04 Sentyabr 2026 19:16
996
CƏMİYYƏT
A- A+
Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir


Azərbaycanın səhiyyə sistemində yeni islahatlar həyata keçirilir və tibb işçilərinin əməkhaqları artırılır. Bütün bunlar ictimaiyyət, xüsusilə də səhiyyə işçiləri tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanır. On minlərlə tibb işçisinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən əməkhaqqı artımı, eyni zamanda, onların əməyinə verilən yüksək qiymətin əyani təzahürüdür. Xüsusilə ilkin səhiyyə və reanimasiya xidmətlərində çalışan mütəxəssislər bu qərarın gündəlik fəaliyyətlərinə əlavə stimul verəcəyini vurğulayırlar. 

Sumqayıt Uşaq Xəstəxanasının poliklinika şöbəsinin müdiri Könül MƏMMƏDLİ qəzetimizə bildirib ki, yeni əməkhaqqı sistemi ilkin və ambulator səhiyyənin gücləndirilməsinə mühüm stimul verəcək: “Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı həyata keçirilən yeni islahatı səhiyyə sistemimizin inkişafı baxımından mühüm və vaxtında atılmış addım hesab edirəm. Bu qərar minlərlə tibb işçisinin sosial rifahına birbaşa təsir etməklə yanaşı, səhiyyədə insan kapitalının qorunmasına və peşəkar kadrların motivasiyasının yüksəldilməsinə xidmət edir”.

Könül Məmmədli qeyd edib ki, poliklinika xidmətində çalışan tibb işçiləri əhalinin səhiyyə sistemi ilə ilkin təmasının əsas iştirakçılarıdır. Uşaqların profilaktik müayinəsi, xəstəliklərin erkən aşkarlanması, dinamik müşahidə, valideynlərin maarifləndirilməsi və zəruri hallarda ixtisaslaşdırılmış tibbi xidmətə yönləndirilməsi gündəlik fəaliyyətimizin mühüm hissəsidir. Buna görə ambulator xidmət göstərən həkimlərin əməyinin yeni əməkhaqqı mexanizmində xüsusi nəzərə alınmasını olduqca əhəmiyyətli hesab edirik. Yeni yanaşmanın üstün cəhətlərindən biri əməkhaqqının yalnız vəzifəyə görə deyil, eyni zamanda iş yükü, fəaliyyət və keyfiyyət göstəriciləri nəzərə alınmaqla formalaşdırılmasıdır. Bu, tibb işçisinin əməyinin daha obyektiv qiymətləndirilməsinə, sağlam peşəkar rəqabətin və məsuliyyət hissinin güclənməsinə imkan yaradacaq.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin dəstəyi ilə reallaşan bu qərarın əhəmiyyətindən danışan Könül Məmmədli deyib ki, Azərbaycanda səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. “Biz bu qayğını yalnız əməkhaqqı artımı kimi deyil, həm də üzərimizə qoyulan daha böyük etimad və məsuliyyət kimi qəbul edirik. Əsas vəzifəmiz bu etimadı vətəndaşlara, xüsusilə uşaqlarımıza göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltməklə doğrultmaqdır. Bu mühüm qərara görə dövlətimizin başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya kollektivimiz adından təşəkkürümüzü bildiririk”, - deyə həkim qeyd edib.

Sumqayıt Uşaq Xəstəxanasının Anesteziologiya-reanimatologiya şöbəsinin müdiri həkim-reanimatoloq Səbinə Hacıyeva isə bildirib ki, tibb işçisinin əməyinin qiymətləndirilməsi həm də insan həyatına verilən dəyərdir: “Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən qərarı böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşıladıq. Bu təşəbbüs səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, onların son dərəcə məsuliyyətli əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətin ifadəsidir. Anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərən həkimlər üçün bu qərarın xüsusi mənəvi əhəmiyyəti var. Reanimasiya xidməti gecə-gündüz fasiləsiz fəaliyyət, yüksək peşəkarlıq, operativ qərarvermə və böyük məsuliyyət tələb edir. Xüsusilə uşaqların həyatının xilas edilməsi uğrunda aparılan mübarizədə bəzən saniyələr belə həlledici olur. Belə bir sahədə çalışan həkimin əməyinin və məsuliyyətinin əməkhaqqı sistemində daha dolğun nəzərə alınması bizə əlavə stimul verir”.

Səbinə Hacıyeva qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması ilə bağlı təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi səhiyyəyə və bu sahədə çalışan insanlara göstərilən diqqətin növbəti nümunəsidir: “Əməkhaqlarının artırılması yalnız sosial məsələ deyil. Bu, həkimin peşəsinə bağlılığını gücləndirən, məsuliyyətini və motivasiyasını yüksəldən, nəticə etibarilə isə tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərən mühüm addımdır. Biz tibb işçiləri göstərilən bu diqqət və qayğını gündəlik fəaliyyətimizdə daha böyük məsuliyyətlə, pasiyentlərimizə daha yüksək səviyyədə xidmət göstərməklə doğrultmağa çalışacağıq. Dövlətimizin insan sağlamlığına və səhiyyə işçilərinin əməyinə verdiyi yüksək dəyərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!