03 Sentyabr 2026 17:37
102
İQTİSADİYYAT
A- A+
İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb

İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyində nazirlik yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini Pərvin Manafov dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, agentlik tərəfindən bu sahədə görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması, habelə dövlət borcu üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, agentlik tərəfindən dövlət borcuna dair rüblük əsasda Hesabat, yarımillik əsasda Statistik Bülleten tərtib edilir və bu məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunur.

İclasda “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan strateji məqsədlərə tam nail olunduğu qeyd olunub. Ölkədə icra edilən və gələcəkdə planlaşdırılan layihələrin maliyyələşdirilməsi məqsədilə sənəddə nəzərdə tutulan prioritet tədbirlərin icrası barədə məlumat verilib.

Bundan başqa, dövlət vəsaitlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə Maliyyə Nazirliyi tərəfindən keçirilən depozit hərracları, həmçinin daxili maliyyə bazarında emissiya olunan dövlət istiqrazları barədə məlumat İctimai şura üzvlərinin diqqətinə çatdırılıb.

Eyni zamanda, Azərbaycanın suveren kredit reytinqində son dövrdə müşahidə olunan müsbət dəyişikliklər, bu istiqamətdə görülən işlər və beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq barədə məlumat verilib. Həmçinin növbəti dövr üzrə yenilənəcək Borc Strategiyası çərçivəsində nəzərdə tutulan prioritet tədbirlərin icrası üzrə qarşıda duran vəzifələr və görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı İctimai Şuranın sədri İnqilab Əhmədovun və digər şura üzvlərinin fikirləri dinlənilib, dövlət borcunun idarə edilməsi istiqamətində tədbirlərin Strategiyaya uyğun həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb

17:44
03 Sentyabr

İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb

17:37
03 Sentyabr

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

17:30
03 Sentyabr

İspaniyada miqrasiya böhranı

17:25
03 Sentyabr

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır

17:23
03 Sentyabr

“Neftçi”nin sabiq futbolçusu Kipr klubuna keçib

17:16
03 Sentyabr

Səfir: Azərbaycanla ticarət həcminin artırılması Pakistanın əsas prioritetlərindəndir

17:09
03 Sentyabr

Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur?

17:02
03 Sentyabr

BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var

16:55
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

16:54
03 Sentyabr

Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik

16:48
03 Sentyabr

Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir

16:41
03 Sentyabr

Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb

16:34
03 Sentyabr

Daha təhlükəsiz və effektiv humanitar minatəmizləmə üçün texnologiya və innovasiya

16:27
03 Sentyabr

Nyu-York məktəblərində şagirdlərin süni intellektdən istifadə etmələrinə qadağa qoyulur

16:20
03 Sentyabr

2027-ci ilə qədər ekstremal hava hadisələri riski artıracaq

16:15
03 Sentyabr

“Mygov business” platforması ilə startaplar dövlət xidmətlərindən yararlana biləcək 

16:13
03 Sentyabr

Bişkek sammiti Azərbaycanın Avrasiyadakı proseslərin sadəcə müşahidəçisi olmadığını bir daha göstərdi 

16:10
03 Sentyabr

CNN: ABŞ qüvvələri Hörmüz boğazında 40 neft tankerini müşayiət edib

16:09
03 Sentyabr

İndoneziyada meşə yanğınlarının tüstüsü Malayziya və Filippinə yayılıb

16:07
03 Sentyabr

Nepalda sel faciəsində ölənlərin sayı 1200-ü keçdi

16:05
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!