30 Dekabr 2024 09:05
1610
Mədəniyyət
A- A+
Həmrəylik

Həmrəylik


Həmrəylik!

Nə demək? 

Mənası dərin. 

Onun qüdrətiylə 

Nə olur görün: 

Ürəklərin, arzuların, 

diləklərin 

Diriliyi, birliyidir.  

Gerçəkləşən əməlidir. 

Əməllərin təməlidir,  

Bu söz! 

Haqqa-ədalətə, 

Vətən eşqiylə coşan, 

Aşıb-daşan, alışan

Məhəbbətə, sədaqətə, 

cəsarətə 

Çağırışdır bu söz!

Biz zamanın sınağında, 

Çətin gündə, dar ayaqda 

Millət kimi həmrəy olduq.  

Bir nöqtəyə, bir hədəfə 

bir vuraraq, 

Dəmirləşən, poladlaşan, 

yumruq olduq.

Müşkülləri yox edərək 

qalib olduq. 

Yağı düşmən tapdağında 

inildəyən 

Cənnətməkan Qarabağı - 

Vəhşiliklə dağıdılan şəhərləri, 

o kəndləri, 

Əsir düşən qalaları, 

məscidləri, 

Babaların uyuduğu 

məzarları 

Gör necə azad elədik! 

44 günlük bu savaşda 

Böyük, kiçik, 

Kişi, qadın, 

Qoca, cavan,  

Gecə, gündüz, 

Ürəyimiz, nəbzimiz  

Bir döyünüb bir vururdu. 

Gözlərimin önündədir 

o mənzərə. 

Baş Komandan keçən 

hər gün 

Azad olan o yerlərin 

adlarını 

Sadalayıb oxuduqca 

Hamı, hər kəs bir-birinin 

Əlin sıxıb, təbrik edib 

görüşürdü. 

Bu sevincdən doğmalaşıb 

Qucaqlaşıb öpüşürdü. 

Birlik ilə başa gələn 

bu savaşda 

Əyilməz bir millət kimi, 

Yenilməz bir dövlət kimi 

Azərbaycan sözün dedi. 

Dostlar baxıb fəxr elədi. 

Düşmən isə hikkəsindən, 

Qəzəbindən için yedi. 

Fəqət onlar bu gün yenə 

Dinc durmurlar, 

Qudurmuştək

Yeri-göyü gəmirirlər. 

Hər cür hədyan 

böhtanlardan, 

Hiylələrdən, yalanlardan 

Don geyərək 

Ətəyindən tutduqları 

Nakəslərin fitvasıyla

Dayanmadan, usanmadan 

hey hürürlər. 

Qoy hürsünlər. 

Bu onların atasından, 

babasından 

Xələfinə miras qalan 

Bir şakərdir, bir peşədir. 

Bizim isə niyyətimiz, 

amalımız 

Dünyamızı, insanlığı 

Bəlalardan, xətalardan, 

Üstümüzə doğru gələn 

Neçə-neçə fəlakətdən 

Hifz etməkdir, qorumaqdır. 

Əbəs deyil, dünya özü 

COP29 tədbirinə

Bakımızı məkan seçdi. 

Paytaxtımız gözəlliyi, 

  özəlliyi, 

İsti, məlhəm məhəbbəti, 

sevgisiylə 

Gələn əziz qonaqların 

Ürəyinə, gözlərinə, 

Yaddaşına, sözlərinə 

Ən əziz bir şəhər kimi, 

Ən mehriban bir dost kimi 

Həkk olundu. 

Bu tarixi yazanların 

qələmilə 

Bir millətin, məmləkətin 

Ən şərəfli, ləyaqətli 

günləritək 

neçə-neçə 

qəzetlərin, 

nəşrlərin 

Hər gün çıxan 

nömrəsində 

Yer alaraq ora köçdü.

Bax beləcə, uğurların 

sayı yoxdur. 

Amma yenə saya gəlməz 

Arzuların, diləklərin 

sayı çoxdur.

 Doğma Vətən, gözəl 

diyar 

Azərbaycan eşqilə biz 

Bu gün yenə həmfikirik, 

Biz həmrəyik. 

Sıralanıb əsgər kimi, 

ordu kimi, 

İnam dolu, zəfər dolu 

Daha nurlu sabahlara - 

Gələn günə, aya, ilə 

Yol gedirik! 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

16:59
16 Mart

SOMDA-nın əməkdaşları peşə bayramını qeyd ediblər

16:58
16 Mart

Peter Siyyarto: Ukrayna “Drujba” kəməri ilə bağlı görüşdən imtina edib

16:57
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!