08 Noyabr 2026 14:35
317
CƏMİYYƏT
A- A+
“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada 

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada 


Türkiyə mediasının nümayəndələri noyabrın 8-də Şuşa şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, türk jurnalistlər burada Yuxarı Gövhər Ağa məscidi və Qarabağ küçəsi ilə tanış olublar.

Noyabrın 8-nə - Zəfər Gününə təsadüf edən səfər zamanı qonaqlara məlumat verilib ki, Yuxarı Gövhər Ağa məscidi şəhərin ən qədim ibadətgahıdır. Məscid II Qarabağ xanı İbrahimxəlil xanın qızı, şair və rəssam Gövhərnisə bəyimin (Gövhər ağanın) şərəfinə adlandırılıb. Diqqətə çatdırılıb ki, vaxtilə işğal altında qalmış bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb və təhqir edilib. Şəhərdəki 17 məsciddən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa azad edildikdən dərhal sonra Azərbaycan Prezidentinin tapşırığı ilə məscidlərin bərpasına başlanılıb.

Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərinə 2021-ci ilin sonlarında start verilib. 2023-cü il mayın 10-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub.

Daha sonra jurnalistlər Şuşanın Qarabağ küçəsinə baş çəkiblər. Burada dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən müxtəlif təyinatlı binalar inşa edilib. Tikinti zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ənənəvi memarlıq üslubuna və ümumi görünüşünə uyğunluğuna xüsusi diqqət yetirilib.

Bu layihənin icrası mədəniyyət paytaxtımız olan tarixi Şuşanın hərtərəfli inkişafı istiqamətində atılan mühüm addımlardandır. Yeni binalar şəhərin simasına xüsusi yaraşıq verməklə yanaşı, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin əhatəsini nümayiş etdirir.

Türkiyənin NTV kanalından Ahmet Örsoğlu Şuşa ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Sizi Zəfər Günü münasibətilə təbrik edirəm. Şuşanın siması dəyişib, şəhər tamamilə yenidən qurulub. Köhnə binalar bərpa edilib, yeniləri tikilib və şəhər müasir görkəm alıb. Lakin onun keçmişinə məxsus gözəl elementlər də qorunub saxlanılıb. Burada çox yaxşı iş görülüb.

“Haber Global” kanalından Murat Karataş isə bildirib ki, o da 44 günlük Vətən müharibəsini işıqlandıran jurnalistlərdən olub: “Biz o zaman burada idik və demək olar ki, hər bir azərbaycanlı Şuşadan danışırdı. "Şuşa azad olunmalıdır, biz oraya getmək istəyirik. Biz o şəhəri görmək üçün darıxırıq”. Ona görə də Şuşanın necə bir şəhər olması bizdə də maraq oyatdı. Sonra araşdırma apardıq və bir çox şairin, incəsənət nümayəndələrinin şuşalı olduğunu öyrəndik. Buna görə də Şuşa bizim üçün də böyük məna və dəyər kəsb etməyə başladı”.

Müharibədə qazanılan şanlı Qələbədən sonra Şuşaya səfər etmək imkanı qazandığını söyləyən Murat Karataş əlavə edib ki, o vaxt şəhərdə ermənilər tərəfindən törədilmiş vandalizmin izlərinin şahidi olub. “Gördük ki, ermənilər bu şəhərə qayğı göstərməyiblər, hər yer xarabalığa çevrilmişdi. Çox pis görünürdü, binalar, yollar dağılmışdı, xüsusilə məscidlər. İndi buraya vaxtaşırı gəlirəm. Hər dəfə gələndə Şuşanın daha da inkişaf etdiyini görürəm. Həqiqətən də həsəd aparılmalı bir yerdir. Hər kəs burada, bu şəhərdə yaşamaq istəyər. Hava bu gün yağışlı və dumanlı olsa da, bunun da öz gözəlliyi var. Şuşanı çox sevirəm.

Səfər çərçivəsində türk media nümayəndələri Şuşada aparılan bərpa və yenidənqurma tədbirlərindən məmnunluqlarını ifadə edərək şəhərin tarixi ruhunun uğurla dirçəldildiyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!