29 Noyabr 2025 00:44
600
Fərmanlar
A- A+
"Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

"Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 89 (Cild I); 2025, № 6, maddə 542) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.5-ci bənddə "Yetkinlik yaşına çatmayanların işləri və" sözləri "uşaq" sözü ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. həmin Qanunun 5-ci maddəsinin altıncı hissəsinin üçüncü cümləsində "qəyyumluq və himayə orqanı" və yeddinci hissəsində "qəyyumluq və himayə orqanları" dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur;".

2. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260, № 7, maddə 815, № 8, maddələr 937, 947, № 10, maddə 1138; 2025, № 6, maddə 542; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 noyabr tarixli 520 nömrəli Fərmanı) 2.20-1-ci bəndi 2.20-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.20-1-ci bənd əlavə edilsin:

"2.20-1. həmin Qanunun 27-ci maddəsinin IV hissəsinin "Qeyd"inin ikinci cümləsində "qəyyumluq və himayəçilik orqanı" və üçüncü cümləsində "qəyyumluq və himayəçilik orqanları" dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur;".

3. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 498 (Cild I); 2024, № 6 (I kitab), maddə 667, № 12 (II kitab), maddə 1362; 2025, № 4 (I kitab), maddə 326, № 6, maddə 542) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.4-1-ci bənddə "yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları" sözləri "uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar" sözləri ilə əvəz edilsin;

3.2. 2.7-ci bənddə "dördüncü, beşinci və yeddinci" sözləri "beşinci, altıncı və səkkizinci" sözləri ilə, "Yetkinlik yaşına çatmayanların işləri və" sözləri "uşaq" sözü ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; 2025, № 4 (I kitab), maddə 340, № 6, maddə 561, № 7, maddə 633) 2-ci hissəsinin on ikinci-iyirmi beşinci abzasları müvafiq olaraq on üçüncü-iyirmi altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

"həmin Məcəllənin 123-2.1.6-cı maddəsində "qəyyumluq və himayəçilik orqanı" dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur;".

5. "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611 (Cild I); 2024, № 8, maddə 943) 3.19-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.20-ci bənd əlavə edilsin:

"3.20. həmin Məcəllənin 92.2-ci maddəsində "qəyyumluq və himayəçilik orqanları" dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur.".

6. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 795 (Cild I); 2025, № 1, maddə 53) ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 1-ci hissəsinin ikinci abzasının ikinci cümləsi üçüncü cümlə hesab olunsun və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Qəyyumluq və himayə orqanlarının funksiyalarını himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər.".

7. "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 704 (Cild I) 2.10-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:

"2.11. həmin Qanunun 14.2-ci maddəsinin ikinci cümləsində, 16.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.3-cü maddəsinin üçüncü cümləsində "qəyyumluq və himayə orqanı" dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur.".

8. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 274 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 706 (Cild I); 2024, № 6 (I kitab), maddə 667; 2025, № 6, maddə 542) 2.3-cü bəndində "yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları" sözləri "uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar" sözləri ilə əvəz edilsin.

9. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 713 (Cild I); 2025, № 6, maddə 542) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.4-cü bənddə "maddəsində" sözü "maddəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin;

9.2. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

"2.6-1. həmin Qanunun 10.1-ci maddəsinin üçüncü cümləsində "qəyyumluq və himayə orqanı" və 10.1-1-ci maddəsində "qəyyumluq və himayə orqanları" dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur;".

10. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1, maddə 21, № 4, maddə 393, № 6 (I kitab), maddə 667, № 12 (II kitab), maddə 1370; 2025, № 4 (I kitab), maddə 345) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1.3-cü bənddə "yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə" sözləri "uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar və qəyyumluq və himayəçilik" sözləri ilə əvəz edilsin; 

10.2. 2-ci hissə üzrə:

10.2.1. 2.5-ci bəndin birinci abzasına "Azərbaycan" sözündən əvvəl "Bu Qaydanın 2.8-ci bəndi nəzərə alınmaqla," sözləri əlavə edilsin;

10.2.2. 2.7-ci bənd üzrə:

10.2.2.1. birinci abzasda "Yetkinlik" sözü "Bu Qaydanın 2.8-ci bəndi nəzərə alınmaqla, habelə yetkinlik" sözləri ilə, "yetkinlik yaşına çatmayanların işləri və" sözləri "uşaq" sözü ilə əvəz edilsin;

10.2.2.2. 2.7.3-cü və 2.7.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"2.7.3. təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini aparır;

2.7.4. internatlarda, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, tərbiyə müəssisələrində, qəbul-bölüşdürmə məntəqələrində saxlanılan yetkinlik yaşına çatmayanların şəxsiyyətini təsdiq edən sənədləri əldə etmək mümkün olmadıqda, həmin sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir;";

10.2.2.3.  2.7.5-ci yarımbənd ləğv edilsin;

10.2.2.4.  2.7.7-ci yarımbənddə "müvafiq" sözü "aidiyyəti" sözü ilə əvəz edilsin;

10.2.2.5.  2.7.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.7.8. tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərir, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanları müəyyən edir və onlara yardım göstərir, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir;";

10.2.2.6.  2.7.11-ci yarımbəndə "Məcəlləsinə" sözündən sonra "və Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə" sözləri, "inzibati tənbeh" sözlərindən sonra "və bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmayan digər intizam təsir" sözləri əlavə edilsin;

10.2.2.7.  2.7.16-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.7.16. yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması ilə əlaqədar, həmçinin yetkinlik yaşına çatmayanların pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq dövlət orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət edir.";

10.2.3. 2.8-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"2.8. Qəyyumluq və himayəçilik orqanları qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar:";

10.3. 4.1-ci bəndin birinci abzasında "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya" sözləri "uşaq hüquqlarının müdafiəsi üzrə komissiya" sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025,№ 2, maddə 127,№ 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 oktyabr tarixli 501 nömrəli və 6 noyabr tarixli 520 nömrəli fərmanları)ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1-ci hissədə "yetkinlik yaşına çatmayanlarla" sözləri "uşaqlarla" sözü ilə əvəz edilsin;

11.2. 57.2.3-cü yarımbənddə, 58-2.2-ci və 59.4-cü bəndlərdə "yetkinlik yaşına çatmayanların işləri və" sözləri "uşaq" sözü ilə əvəz edilsin;

11.3. 62-ci hissədə "yetkinlik yaşına çatmayanlarla" sözləri "uşaqlarla" sözü ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 723 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 4 (I kitab), maddə 345) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nda aşağıdakı dəyişikliklər edilsin:

12.1. 2-ci hissənin ikinci abzasında "Yetkinlik yaşına çatmayanların işləri və" sözləri "Uşaq" sözü ilə əvəz edilsin;

12.2. 4.1.2-ci yarımbənddə "yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların və yerli icra hakimiyyətlərinin" sözləri "uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların və" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 noyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir  

12:16
05 Dekabr

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb  

12:15
05 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

12:14
05 Dekabr

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!