-in ötürülmə tezliyinin azaldılması baş verir. İİV-ə yoluxmuş şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin edilirlər. Müalicə xəstənin aşkar olunduğu vaxtdan təyin edilir. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicə rejiminə düzgün əməl etməsi və ARV terapiyaya sadiqliyidir. Xəstələr ARV terapiya rejiminə düzgün əməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu cür hallar mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi yardım göstərilir”,- deyə infeksionist diqqətə çatdırıb.

Mütəxəssisin sözlərinə görə, peyvənd müəyyən bir yoluxucu xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji preparatdır. Adətən xəstəliyə səbəb olan mikroorqanizmin öldürülmüş və ya zəiflədilmiş ştamlarından, onların toksinləri, yaxud səthi zülallarından hazırlanır və orqanizmə yeridilir. Bir müddət sonra ona qarşı yaranan anticisimlər sayəsində insan bu xəstəliyi yüngül keçirir və yaxud yoluxma baş vermir. Virus etiologiyalı digər xəstəliklərə görə tövsiyə edilən peyvəndlər qan dövranına daxil olan zaman immun hüceyrələrimiz, daha dəqiq desək, B limfositlər daxil olan antigenə qarşı anticisimləri yaratmağa başlayır. Ancaq, İİV virusları fərqli xüsusiyyətə malikdir. “Elmi araşdırmalar vasitəsilə müəyyənləşib ki, digər viruslardan fərqli olaraq, İİV yalnız hüceyrə DNT-də yerləşməklə kifayətlənmir. Eyni zamanda, yoluxduğu hüceyrə reseptorlarını da çox tez mutasiyaya uğradır. Nəticədə, daha çox və sürətlə mutant ştamlar əmələ gəlir və bütün mutasiya və ştamları hədəf alan tək bir peyvənd hazırlamaq olduqca çətindir. Lakin İİV virusları və infeksiyası üzərində illər ərzində aparılan çoxsaylı elmi arşdırmalar nəticəsində bir çox yeni nailiyyətlər əldə olunub və bu proses davam edir. İİV-ə yoluxmuş insanların yaşama müddəti erkən diaqnozun qoyulmasından və müalicəsinin erkən mərhələdə başlanmasından asılı olaraq, əhəmiyyətli dərəcədə uzanıb. Son elmi araşdırmalara əsasən, ART qəbul edən və mütəmadi müayinələrdən keçərək, nəzarət altında müalicəsini davam etdirən İİV-lə yaşayanlarla İİV-neqativ (infeksiyaya yoluxmamış) insanların yaşama müddəti eynidir. Hazırda antiretrovirus terapiyasının (ART) əlçatanlığı baxımından, İİV-lə yaşayan insanların həyat keyfiyyəti və yaşama müddəti İİV neqativ şəxslərdən fərqlənmir. İİV-lə yaşayan insanlarda yaşam müddətinə təsir edən əsas faktorlar xəstəliyin erkən diaqnostikası, müalicəyə erkən mərhələdə başlamaq, dərman qəbulunda sadiqliyin olması, sağlam həyat tərzi, immunitetin səviyyəsi, virus yükünün təyin olunmayacaq səviyyəyə gəlib çatması, ağırlaşmaların və yanaşı xəstəliklərin olub-olmamasıdır”,- deyə Z.Nəsibov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

21:01
12 Sentyabr

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

20:53
12 Sentyabr

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

20:37
12 Sentyabr

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

20:27
12 Sentyabr

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

20:17
12 Sentyabr

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

20:02
12 Sentyabr

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

19:52
12 Sentyabr

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

19:52
12 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

19:51
12 Sentyabr

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

19:49
12 Sentyabr

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

19:42
12 Sentyabr

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

19:32
12 Sentyabr

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB

18:50
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!