29 Noyabr 2023 08:50
10780
SİYASƏT
A- A+
İlham Əliyevin şərtini ABŞ qəbul etdi

İlham Əliyevin şərtini ABŞ qəbul etdi

 

ABŞ Dövlət katibi Entoni Blinkenin noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə zəngi məlum həqiqətlərə aydınlıq gətirdi. Belə ki, bu telefon danışığı  ilk növbədə İlham Əliyevin qətiyyətli və müstəqil siyasət yürütdüyünü, Azərbaycanın bütün böhtançı və qərəzli davranışlara qarşı adekvat və sərt mövqe ortaya qoyduğunu bir daha dünyaya nümayiş etdirdi.

 

Azərbaycan mövqeyində qətidir və prinsipialdır

Son vaxtlar ABŞ rəsmilərinin Azərbaycanı hədəfə alan açıqlamaları artıb. Görünən odur ki, Vaşinqtonda Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, erməni separatizminə son qoymasını həzm edə bilmirlər. ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı"nı qəbul etməsi, Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində dinləmələrdə ölkəmiz əleyhinə səslənən çıxışlar bunu təsdiq edir.

Azərbaycan öz qətiyyətli yolu olan, ona qarşı istənilən riyakar davranışı layiqincə cavablandırmağa qadir ölkədir. Məsələn, Azərbaycan ABŞ-nin qərəzli və düşmən mövqeyinə görə Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşün keçirilməsini mümkün hesab etməyib. Eyni zamanda Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfər etmələrinə əsassız qadağa qoyulmasına görə Azərbaycan da ABŞ rəsmilərinin ölkəmizə səfərinə qadağa qoyub.

Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını qətiyyətlə  qoruyur və ABŞ-nin ölkəmizə qarşı qərəzli mövqe tutması Bakını narahat etmir. Çünki bütün bunlardan Azərbaycanın itirəcəyi heç nə yoxdur. Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Amma bütün bunlardan sonra əl-ayağa düşən də ABŞ oldu.  Bu mənada ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etməsi Azərbaycanın siyasi-diplomatik qələbəsidir.

Bu xahişinin yerinə yetirilməsi üçün Dövlət katibi Blinkenin Prezident İlham Əliyevin şərtini qəbul etməkdən başqa yolu qalmayıb. Belə ki, ABŞ rəsmisi Azərbaycana o şərtlə gələ bilər ki, həmin səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılacaq.

Beləliklə, bu telefon danışığı bir daha göstərdi ki, Azərbaycan öz mövqeyində qətidir, prinsipialdır və heç bir qüvvə ölkəmizi öz yolundan döndərə bilməz.

 

ABŞ-nin ikiüzlü siyasətinin növbəti göstəricisi

ABŞ-nin Azərbaycanın ərazi bütövlü yünün bərpasını qəbul edə bilməməsi digər müstəvilərdə də üzə çıxır. Belə ki, Türkiyənən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik bildirib ki, ABŞ Türkiyəyə F-16 təyyarələrinin verilməsi üçün şərt irəli sürüb. Vaşinqton Ankaradan Qarabağın azad edilməsi üçün Azərbaycana verdiyi dəstəyi kəsməsini tələb edib.

Bu da ilk növbədə ABŞ-nin ikiüzlü siyasətinin göstəricisidir. Qarabağ bütün dünyada Azərbaycan torpağı kimi tanınsa da, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, işğalçı və işğala məruz qalan gün kimi agah olsa da, ABŞ hər zaman ikili standartlardan çıxış edib. Ankaradan etdiyi tələb isə həm də ABŞ-nin riyakar davranışının, erməni təəssübkeşliyinin göstəricisidir. 

Görünən həm də odur ki, ABŞ hətta öz müttəfiqləri ilə təzyiq dilində danışır, onları təhdid edir. Əlbəttə, Türkiyə güclü dövlətdir və xaricdən olan bütün təzyiq və təhdidləri adekvat şəkildə cavablandırır, dünyada və regionda öz milli maraqlarını təmin edən qətiyyətli siyasət həyata keçirir.

Eyni zamanda ABŞ-də çox yaxşı bilirlər ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib. Ermənistanın işğalı altında olan torpaqlarımızı Azərbaycan öz gücü ilə azad edib. F-16, F-35-lərin Türkiyəyə verilməməsinin əsl səbəbləri isə bəllidir və ABŞ bunun üçün çoxsaylı bəhanələr ortaya atıb, Türkiyəyə təzyiq göstərməyə çalışır. Azərbaycana yardım məsələsi də bu bəhanələrdən biridir.

ABŞ-yə qarşı son onilliklərdə beynəlxalq səviyyədə etimadsızlıq mühiti formalaşıb. Dünyanın bir çox yerində müharibələrin, siyasi kataklizmlərin, dövlət çevrilişlərinin baş verməsinin səbəbkarı məhz ABŞ-dir. Azərbaycana qarşı məlum davranışlarına görə ABŞ həm də özünün Qafqaz siyasətinə böyük zərbə vurdu.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sentyabrın 22-si axşamadək Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı hava şəraiti davam edəcək

18:43
20 Sentyabr

Türkiyədə İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinən 88 şəxs saxlanılıb

18:32
20 Sentyabr

AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib

17:59
20 Sentyabr

Ağdamda istehsal olunan ayaqqabılar həm də ixrac ediləcək 

17:50
20 Sentyabr

Vitali Borisov komandasından razı qalıb

17:48
20 Sentyabr

Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4

17:41
20 Sentyabr

Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək 

17:37
20 Sentyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

17:35
20 Sentyabr

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

17:30
20 Sentyabr

Vaşinqtonda Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına həsr olunmuş görüş keçirilib

17:24
20 Sentyabr

Britaniya XİN başçısı Livandakı vəziyyətlə bağlı təcili iclas keçirib

17:22
20 Sentyabr

Moskvada MDB İqtisadi Şurasının 103-cü iclası olub

17:21
20 Sentyabr

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

17:20
20 Sentyabr

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında

17:17
20 Sentyabr

“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə

17:16
20 Sentyabr

Türkiyənin Milli Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

17:07
20 Sentyabr

Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

16:47
20 Sentyabr

Antiterror tədbirləri ilə həm də Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə layiqli cavab oldu

16:36
20 Sentyabr

Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı olub

16:34
20 Sentyabr

Qərbi Azərbaycan İcması İsveçrənin bir qrup deputatının ölkəmizə qarşı təxribatına etiraz edib

16:33
20 Sentyabr

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin konfransında Ermənistanın mina terrorundan danışılıb

16:32
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!