Heiko Maas: Avropa Şurası Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyası çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Heiko Maasın qurumun ötən sessiyadan bəri görülmüş işlər barədə hesabatı dinlənilib.
AZƏRTAC xəbər verir ki, Nazirlər Komitəsinin sədri hesabatı təqdim etdikdən sonra AŞPA-nın 40-dək üzvünün suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib.
Qırx dörd günlük müharibədə Azərbaycanın parlaq Qələbə çalaraq, Ermənistanın işğalı altında olan ərazilərini azad etdiyini və regionda tamamilə yeni siyasi vəziyyətin yarandığını diqqətə çatdıran deputat Rafael Hüseynov iki sual səsləndirib: “Cənubi Qafqazdakı yeni proseslər, bir tərəfdən 30 ilə yaxın müddətdə davam edən işğaldan sonra Azərbaycanın öz ərazilərini təcavüzdən azad etməsi, digər tərəfdən isə bölgədə davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni vəzifələrin ortaya çıxması fonunda Avropa Şurasının üzvü olan iki dövlətin – Azərbaycan və Ermənistanın məqsədəmüvafiq qonşuluq münasibətləri qurulmasının perspektivlərini necə qiymətləndirirsiniz?”. Azərbaycanlı deputat Nazirlər Komitəsinin sədrindən bu sorğuya Almaniyanın xarici işlər naziri kimi cavab verməsini xahiş edərək deyib: “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərini düşməndən təmizləmək yolunda qazandığı Zəfər və Cənubi Qafqazda yeni münasibətlərin formalaşması üçün real imkanların yaranması kontekstində Almaniyanın xarici işlər naziri olaraq yenilənmiş və inkişaf imkanları artmış bölgədə Almaniyanın rolunu necə görürsünüz?”.
Nazir Heiko Maas azərbaycanlı deputatın suallarını cavablandıraraq bildirib ki, Azərbaycanla Ermənistan arasında baş vermiş müharibə ilk gündən sonadək Avropa Şurası Nazirlər Komitəsinin diqqətində olub, müharibədən sonrakı proseslər də diqqətlə müşahidə edilir. Avropa Şurası bölgədə sabitliyin bərqərar, sülh və tərəqqinin davamlı olmasında, qarşılıqlı əlaqələrin inkişafında çox maraqlıdır. Bu məsələni gələcəkdə də daim diqqətdə saxlamaq və irəliləyişinə töhfələr vermək istiqamətində səy göstərmək Nazirlər Komitəsinin, ümumilikdə Avropa Şurasının əsas məqsədlərindəndir.
Nazirlər Komitəsinin sədri vurğulayıb ki, əlbəttə, istənilən niyyətə çatmaq üçün dialoq vacibdir və belə bir dialoqun varlığı hər iki ölkənin maraqlarına cavab verir.
“Şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında əməkdaşlıq istiqamətində əldə edilən uğurlar bütün regionun da inkişafına təsir göstərəcək”, – deyə nazir əlavə edib.
Almaniyanın Nazirlər Komitəsinə sədrliyi müddətində bu problemi daim diqqətdə saxlayacaqlarını söyləyən Heiko Maas öz ölkəsinin də bölgəyə xüsusi marağının olduğunu, yaranmış yeni şəraitin əməkdaşlıq üçün yeni üfüqlər açdığını deyib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!