13 İyun 2025 08:25
614
SİYASƏT
A- A+
Gün gələcək, qərbi azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar

Gün gələcək, qərbi azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar


"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Prezident İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı böyük əminliklə vurğuladığı fikirlərini həm də bu tarixi yurdumuza qayıdışın yol xəritəsi kimi xarakterizə etsək, qətiyyən yanılmarıq. 

Dövlət başçımız bu sözləri ilə dünyaya bir daha bəyan etdi ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti milli hədəfi məhz qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək, onları dədə-baba yurdlarına qaytarmaqdır. Prezident İlham Əliyev öz doğum günündə həm də keçmiş Qarabağın azərbaycanlı icmasına məxsus binasında səsləndirdiyi bu fikirlərlə Qərbi Azərbaycandan deportasiya edilən yüzminlərlə soydaşımızın tarixi torpaqlarına qovuşacaqları inamını birə-min artırdı. Onilliklərdir ürəklərində çalın-çarpaz vətən dağı daşıyan bu soydaşlarımız da yurd həsrətlərinin bitəcəyi günlərin uzaqda olmadığının sevinc hisslərinə büründülər. 


Milli prioritet


Vurğuladığımız kimi, torpaqlarımızın işğalına son qoyaraq Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışı həyata keçirən dövlətimizin növbəti milli prioriteti Qərbi Azərbaycana qayıdışı gerçəkləşdirməkdir. Həmin soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə tarixi yurdlarına dönüşünü təmin etmək üçün ötən müddətdə bu istiqamətdə effektiv addımlar atılmağa başlanıb. 

1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adı 3 avqust 2022-ci ildə dəyişdirilərək "Qərbi Azərbaycan İcması" adlandırılıb. İcmanın yeni Nizamnaməsi təsdiq olunub, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanıb. Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. 

Qərbi Azərbaycana qayıdış prosesinin növbəti addımı olaraq, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan Qazılığının bərpa edilməsi barədə verdiyi qərar mühüm əhəmiyyət kəsb edir. Çünki müsəlman əhalinin - qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı burada dini icmaların, din xadimlərinin fəaliyyətini də labüd edir. İrəvan Qazılığının Əsasnaməsi də artıq təsdiqlənib. 

Erməni şovinistləri XIX-XX əsrlər ərzində azərbaycanlılara məxsus torpaqları qəsb edib, soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti aparıblar. Sözügedən tarixin müxtəlif kəsimlərində həyata keçirilən mənfur plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi diyarlarından zorla qovulublar. Onlar kütləvi qətl və qırğınlara məruz qalıblar. Erməni şovinistləri tərəfindən həyata keçirilən bu cinayət əməllərinin son mərhələsi 1988-ci ildə həyata keçirilib və üç yüz mindən çox azərbaycanlı tarixi torpağından didərgin salınıb.  

Ermənilər Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı da soyqırımı siyasəti həyata keçiriblər. Əzəli torpaqlarımız İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinin guya buranın yerli xalqı olması görüntüsünü yaratmaq üçün o ərazilərdəki qədim toponimlərimizi hədəf alıblar. Yer adlarımızı dəyişdirib uydurma erməni adları qoyublar, türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər. Vaxtilə İrəvan quberniyasında yüzlərlə məscid, onlarca mədrəsə olub. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscidimiz qeydə alındığı halda, hazırda Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. 


Öz hüququmuzu tələb edirik


Monoetnik Ermənistan tərəfindən xalqımıza qarşı törədilən etnik təmizləmənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması əsas vəzifələrdən biridir. Prezident İlham Əliyev də hər zaman vurğulayır ki, Qərbi Azərbaycana qayıdış həyata keçirilməyənə qədər bu məsələ beynəlxalq gündəlikdən düşməyəcək. 

Erməni yalan dəyirmanı isə bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün saxta məlumatları üyütməklə məşğuldur. Erməni şovinistləri ələ düşən hər fürsətdə reallıqları təhrif olunmuş, tamamilə yanlış formada dünyaya sırımaqla məşğuldurlar.  

Ermənistan hakimiyyəti də Qərbi Azərbaycana qayıdışla bağlı manipulyasiyalarla məşğuldur. Hər fürsətdə guya bunu Azərbaycanın Ermənistana ərazi iddiası kimi təqdim etməyə çalışır. Halbuki Azərbaycan tərəfi rəsmi şəkildə dəfələlə bəyan edib ki, Qərbi Azərbaycana soydaşlarımızın qayıdışı sülh yolu ilə baş tutacaq. 

Buna görə bu istiqamətdə beynəlxalq müstəvidə də fəal olmaq, bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq vacib əhəmiyyət daşıyır.   

2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı dövlət başçısı da bu mühüm məqama vurğu etmiş, Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyətinin xüsusi önəm daşımalı olduğunu bildirmişdi: "Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur".


Qərbi Azərbaycana qayıdış istiqamətində QHT-lərin fəallığı 


İyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Qərbi Azərbaycana qayıdış" mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqində vurğulanıb ki, Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəriciləri yüksəlib. 

Agentliyin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycana qayıdış mövzusunun artıq 3 ildir agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O deyib ki, bu müddət ərzində 50 QHT-nin "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası"nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib: "Qərbi Azərbaycana qayıdış istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb".

Məlumat verilib ki, agentliyin 2025-ci il qrant müsabiqəsində "Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar" istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda Avropa və türk dünyası regionlarında onlarca konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.

Göründüyü kimi, Qərbi Azərbaycana qayıdış xalqımızın, dövlətimizin milli ideyası kimi həm ölkə, həm də beynəlxalq səviyyədə daim gündəlikdədir. 

Bu mənada çox tezliklə beynəlxalq hüququn da tələbi olan adıçəkilən milli hədəfimizə çatacağımız qətiyyən şübhə doğurmur. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göz xəstəliklərinə dair fundamental əsər

08:15
18 İyul

Viza Çin səddi olmasa da...

08:10
18 İyul

Ortaq keçmişdən birgə gələcəyə

08:05
18 İyul

Azərbaycan yeni dünya nizamında da söz sahibidir

08:00
18 İyul

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!