02 Avqust 2025 09:37
1087
Mədəniyyət
A- A+
Heydər Əliyev adına parkın amfiteatrında "Əlvida, Şmitd!" filmi nümayiş etdirilib  

Heydər Əliyev adına parkın amfiteatrında "Əlvida, Şmitd!" filmi nümayiş etdirilib  


Azərbaycan Kinosu Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində avqustun 1-də Bakı şəhəri Xətai rayonu, Heydər Əliyev adına parkın amfiteatrında açıq havada film nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rejissor Əli-Səttar Quliyevin "Əlvida, Şmitd!" bədii filmi yaradıcı heyətlə bərabər kinosevərlərin görüşünə gəlib.

ARKA-nın əməkdaşı Turan Məmmədli bildirib ki, agentlik yarandığı gündən etibarən kino sənayesinin dəstəklənməsi, kino istehsalının artırılması, təşviqi, infrastrukturun yenidən təşkili istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, bundan sonra da bu işlər ardıcıl şəkildə aparılacaq: "Biz ölkəmizdə aktiv kino izlənməsini yenidən bərpa etmək, istehsal olunmuş filmlərin və həmin istiqamətdə çalışan insanların sayını artırmaq istəyirik. Bu, həm iqtisadi, həm ideoloji baxımdan, həm də incəsənət adamlarının öz sənətlərini, bacarıqlarını nümayiş etdirmələri üçün çox əhəmiyyətlidir. Həmin istiqamətlərdə Mədəniyyət Nazirliyi və Kino Agentliyi əlindən gələni edir və bundan sonra da etməyə davam edəcək".

Daha sonra çıxış edən quruluşçu rejissor Əli-Səttar Quliyev və baş rol ifaçısı, “Kino Sənayesi İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini Azər Aydəmir filmin məğzi barədə ətraflı məlumat verib, Azərbaycan Kinosu Günü münasibətilə kino fədailərini və kinosevərləri təbrik ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub 

15:40
06 Sentyabr

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur 

14:55
06 Sentyabr

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək  

14:51
06 Sentyabr

Pərvin Kərimzadə: Şəhidlərin xatirəsi qorunmalı, tarixi irsimiz yaşadılmalıdır  

14:24
06 Sentyabr

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir  

12:50
06 Sentyabr

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir  

12:40
06 Sentyabr

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir  

12:30
06 Sentyabr

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb  

12:20
06 Sentyabr

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə  

12:10
06 Sentyabr

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH  

12:00
06 Sentyabr

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq  

11:45
06 Sentyabr

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur  

11:30
06 Sentyabr

Ağdam rayonunda mina partlayışı baş verib  

11:15
06 Sentyabr

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

11:00
06 Sentyabr

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir  

10:30
06 Sentyabr

Kreml görüşü 3 saatdan çox çəkib 

10:00
06 Sentyabr

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!