13 İyun 2025 08:07
463
SİYASƏT
A- A+
Heydər Əliyev yolu Azərbaycana möhtəşəm qələbələr qazandırıb 

Heydər Əliyev yolu Azərbaycana möhtəşəm qələbələr qazandırıb 


Müasir Azərbaycan tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir. Müstəqillik tariximizə nəzər saldıqda bəlli olur ki, bugünkü möhtəşəm uğur və qələbələrin əsasında liderlik fenomeni - lider amili dayanır. 

1991-ci ildə müstəqilliyini bərpa etmiş ölkəmiz çətin şərait və ciddi sınaqlarla üz-üzə qalmışdı. Ozamankı hakimiyyətin səriştəsizliyi, daxili çəkişmələr, separatizm təhlükəsi və Ermənistanın genişmiqyaslı hərbi təcavüzü dövlət suverenliyini və beynəlxalq hüquqla tanınmış ərazilərimizin bütövlüyünü ciddi şəkildə təhdid edirdi. Bütün bunların fonunda xalq arasında ümidsizlik artır, anarxiya və xaos genişlənirdi. Belə bir ağır və taleyüklü dövrdə xalqın yeganə ümidi böyük dövlətçilik təcrübəsinə, güclü siyasi iradəyə və dərin strateji düşüncəyə malik olan Ulu Öndər Heydər Əliyev idi.

1993-cü ilin iyun ayında silahlı qarşıdurmalar fonunda meydana çıxan vətəndaş müharibəsi təhlükəsi kontekstində xalqın təkidli tələbi ilə dahi Lider Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. İyunun 15-də Ulu Öndərin Ali Sovetin Sədri seçilməsi ilə ölkəmizdə siyasi böhranın aradan qaldırılması və xalqın iradəsinə söykənən idarəçilik sisteminin bərpası istiqamətində mühüm proseslər başlandı. Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olaraq dəyərləndirilən 15 İyun Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarix dövlətçiliyin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və gələcək inkişaf üçün möhkəm təməllərin yaradılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Müdrik dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra atdığı mühüm addımlardan biri Ermənistanla hərbi əməliyyatların dayandırılması istiqamətində oldu. Məhz Ulu Öndərin gərgin diplomatik səyləri və qətiyyətli mövqeyi nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. Bu razılaşma Milli Ordu quruculuğunu sürətləndirmək, idarəetmə institutlarını bərpa etmək və müstəqil dövlətimizin dayaqlarını möhkəmləndirmək üçün geniş imkanlar açdı. Eyni zamanda atəşkəs razılaşması Azərbaycanın dövlətçilik maraqlarını qorumaq, milli potensialını səfərbər etmək və gələcək Zəfərə aparan strateji xəttin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyırdı.

Həmin dövrdə milli təhlükəsizlik və dövlət müstəqilliyinin qorunması prioritet məsələlərdən idi. Bu baxımdan güclü və mütəşəkkil ordu quruculuğu əsas istiqamətlərdən biri kimi ön plana çıxırdı. Heydər Əliyev öz çıxışlarında daim qeyd edirdi ki, ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə silahlı qüvvələrin formalaşdırılması istiqamətində ardıcıl islahatlara start verildi. Hərbi komandanlıq strukturlaşdırıldı, zabit heyətinin peşəkarlığı artırıldı, kadr hazırlığı üçün geniş imkanlar yaradıldı. Xarici dövlətlərlə hərbi əməkdaşlıq inkişaf etdirildi. Azərbaycan Ordusu tədricən öz peşəkarlığı və hazırlığı ilə regionun ən güclü hərbi qüvvəsinə çevrildi.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı şirkətləri ilə imzalanan və "Əsrin müqaviləsi" adını almış neft sazişi Azərbaycanın enerji diplomatiyasında həlledici dönüş yaratdı. Ulu Öndər bu müqaviləyə yalnız iqtisadi layihə kimi yox, eyni zamanda milli maraqlara xidmət edən mühüm geosiyasi strategiya kimi yanaşırdı. Bu sazişlə Azərbaycan qlobal arenada etibarlı tərəfdaş kimi tanındı, ölkəmizin neft və qaz ehtiyatları qlobal bazarlara çıxarıldı, xarici sərmayələrin axını başladı. Həmin layihə ölkəmizin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, dövlətçilik dayaqlarının möhkəmləndirilməsinə də geniş imkanlar yaratdı.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiya mükəmməl hüquqi sənəd kimi mühüm önəm kəsb etdi. Konstitusiya ilə ilk dəfə olaraq demokratik dövlət quruculuğu prinsipləri təsbit edildi, hakimiyyət bölgüsü - qanunverici, icraedici və məhkəmə orqanlarının funksiyaları dəqiq müəyyənləşdirildi. İnsan hüquq və azadlıqlarının təminatı, söz və vicdan azadlığı, vətəndaş cəmiyyəti institutlarının inkişafı mühüm prioritetlər kimi qəbul olundu. 

Bunlarla yanaşı, iqtisadiyyatın liberallaşdırılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi və sahibkarlığın təşviqi istiqamətində mühüm addımlar atıldı. Sənaye və kənd təsərrüfatı sahələrində modernizasiya prosesinə başlanıldı, xarici sərmayədarlar üçün əlverişli mühit yaradıldı. Bütün bu tədbirlər nəticəsində əhalinin həyat səviyyəsində müsbət dəyişikliklər müşahidə olundu.

Ulu Öndər Heydər Əliyev təhsili millətin gələcəyinin əsası kimi dəyərləndirirdi. Onun rəhbərliyi ilə təhsil sisteminin bərpası, modernləşdirilməsi və milli-mənəvi dəyərlərə əsaslanaraq inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı. O dövrdə dövlətin təhsil siyasətinin prioritetləri müəyyənləşdirildi və müvafiq normativ-hüquqi baza yaradıldı. Ümummilli Lider təhsil müəssisələrinin müasir tələblərə uyğun fəaliyyət göstərməsini və gələcək nəslin yüksək intellektual səviyyədə formalaşmasını əsas məqsəd kimi qarşıya qoymuşdu və bu istiqamətdə məqsədyönlü fəaliyyət həyata keçirilirdi. 

Heydər Əliyevin səhiyyə sahəsində siyasəti əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin əlçatanlığının təmin edilməsinə yönəlmişdi. O, səhiyyənin milli təhlükəsizlik məsələsi olduğunu bəyan etmiş və bu istiqamətdə genişmiqyaslı islahatlara start vermişdi. Müalicə-profilaktika müəssisələrinin fəaliyyəti yenidən təşkil olundu, regionlarda yeni xəstəxana və poliklinikalar tikildi. Eyni zamanda səhiyyə müəssisələrinin maddi-texniki bazası mərhələli şəkildə yeniləndi, beynəlxalq təşkilatlarla əməkdaşlıq qurularaq bir sıra önəmli layihələr icra olundu. Səhiyyə sahəsində kadr hazırlığı və ixtisasartırma məsələlərinə də xüsusi önəm verildi.

Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində gənclər hər zaman xüsusi yer tutmuşdur. O, gənclərin intellektual inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi və ictimai həyatda fəal iştirakı üçün münbit şərait yaradılmasını təmin etmişdir. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər Ulu Öndərin bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Onun təşəbbüsü ilə gənclərin inkişafı üçün müxtəlif dövlət proqramları həyata keçirilmişdir. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləmişdir: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".

Ulu Öndərin təşəbbüsü və qayğısı nəticəsində idmanın inkişafı da dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. İdmançılara və idman strukturlarına göstərilən dəstək ölkənin qlobal arenada nüfuzunun artmasına səbəb oldu. Heydər Əliyevin imzaladığı fərmanla Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müxtəlif idman federasiyalarının formalaşdırılması bu sahənin təşkilati əsaslarını gücləndirdi. Azərbaycanın beynəlxalq idman təşkilatlarına üzv olması, milli olimpiya hərəkatının canlanması və ölkəmizin idmançılarının dünya miqyaslı yarışlarda uğurla çıxış etməsi məqsədyönlü siyasətin bəhrəsi idi.

Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, TRASEKA kimi layihələr uğurla reallaşdırıldı. Bu layihələr Azərbaycanın regional və qlobal tranzit mərkəzinə çevrilməsində həlledici rol oynadı. Eyni zamanda bu əməkdaşlıqlar vasitəsilə ölkənin geosiyasi mövqeləri gücləndirildi və milli təhlükəsizlik strategiyasının əsas komponentləri formalaşdırıldı. Dahi Lider balanslaşdırılmış siyasət yürüdərək beynəlxalq münasibətlər sisteminin subyekti olan ölkələrlə səmərəli əməkdaşlıq əlaqələri qurdu. 

Beləliklə, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda güclü dövlət idarəçiliyi, müasir ordu və möhkəm iqtisadi təməl formalaşdı. Bu tədbirlər Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə zəmin yaratdı. Ulu Öndərin müəyyən etdiyi strateji xətt, siyasi sabitlik və inkişaf konsepsiyası Zəfər yolunun ideoloji və praktik əsasını təşkil etdi.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi irsini müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirir. Onun rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar nəticəsində Azərbaycanın qüdrəti daha da artıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası isə müasir dövlətçilik tariximizin zirvə hadisələridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən bu tarixi qələbələr, əslində, Milli Qurtuluş Günündən başlanan dövlətçilik yolunun şanlı nəticəsidir. 


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlanıb  

16:54
17 İyul

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

15:47
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!