Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması paytaxt təmsilçisini 800 manat xərcə salıb. AFFA beş klubu cəzalandırıb
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC milli assosiasiya rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Zirə” ilə oyunda “Sumqayıt”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 1500 manat cərimələnib. Həmçinin qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması sumqayıtlıları 800 manat xərcə salıb.
“Turan Tovuz”la görüşdə “Qəbələ”nin 4 futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimələnməsinə səbəb olub. Oyunun fasiləsində “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib, sınaq müddəti 3 ay təyin edilib. 5 futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi 700 manat ödəyəcək.
“Kəpəz”lə matçda “Səbail”in futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “dənizçilər” 3000 manat ziyana düşüb. Sınaq müddəti 3 ay təyin edilib.
“Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması paytaxt təmsilçisini 800 manat xərcə salıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zemfira Meftahətdinova: Atıcılarımızın Dünya Kubokunda uğurlu nəticələr qazanacağına inanıram...
01 May
Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə hey...
01 May
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun aç...
01 May
Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasi...
01 May
Azərbaycanın neft və qaz qiymətləri üzrə proqnozu açıqlanıb
01 May
Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq
01 May
Prezident: İndi biz sülhə doğru gedirik
01 May
Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib...
01 May
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
01 May
AMB sədri bu il və gələn ilin inflyasiyası ilə bağlı proqnozlarını açıqlayıb
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!