17 İyul 2025 02:49
1062
Fərmanlar
A- A+
"İcra məmurları haqqında", "İcra haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"İcra məmurları haqqında", "İcra haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "İcra məmurları haqqında", "İcra haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin altıncı cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin birinci, ikinci, altıncı (birinci halda) və yeddinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

1.3. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin dördüncü cümləsində "müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;

1.4. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 25-1.1.3-cü və 25-1.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 25-1.3-cü maddəsində "orqan (qurum)" dedikdə  Azərbaycan Respublikasının Prezidenti (vəsaitin bölgüsünə münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.6. həmin Qanunun 25-1.1.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin altıncı cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.2. bu Fərmanın 1.5-civə 5.3-cü bəndləri nəzərə alınmaqla, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 25-1.3-cü maddəsinə uyğun olaraq, ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. "İcra məmurları haqqında", "İcra haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 25 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənd 2.1-1-ci bənd hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

"2.1-1. həmin Qanunun 11-ci maddəsinin dördüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;";

3.2.  aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

"2.1. "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin altıncı cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;";

3.3. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin birinci, ikinci, altıncı (birinci halda) və yeddinci cümlələrində, 5-ci maddəsinin birinci və yeddinci hissələrində, 6-cı maddəsinin adında və mətnində, 8-ci maddəsinin birinci hissəsinin on altıncı abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;";

3.4. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

"2.2-1. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin dördüncü cümləsində "müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;";

3.5. 2.4-cü bənddən ", 12-ci maddəsinin ikinci hissəsində" sözləri çıxarılsın;

3.6. 2.5-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 2.6-cı bənd ləğv edilsin.

4. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122 (Cild I); 2025, № 6, maddə 544) 2.5-ci bəndi ləğv edilsin.

5. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594 (Cild I); 2024, № 5 (I kitab), maddə 523, № 12 (II kitab), maddə 1358) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bənddə birinci halda "maddəsində" sözü", 25-1.1.3-cü,25-1.3-cü maddələrində" sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 2.1-2-ci və 2.5-1-ci bəndlər əlavə edilsin:

"2.1-2. həmin Qanunun 25-1.3-cü maddəsində "orqan (qurum)" dedikdə  Azərbaycan Respublikasının Prezidenti (vəsaitin bölgüsünə münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";

"2.5-1. həmin Qanunun 25-1.1.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;";

5.3.2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun vəaşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:

"2.11. həmin Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsait aşağıdakı kimi bölüşdürülür:

2.11.1. 60 faizi dövlət büdcəsinə köçürülməklə həmin vəsait tam həcmdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir;

2.11.2. bu Fərmanın 2.11.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsi həmin Qanunun 25-1.2.1-ci, 25-1.2.3-25-1.2.6-cı maddələrində nəzərdə tutulan məqsədlərə sərf edilməsi üçünAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülür.".

6. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1223 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 iyul tarixli 429 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.10-cu bəndində "vəzifəsinə" sözü "və icra məmuru vəzifələrinə" sözləri ilə əvəz edilsin.


İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 iyul 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!