11 Sentyabr 2026 09:30
531
CƏMİYYƏT
A- A+
İki qardaş, bir amal

İki qardaş, bir amal


Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük igidlik göstərərək şəhidlik zirvəsinə yüksələn, hünəri ilə adını qəhrəmanlıq tariximizə yazan igidlərimizdən biri də baş çavuş Nahid Musa oğlu Ağalarovdur. 

Qısa, amma şərəfli döyüş yolu keçən Nahid 19 dekabr 1983-cü ildə Goranboyun Xan Qərvənd kəndində anadan olub. Orta təhsilini başa vuran Nahid 2002-ci ildə ordu sıralarına çağırılıb. O, kiçik yaşlarından erməni işğalçılarına qarşı nifrət hissi ilə böyümüşdü və bu, səbəbsiz deyildi. Çünki böyük qardaşı Yaşar Ağalarov Birinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Erməni işğalçıları torpaqlarımıza hücum çəkəndə Yaşar könüllü  yurdumuzun müdafiəsinə yollanmışdı. Bir çox çətin əməliyyatlarda iştirak edən Yaşar Daşaltı əməliyyatında itkin düşmüşdür. 

Həm də bu səbəbdən Nahid ordu sıralarına çağırılanda ürəyi erməni qəsbkarlarna qarşı nifrət hissi ilə döyünürdü. Düşmənlərdən Vətənin və qardaşının qisasını almaq üçün Qarabağın azadlığı uğrunda müharibənin başlamasını gözləyirdi.  Nahid Ağalarov xidmətə başladığı ilk günlərdən silahların dilini dərindən öyrənməyə çalışırdı. Yaxşı bilirdi ki, hazırlıqlı əsgər düşmənin qənimidir. 

2003-cü ildə xidmətini başa vurub doğmalarının yanına qayıdan Nahid başqa sahələrdə işləsə də, fikri ordu sıralarında qalmışdı. Yenidən ömrünü hərbi xidmətə bağlamaq istəyirdi. Bu arzusunu 2014-cü ildə həyata keçirdi. Ordu sıralarına qayıtdı, Vətənə əsgər oldu, torpaqlarımızın müdafiəsində dayandı. 

Nəhayət, hamı kimi Nahid Ağalarovun da gözlədiyi gün - 27 sentyabr 2020-ci il qapımızı döydü. Qarabağın və Şərqi Zəngəzurun erməni işğalçılarından azad olunması uğrunda müharibə başladı. Baş çavuş Nahid əməliyyatların ilk günlərindən döyüşlərə atıldı. Onların bölüklərinin şəxsi heyəti əvvəlcə Füzulinin, sonra Xocavəndin azadlığı uğrunda vuruşdu. Neçə-neçə qanlı döyüşlərdə iştirak edən Nahid Ağalarov üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldi. Dəqiq atəşlə onlarla düşməni məhv etdi, həm qardaşı Yaşarın, həm də başqa şəhidlərimizin intiqamını aldı. 

Baş çavuş Nahid Ağalarov döyüşə-döyüşə Şuşaya qədər gedib çıxdı. Başqa əsgərlər kimi, düşmən üzərində qazanılan Zəfərdə onun da payı oldu. Müharibə başlayandan sona qədər əldə silah işğalçılara qarşı vuruşdu, bir an, bir gün olsun belə, silahını yerə qoymadı. 

İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatsa da, qarşıda işğalçılardan azad edilməli olan Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və başqa şəhər və kəndlər var idi. O üzdən Nahid vuruşmaq, torpaqlarımızı erməni işğalçılarından tamamilə təmizləmək arzusu ilə yaşayırdı. Amma təəssüflər olsun ki, Nahid Ağalarov 23 noyabr 2020-ci ildə Şuşa yolu ətrafında komandirin verdiyi döyüş tapşırığını yerinə yetirərkən düşmənlərin basdırdığı minaya düşərək həlak oldu. Şəhid ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi. 

Nahidin xanımı Tinatin Ağalarova deyir ki, həyat yoldaşı çox qayğıkeş idi: "2018-ci ilin noyabr ayında qızımız Zəhra dünyaya gəldi. Valideyn olduğumuz üçün çox sevinirdik. Böyük sevinc içində olan Nahid deyirdi ki, Zəhra balamı ürəyimdən keçən kimi böyüdəcəyəm, əlindən tutub məktəbə aparacağam. Təəssüf ki, Nahid həmin günü görə bilmədi. Müharibəyə yola düşəndə Zəhra balamızla bağlı olan arzularını mənə tapşırdı. Torpaqlarımızı düşmən tapdağından azad edəcəyini, şəhidlərin intiqamını alacağını dedi. Şəhidliyi bahasına olsa da, dediyini etdi. Nahidi sonuncu dəfə noyabrın 10-da gördüm. İkigünlük icazə alıb evə gəlmişdi. Axırıncı dəfə noyabrın 23-də zəng vurmuşdu, xeyli danışdıq. Deyirdi ki, qızımı da, səni də çox sevirəm, özünüzə yaxşı baxın. Balamı sənə əmanət edirəm. Elə həmin gün də şəhid xəbərini eşitdik. Demə, şəhid olacağı ürəyinə damıbmış. Gözüm həmişə, hər yerdə onu axtara-axtara ömür yoluma davam edirəm. Qızım Zəhranı Nahidin adına, göstərdiyi qəhrəmanlığa layiq böyüdəcəyəm".

Bir ailədən iki oğul - Yaşar və Nahid Ağalarov qardaşları şəhiddirlər. İkisi də Qarabağın azadlığı uğrunda gedən əməliyatlarda həlak olublar - Yaşar birinci, Nahid isə ikinci Qarabağ müharibəsində. Ayrı-ayrı vaxtlarda şəhid olsalar da, bir amal, bir məqsəd uğrunda, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə eyni məkanda - Şuşada canlarından keçiblər. Hər birinin ömrü bir qəhrəmanlıq dastanı olan belə igid oğulları xalqımız heç vaxt unutmur, xatirələrini ehtiramla yad edir, onlarla qürur duyur! 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!